Beynəlxalq Aykido Federasiyası 14-cü Aykido Sammiti

2024-cü ilin 30 sentyabr tarixindən 6 oktyabr tarixinədək, Tokio şəhərində Beynəlxalq Aykido Federasiyası tərəfindən 14 – cü Aykido Sammiti keciriləcəkdir. 30 sentyabr və 1 oktyabr tarixlərində Ali məclisin toplantısı, 2 – 6 oktyabr tarixlərində isə aykido seminarı keçiriləcəkdir. Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi komandasının 10 üzvü sammitdə iştirak edəcəkdir.

Beynəlxalq Aykido Federasiyasının sədri Azərbaycanda

Beynəlxalq Aykido Federasiyasının sədri Vilko Vriesman Şixan 10-12 may 2024-cü il tarixlərində Bakı şəhərində rəsmi səfərdə olcaq.

Səfər zamanı Quba və Bakı şəhərlərində seminar keçiriləcəkdir. 

Bu Vilko Vriesman Şixanın Azərbaycana ikinci rəsmi səfəridir.

Seminar üzrə 10 və 11 may tarixlərində axşam və səhər Quba seminarı. 11 və 12 may tarixlərində isə axşam və səhər Bakı seminarının keçirilməsi nəzərdə tutulur.

Dünya Döyüş Oyunları 2023

Turan İbrahimli

Azərbaycanın aykidosu ilk dəfə olaraq Dünya Döyüş Oyunlarına dəvət alıb. Azərbaycanı Aykikay Aykido Klubları İctimai Birliyinin milli komandasının 2 üzvü  Turan İbrahimli 1 Dan və Fahri Qafarlı 3 Dan təmsil edir.

Fəxri Qafarlı

Turan İbrahimli

BEYNƏLXALQ AKIDO FEDERASİYASININ 1-Cİ GƏNCLƏR SEMİNARI

2023-cü ilin sentyabrında gənc aykidoçular üçün Beynəlxalq Aykido Federasiyasının 1-ci seminarı keçiriləcək və bu seminar Aykikay Hombu Dojo-nun rəhbəri Mitsuteru Ueşiba (və digər təlimatçılar) tərəfindən tədris olunacaq. Bu seminarda iştirak milli federasiyalar və ya iştirakçının özü tərəfindən dəstəklənəcək. Seminarda iştirak etmək üçün iştirakçıların iki şərti var: 18-25 yaş və 1-3 Dan. Bu seminar 18+ gənc aikidoçular üçün nəzərdə tutulub. Seminar Yaponiyanın Kioto şəhərində keçiriləcək. Bu seminarda ölkəmiz adından Azərbaycan “Katana Aikido İdman Klubu” İctimai Birliyinin üzvü Turan İbrahimli 1 Dan iştirak edəcək.

Beynəlxalq Aykido Federasiyasının sədri Azərbaycanda

Beynəlxalq Aykido Federasiyasının sədri Vilko Vriesman Şixan 16-17 may 2023-cü il tarixlərində Bakı şəhərində rəsmi səfərdə oldu. Səfər zamanı nəzərdə tutulan dövlət başçısı və idman rəhbərliyi ilə görüşlər baş tutmadı. Lakin ölkəmizdə olan aykido təşkilatları ilə görüşlər oldu və ümummilli liderimiz Heydər Əlievin 100 illiyinə həsr edilmiş aykido seminarı keçirildi. Tədbir zamanı mətbuat konfransı keçirildi və Beynəlxalq Aykido Federasiyası ilə Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi arasında memorandum imzalanması ilə yekunlaşdı. 

Çingiz Məmmədov

Dünya Oyunları 2022

Azərbaycanın aykidosu ilk dəfə olaraq Dünya Oyunlarına dəvət alıb. Azərbaycanı Aykikay Aykido Klubları İctimai Birliyinin milli komandasının 2 üzvü  Çingiz Məmmədov 3 Dan və Fahri Qafarlı 3 Dan təmsil edir.

Fəxri Qafarlı

Beynəlxalq Aikido Federasiyası məktub göndərdi

Beynəlxalq Aikido Federasiyasının idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Juniçi, Gənclər və İdman naziri cənab Fərid Qayıbova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər. 

24 yanvar 2022. 1-ci sədr müavini Arzu Mikayılov.

Aykikay Fondu məktub göndərdi

Aykikay Fondunun idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Juniçi, Gənclər və İdman naziri cənab Fərid Qayıbova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər. 

24 yanvar 2022. 1-ci sədr müavini Arzu Mikayılov.

Yaponiya Səfirliyi

Bakı şəhəri, 16:00-17:20. Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb.

