Kuribayaşi Takanori

Kuribayaşi Takanori Sensey, 4 sentyabr 1963 – cü il Yaponiyanın Saitama prefekturasında anadan olub. Yerli universitetin “Yapon ədəbiyyatı” fakultəsini bitirdikdən sonra həmin yerdə İsiro Sibatanın rəhbərliyi ilə aykido ilə məşğul olmağa başlayıb. Hombu Doco – ya 1986 – cı ildə 2 Dan sahibi olaraq uçi deşi kimi qəbul olunub. Hal hazırda Beynəlxalq Aykido Federasiyası, AYKİKAY Hombu Doco -nun təlimatçısıdır və eyni anda da yerli universitet klublarında dərs verir.  1 oktyabr 2011 ci ildən etibarən Aykikay Aykido Klublar; ictimai birliyinin Texniki Direktorudur.