Birliyin Məqsəd və Vəzifələri

1) “Aikikai Aikido Klubları” komandasına və idman klublarına mənəvi cəhətdən dayaq olmaq, dəstək vermək və köməklik göstərmək.

2) “Aikikai Aikido Klubları” komandası və idman klublarında Aikikai Aikido idman və döyüş növü ənənəsini möhkəmləndirmək.

3) “Aikikai Aikido Klubları” komandasının və idman klublarının tədbirlərinə məhşur idmançıları, məəşqçiləri, ictimai xadimləri cəlb etmək.

4) Sağlam həyat tərzini təbliğ etmək.

5) Xeyriyyə tədbirlərində iştirak etmək.

İdarə Heyəti

Prezident: Arzu Mikayılov
Vitse-prezident: Fəxri Qafarlı
Vitse-prezident: Tofiq Sadıqov

Aykikay Fondu Azərbaycan Aykido Qərargahı

Arzu Mikayılov

Fəxri Qafarlı

Tofiq Sadıqov

Qərargahın əsas məqsədi

Aykikay Fondu Azərbaycan Aykido Qərargahı (Dövlət qeydiyyatına alınmış hüquqi adı – Aykikay Aykido Klubları İctimai Birliyi) ölkə ərazisində və birliyin nəzdində fəaliyyətdə olan Aykikay Aykido yönümlü klubların birgə əməkdaşlığının təşkili və idarə olunması ilə məşğul olur. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı, Azərbaycan ərazisində Aykikay Fondu Dünya Aykido Qərargahı və Beynəlxalq Aykido Federasiyasını təmsil edir.