10 dekabr 2021-ci il tarixində Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb. Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev görüşdə Aikido döyüş sənətinin mövcud vəziyyəti və onun Azərbaycan Respublikasında təbliği ilə bağlı müzakirələr aparılıb. Görüşdə Səfirliyin Konsulluq və Təhlükəsizlik şöbəsinin rəhbəri Hamade Masato, Aykikay Aikido Klubları İctimai Birliyinin fəxri sədiri Qabil Məmmədov, İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Çingiz Məmmədov da iştirak ediblər.

Sədr müavini: Ruslan Musayev

Beynəlxalq Aykido Federasiyasının tanıması

Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 13 Oktyabr 2021 ci il tarixində Beynəlxalq Aykido Federasiyası tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyi üzvlüyə qəbul edildi, ölkə ərazisində və beynəlxalq arenada nümayəndəlik hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir. İnanıram ki, bizim Birliyimiz aykido sevənləri bu gözəl sənəti öyrənmək və mehriban ailə olaraq birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.

Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.

Yaponiya Səfirliyi

 1 iyul 2021 ci il.                                                                                                                              Bakı şəhəri, 15:00-16:00.

Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Сənab Vada Çuniçi ilə rəsmi görüş zamanı. Görüş zamanı cənab səfirə Beynəlxalq Aykido Federasiyası tərəfindən göndərilmiş rəsmi məktub təqdim edildi və aidiyyati məsələ üzrə söhbət aparıldı.
Görüşdə iştirak etdilər.
1) Cənab Hamade Masato – Konsulluq və Təhlükəsizlik Şöbəsinin rəhbəri.
2) İlham Quliyev – Aykikay Aykido Klubları İctimai Birliyinin Sədri.
3) Fərid Mikayılov – Aykikay Aykido Klubları İctimai Birliyi Hüquq Departamentinin Direktoru.
4) Çingiz Məmmədov – Aykikay Aykido Klubları İctimai Birliyi İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Departamentinin Direktoru.
1 iyul 2021. Çingiz Məmmədov.

Beynəlxalq Aikido Federasiyası məktub göndərdi

Beynəlxalq Aikido Federasiyasının idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Junişi, Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər. 

25 may 2021. Fəxri Sədr Qabil Məmmədov.

Aykikay Fondu məktub göndərdi

Aykikay Fondunun idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Junişi, Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər. 

25 may 2021. Fəxri Sədr Qabil Məmmədov.

Doşu Moriteru Ueşibanın COVID-19 ilə əlaqədar Aykido mesajı

COVID-19 bütün dünyaya yayılır. Bundan əziyyət çəkənlərin tezliklə sağalması üçün dua edirəm və dünyasını dəyişənlərin ailələrinə də başsağlığı diləyirəm. COVID-19-un bütün dünyaya yayıldığı bu dövrlərdə, infeksiyanın qarşısını almaq üçün bir tədbir olaraq, müxtəlif şeylər və hadisələr azalır və ya ləğv edilir və cəmiyyətimiz üzərimizə qara buludlar asılmış kimi hiss edir. Aikido baxımından bütün bölgələrdə fəaliyyətlər ləğv edilir və insanların çoxu təlim sahələrinin bağlanması səbəbindən hətta məşqlərinə davam edə bilmirlər. Bu qaçılmaz olsa da, olduqca təəssüf doğurur. “Dairəvi hərəkət, Aikido ruhunu, harmoniya ruhunu təcəssüm etdirir.” İnanıram ki, bu düşüncə biz insanlar üçün ən önəmlidir. Hal -hazırda, xüsusən də bu anda harmoniya ruhuna dəyər verməli və mənəvi virus qorxusu hissini itirməməliyik. İnfeksiyanın yayılmasının qarşısını almaq və özünüzü qorumaq çox vacibdir. Eyni zamanda, insanlar mövcud vəziyyətin səbəb olduğu qorxudan yorulmurmu? İnsanlığımızı, xeyirxahlığımızı itirmirikmi? Deyəsən bu virusla sınaqdan keçirik. Mənəviyyat hisslərimizi itirmədən və başqalarına qarşı ayrı -seçkilik etmədən, sakit və qonaqpərvər davranaraq bu qorxu ilə mübarizə aparmalıyıq. Bu infeksiya bitənə və gündəlik Aikido təcrübəmizə qayıda bilməyincə, hamımızın “harmoniya ruhunu” xatırlamasını və eyni yolda davam etməsini diləyirəm.
04/01/2020 Aykido Doşu Moriteru Ueşiba

Hombu Tanıması

Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 1 Dekabr 2017 ci il tarixində Aykikay Fondu tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyi üzvlüyə qəbul edildi, ölkə ərazisində və beynəlxalq arenada Aikikai adına səlahiyyət hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir.

01.12.2017.

Fəxri sədr Çingiz Əliyev.