27 iyun 1981

Misuteru Ueşiba

Misuteru Ueşiba 27 iyun 1981- ci ildə anadan olmuşdur. Hazırki Aykido Doşu Moriteru Ueşibanın oğludur. O, İemoto sisteminə uyğun olaraq, Doşu kimi atasının varisi sayılır.  O, Aykidonun banisi Morihey Ueşibanın nəticəsidir.  Aprel 2012-ci ildən Hombu Docoya Doco Co təyin edilib. Mitsuteru Ueşiba Vaka Sensey adlandırılmışdır. Bu termin Doşu Moriteruya ikinci Doşu Kişşomaru Ueşiba sağ ikən verilmişdi. Yapon dilinə görə Vaka sözü hərifi anlamda gənc mənasını verir, lakin bu halda bu başqa məna verir və fərqlidir. Yapon mədəniyyətində “Vaka” termini “varis” atasından sonra davam edəcək şəxsə (bu halda, Doşu) görə adlanır.