Əziz dostlar, bizim veb səhifəmizə xoş gəlmişsiniz !
Sizləri Aykikay Aykido Klubları İctimai Birliyinin internet səhifəsində salamlamağa ürəkdən şadam. Aykidonu idman adlandırmaq olmaz, tam əksinə bu incəsənətdir. Yaponiyada yaranmış bütün döyüş növləri sanki din, fəlsəfə, onların mənşə anlayışı ilə başlayır. Yaponiya sivilizasiyasını və incəsənətini başa düşən bütün insanlar üçün hansı ki, Aykidonu və ya başqa döyüş növlərini öyrənmək istəyirlər və ya artıq məşğul olurlar yol cox uzun və çətin olacaqdır. Aykido bizi əhatə edən mühit və özümüz ilə harmoniyada yaşamağı öyrədir. Aykidonun mənası budur. Mən əminəm ki, bizim portal Aykido sevənləri bu gözəl sənəti öyrənmək və birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.
Ən xoş arzularla və hörmətlə,
İlham Quliyev.
AYKİKAY Hombu Doco
Aykikay Aykido Klubları İctimai Birliyi, Azərbaycan ərazisində AYKİKAY tərəfindən tanınmış yeganə rəsmi təşkilatdır, hansı ki, müvafiq şəhadətnamə ilə təsdiqlənmişdir. İctimai Birliyimiz beynəlxalq arenada Azərbaycanı təmsil etmək hüququna malik olan tək hüquqi təşkilatdır. Təşkilatımız, AYKİKAY nizamnaməsinə əsasən, KYU və DAN dərəcələrinin verilməsi üçün imtahan qəbul etrmək hüququna malikdir. Tərəfimizdən verilmiş KYU və DAN dərəcələri, eləcə də təlimatçı lisenziyaları, Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək hüququnu verir.
01 Dekabr 2017 ci il.
Sədr İlham Quliyev.
Beynəlxalq Aykido Federasiyası
Aykikay Aykido Klubları İctimai Birliyi, Azərbaycan ərazisində Beynəlxalq Aykido Federasiyası tərəfindən tanınmış yeganə rəsmi təşkilatdır. Beynəlxalq Aykido Federasiyası hər ölkənin yalnız bir təşkilatının üzvlüyə qəbul edirilməsinə imkan verir. Beynəlxalq Aykido Federasiyası Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinə, Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək üçün ölkə üzrə nümayəndəlik hüququnu verir.
13 Oktyabr 2021 ci il.
Sədr İlham Quliyev.
Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil olunan təşkilatlar tərəfindən keçirilən beynəlxalq təbirlərdə iştirak edirik.
Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyası
Beynəlxalq Dünya Oyunları Assosiasiyası
Müstəqil Tanınmış İdman Üzvlərinin Alyansı