Ueşiba Ailəsi

Morihey Ueşiba

Kişşomaru Ueşiba

Moriteru Ueşiba

Misuteru Ueşiba

sa

Aykikay Hombu Doco

Aykido Yapon döyüş sənətidir. Bu döyüş sənəti 1920-ci illərdə klassik yapon döyüş sənət növləri üzrə ustadlıqda ən yüksək səviyyəyə nail olmuş bir döyüş mütəxəssisi Morihey Ueşiba (1883-1969) tərəfindən yaradılmışdır. Aykido hucumçunun həmləsinə birbaşa müqavimət göstərmək deyil, həmlənin geldiyi istiqamətə yönləndirilməsi yolu ilə həyata keçirilir. Aykidoda yarış yoxdur. Aykido təliminin əsas məqsədi hansısa bir addımın və ya bacarığın mükəmməlləşdirilməsi deyil, insanin xarakterinin təbiət qanunlarına uyğun şəkildə təkmilləşdirilməsidir. AY – harmoniya, Kİ – daxili enerji, DO – isə həyat yolu deməkdir. Texniki cəhətdən bu döyüş sənəti bədən və ruhun harmoniyası yolu ilə harmoniyaya istiqamətlənən əsas cərəyan kimi jiu-jitsu, kendo və fəlsəfədən əhəmiyyətli dərəcədə bəhrələnmişdir. 1931-ci ildə Aykido Hombu Doco yaradılmışdır. Doşu çərçivəsində böyük sayda Şixan və Şidoin Aykido praktikasını təkmilləşdirmək və inkişaf etdirmək üçün öz səylərini birləşdirmişdirlər. Aikido Mərkəzi 1940-cı ildə Yapon hökuməti tərəfindən rəsmi şəkildə tanınmışdır. Aykikay Fondu bütün dünyada Aykidonun tanınması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən törəmə təşkilatdır. Morihey Ueşiba 1969-cu ildə, 86 yaşında vəfat edənədək Aykido üzrə təlim vermişdir. Onun vəfatından sonra oğlu Kişşomaru Ueşiba (1921-1999) təşkilata rəhbərlik etmişdir. Aykikay Fondu dünyanın 130 ölkəsində Aykido mirasının dəstəklənməsi məqsədilə yaradılmış bir cəmiyyətdir. Artıq 60 ildir ki, Aykido dunyanın başqa olkələrində də tanınır. Bu müddət ərzində 130 ölkədə Aykido qəbul olunmuşdur. Aykido təlimində əsas məqsəd ruhu və bədəni təlim etməkdir və bu səbəbdən bu döyüş sənəti bütün dünyada kök sala bilmiş və onun dəyəri sərhədləri və irqləri aşmışdır. Beynəlxalq promosyon fəaliyyəti nəticəsində 1976-cı ildə Beynəlxalq Aykido Federasiyası (BAF) təsis edilmişdir. Federasiyanın ümumi assambleyasi hər dörd ildən bir keçirilir. 1984-cü ildə BAF Beynəlxalq İdman Federasiyalarının Ümumi Assosiasiyasının rəsmi üzvü olmuşdur. Bu sahədə beynəlxalq və milli səviyyələrdə Gənclər və könüllülər hərəkatı da movcuddur­­­­­. Artıq 21-ci əsrdə dünyada Aykidoya yeni bəşər mədəniyyəti kimi baxılır.

IAF

Beynəlxalq Aykido Federasiyası

Beynəlxalq Aikido Federasiyası aykidonun əsas qlobal təşkilatıdır. 40-dan çox ölkənin təşkilatları-üzvlərinin iştirakı ilə bir çətir altında birləşdirən təşkilatıdır (məsələn, Ümum Yaponiyanın Aykido Federasiyası üzvlərdən biridir). Bütün iştirakçılar Hombu tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aykido Federasiyası yalnız Aykikay məktəbini təmsil edir. Beynəlxalq Aykido Federasiyası demokratik bir təşkilatdır, lakin Doşu və baş təlimatçı şurasına aykidonun “texniki və mənəvi bütövlüyünü” qorumaq üçün xüsusi rol verilir. Beynəlxalq Aykido Federasiyası hazırda hər ölkənin yalnız bir təşkilatının üzvlüyə qəbul edirilməsinə imkan verir. və bu təşkilatların hər birinə bərabər səs verilir. (Bu BMT- yə uyğun modelləşdirilmişdir və  Aykikay tələbələrinə hər vaxt bərabər təmsilçiliyi vermir). Beynəlxalq Aykido Federasiyası Dünya oyunlarında aykidonu nümayiş etdirir və dünya aikidosunu təmsil edir. Beynəlxalq Aykido Federasiyası hər dörd ildən bir  Beynəlxalq Aykido Konqresini təşkil edir və bu dünyanın müxtəlif ölkələrindən aykido tələbələrinin birbaşa təlimini asanlaşdırır, dünya aykido təlimatçıları arasıında göstərişləri bölüşdürür və Hombu ilə rəsmi ünsiyyət üçün kanal təmin edir.

Beynəlxalq Aykido Federasiyası 1976-cı ildə yaradılıb.

 

 
 BAF Prezidenti
 Aykido Doşu – Moriteru Ueşiba
BAF Direktorlar Komitəsi
 Sədr – Key İzava
 Sədr müavini – Leif Sunje
 Baş katib -Vilko Vriesman
 Baş mühasib – Mamoru Sadakuni
Baş katibin köməkçisi – Henriette Flader