Braziliya Ciu Citsu

Braziliya Ciu Citsu idman növünün əsasını Azərbaycanda 2008-ci ildə Taleh Məmməd oğlu qoymuşdur. “Braziliya Ciu Citsu Klubu” İctimai Birliyi təsis edilmişdir və Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin razılıq məktubu əsasında, 22.09.2012-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyidə rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır.  www.bjjf.az Aykikay Aykido və Braziliya Ciu Citsu heyəti ilə birlikdə dərslər keçirilməkdədir.

Oyama Kyokuşin Karate Mərkəzi

Birliyimizdə Dünya Oyama Kyokuşin Təşkilatının Azərbaycan Oyam Kyokuşin Karate Mərkəzi fəaliyyət göstərməkdədir. Karate və Aykido ənənələrinə sadiq qalaraq birlikdə əməkdaşlıq edib, yapon döyüş növlərinin inkişafına dəstək oluruq.Azərbaycan Oyama Kyokişin mərkəzinin texniki direktrou, Dünya Oyama Kyokuşin Təşkilatının vitse prezidenti Əziz Əşrəfov 8 Dan Hanşi Kyokuşin dərəcəsindədir. Azərbaycan Oyama Kyokişin mərkəzinin prezidenti İnşallah Camalov 6 Dan Şixan dərəcəsindədir. Mərkəz fəaliyyətini Sərbəst Döyüş idman Klubu İctimai Birliyinin nəzdində yaratmışdır.

Azərbaycan Kendo Təşkilatı

Birliyimizdə Avropa və Beynəlxalq Kendo Federasiyasının Azərbaycan üzrə yeganə üzvü Azərbaycan Kendo Təşkilatı fəaliyyət göstərməkdədir. Kendo və Aykido ənənələrinə sadiq qalaraq birlikdə əməkdaşlıq edib, yapon döyüş növlərinin inkişafına dəstək oluruq. Azərbaycan Kendo Təşkilatının prezidenti və texniki direktoru Ramazan Ağayevdir. Azərbaycan Kendo Təşkilatı birliyin nəzdində bir necə istiqamətdə Kendo və İaydonun inkişafı ilə məşğuldur.

Xüsusi Təyinatlılara Aykido Dərsləri

Aykikay Azərbaycanın texniki direktoru İlham Quliyevin rəhbərliyi ilə  vətənimiz Azərbaycanın bütövlüyünü qoruyan və keşiyində duran xüsusi təyinatlılarımıza aykido döyüş növü dərslər keçirilməkdədir. Xüsusi Təyinatlılarımıza aykidonun praktik istifadə metodikası ilə yanaşı ümum tədris sistemidə öyrədilməkdədir. Beləliklə vətənin keşiyində duran silahlı qüvvələrimizin əlbəyaxa döyüş biliklərinin artırılmasında aykido öz xidmətlərini verməkdədir. Bu bizim təşkilat üçün qürur hissi və fəxrdir.