Əziz dostlar, bizim veb səhifəmizə xoş gəlmişsiniz !

Sizləri Aykikay Aykido Klubları İctimai Birliyinin internet səhifəsində salamlamağa ürəkdən şadam. Aykidonu idman adlandırmaq olmaz, tam əksinə bu incəsənətdir. Yaponiyada yaranmış bütün döyüş növləri sanki din, fəlsəfə, onların mənşə anlayışı ilə başlayır. Yaponiya sivilizasiyasını və incəsənətini başa düşən bütün insanlar üçün hansı ki, Aykidonu və ya başqa döyüş növlərini öyrənmək istəyirlər və ya artıq məşğul olurlar yol cox uzun və çətin olacaqdır. Aykido bizi əhatə edən mühit və özümüz ilə harmoniyada yaşamağı öyrədir. Aykidonun mənası budur. Mən əminəm ki, bizim portal Aykido sevənləri bu gözəl sənəti öyrənmək və birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.

Ən xoş arzularla və hörmətlə,
Azərbaycan Aykikay Aykido Klubları
İctimai Birliyinin Fəxri Sədri
Çingiz Əliyev.

Doşunun Məsajı


合気会道主 植芝 守央Təsisçi Morihei Ueshiba (Morihey Ueşiba) intensiv döyüş sənəti təlimi və bu barədə fikirlərin inkişafı nəticəsində Aykidonu yaratdı. 2-ci Doşu Kişşomaru özünü Aykidonun inkişafına və bu sahənin qapılarını dünyaya açmağa həsr edib. Hazırki Hombu Doco 1931-ci ildə yaradılıb və yaradılmasından 82 il ötür.. Aykido Şimali, Mərkəzi və Cənubi Amerika, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya daxil olmaqla  130 ölkəyə yayılıb. 2012-ci ildə Aykikay Fondu İctimai Maraq Təsisatı olaraq yeni bir mərhələyə qədəm qoydu. Müxtəlif döyüş sənətlərində döyüş bacarıqlarının yalnız qalibiyyət naminə inkişafına qarşı olan  təsisçi Morihei Ueshiba, “banyu-aigo”- yəni “təbiətdə hər şeyə sevgi”yə aparan bir yol olan Aykidonu yaratdı. O, deyirdi ki, qarşındakı insanla harmoniya yaratmaq, gücün əsirinə çevirilib qalib gəlməkdən daha vacibdir.Təlimin əsas məqsədi “döyüş bacarıqları”dan “harmoniya”ya keçidi təmin etməkdir. Sevgi –  Bacarıqlarımızı biri-birimizə öyrətmək üçün “En No Uqoki” – dairəvi hərəkət, “İrimi”- giriş, “DoCuSei” – təşviş zamanı sakitlik və “Chuşin” – sabit mərkəzə əsaslanan “Ki” – həyat enerjisidir. Bu idmanda heç bir münaqişə yoxdur. Aykido – “mütləq özünü tamamlama”ya aparan  yoldur. Morihei Ueshiba tərəfindən yaradılan Aykido texnikası və onun fəlsəfi prinsiplərinin mükəmməlliyi, heç şübhəsiz ki, geniş miqyasda tanınıb. Aykido banisinin atası Yoroku Ueşibanın böyük dəstəyi, Aykidonu özlərindən sonrakı nəsillərə düzgün şəkildə ötürən əcdadların öncəgörmələri, Kisshomaru II Doshunun  Morihey Ueshibanın qoyduğu qaydaları əsasında  Aykidonun daha da inkişafı istiqamətində etdikləri hazırki uğura nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Mənə gəlincə, mən bir çox insanların dəstəyi ilə onların yolu  ilə getmişəm.  Məhz bütün bunlara görə, bu gün daha geniş və daha mükəmməl Aykido çevrəsi var. Aykidonun daha böyük kütlə tərəfindən dəyərləndirilməsi üçün ölkə, irq və din sərhədlərini aradan götürməklə  harmoniyanın ruhunu yaşatmaq üçün mübarizəmə davam edəcəm. Bundan başqa, ümid edirəm ki, Aykido vasitəsilə cəmiyyətə mümkün qədər çox töhfə verə biləcəyəm.

Aprel, 2015

Moriteru Ueshiba Doshu

Aykido nədir ?

合気道

Aykido Morihey Ueşiba (Morihei Ueshiba) tərəfindən yaradılan müasir döyüş sənətidir. Morihey Ueşibanın ölümündən sonra onun oğlu Kishomaru Ueşiba (Kisshomaru Ueshiba) Aykido doşu elan olundu. Hazırda,onun yolunu Moriteru Ueşiba davam etdirir. Aykikay Fondu Aykidonun banisinin qoyub getdiyi irsə dəstək, bu sənət vasitəsilə bədəni və şüuru inkişaf etdirmək və onun inkişafına yardım  məqsədilə yaradılmış bir qurumdur. Bu gün Aykido dünyanın 130 ölkəsində yayılıb. İlk Aykikay Aykido Klubu 1931-ci ildə tikilib. Doşunun rəhbərliyi altında Şihan və Şidoinlər öz səylərini birləşdirərək  Aykidonun vahid mərkəzdə inkişafı üzrə öhdəlik götürdülər.

Hombu Doco

AIKIKAI1931-ci ildə Aykidonun banisi xüsusi Aykido Klubu tikdirdi. Bu, 80 tatami döşəyi uzunluğunda, təqribən 120 kvadrat metrlik taxtadan bir tikili idi. Kobukan adlandırılan bu klub, hazırki Vakamatsu-Ço,Tsinjukuda yerləşir. 1967-ci ildə taxta klub müasir tipli tikili ilə əvəz olundu. 1973-cü ildə klub binası daha da müasirləşdirildi. 3 mərtəbəli binaya daha iki mərtəbə əlavə olundu. Bu gün 130 ölkədə Aykido məktəbləri fəaliyyət göstərir. Doşu Moriteru Ueşibanın rəhbərliyi altında təlimatçılar bütün dünyada inkişaf etməkdə olan Aykidonun ruhunu yaşatmağa davam edirlər.