İlham Quliyev

Azərbaycan Aykikay Aykido Klubları ictimai birliyinin  sədri və texniki direktoru. 26.03.1976-cı ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 18.06.1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido ilə məşğul olmağa başlamışdır. 14.12.1996-31.08.2001 ci illər Azərbaycan Aykido Federasiyasının üzvü olmuşdur. 10.09.2001-ci (2007-ci ilə kimi) il tarixində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido üzrə təlimatçı vəzifəsində fəaliyyətə başlamışdır. Eyni zamanda 2004-cü ilin oktyabr ayına kimi Azərbaycan Ciu Citsu Federasiyasının “Aykikan Döyüş Növləri Klubu MMC-də fəaliyyət aparmışdır. 2006-cı ildə “Aykikay Aykido Klubları” İctimai Birliyini təsis etmişdir.  2006-cı ildən başlayaraq, 2017-ci ilin dekabr ayına kimi birliyin baş təlimatçısı işləmişdir. 

“Aykikay Aykido Klubları” İctimai Birliyinin nəzdində “Hombu Dojo Azərbaycan” Aykikay Aykido Klubu, İDDO Aykido Aykikay Klubu, “Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyi, “Katana Aykido İdman Klubu” İctimai Birliyi, “Kinologiya İdman Klubu” İctimai Birliyi və Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyini təsis etmişdir. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı və Aykikay Fondu Azərbaycan Aykido Filialını qurmuşdur. Bununla yanaşı 2019 cü ildə “Azərbaycan Aykikay Aykido Fondu”, Azərbaycan Aykikay Aykido Akademiyası, “Aykikay Aykido Psixologiyası” İctimai Birliyi və “Kendo & İaydo” Yapon Mədəniyyəti İctimai Birliyinin təsis etmişdir. 2017-ci ildə “Aykikay Aykido Klubları” İctimai Birliyi, Aykikay Fondu Dünya Aykido Qərargahı tərəfindən üzvlüyə qəbul edilmişdir. 2021-ci ildə “Aikikai Aikido Klubları” İctimai Birliyi, Beynəlxalq Aykido Federasiyası tərəfindən üzvlüyə qəbul edilib və Azərbaycana nümayəndəlik verilib.