Üzvlüyə Qəbul Komissiyası

İlham Quliyev

İlqar Maşayev

Arzu Mikayılov

Üzvlüyə Qəbul Komissiyasının heyəti

Sədr: İlham Quliyev
Baş Katib: İlqar Maşayev
Baş Təlimatçı: Arzu Mikayılov

Image
PowerPoint Presentation
PowerPoint Presentation

BİRLİYİN ÜZVLÜYÜNƏ QƏBUL QAYDALARI

Azərbaycan Respublikasında yaşayan hər bir fiziki şəxs ictimai birliyin üzvü ola bilər.

Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış hər bir AYKİKAY yönümlü idman klubu, birliyin nəzdində fəaliyyət göstərmək üçün qanunvericiliyə müvafiq qaydada üzvlüyə qəbul oluna bilər.

Birliyin üzvlüyünə fiziki şəxs olaraq qəbul olunmaq üçün, birliyin nəzdindəki klubların hər hansı birinə təlimatçının iştirakı olmaqla ərizə ilə müraciət edilir.

Klub rəhbəri üzvlüyə qəbul olunma ərizəsini, birliyin baş ofisinə təqdim edir.

Ərizə verilərkən, birlik tərəfindən tələb olunan aidiyyati sənədlər təqdim olunmalıdır.

Üzvlüyə qəbul olunmaq üçün ərizə.

Başqa aykido klubu, federasiyası (və s.) üzvlüyündən çıxmaq haqda məktub və ya digər aidiyyati sənəd.

Yaş kağızının surəti (həddi buluğa catmayanlar).

Şəxsiyyət vəsiqəsinin surəti.

Sağlamlıq haqda arayış.

Şəkil 3×4 (2 və ya 4 ədəd).

Ərizə təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində qəbul komissiyası tərəfindən müraciət edən şəxs, birliyin üzvlüyünə qəbul (edilə bilər) edilir.

Qəbul komissiyasının üzvləri:

Birliyin Sədri.

Birliyin Baş Katibi.

Birliyin Baş Təlimatçısı.

Birliyin üzvləri bərabər hüquqa sahibdirlər.

PowerPoint Presentation
PowerPoint Presentation
PowerPoint Presentation
PowerPoint Presentation

BİRLİYİN ÜZVLÜYÜNƏ TAM QƏBUL QAYDALARI

Birliyin üzvlüyünə qəbul olunan fiziki şəxslər, 6 kyu dərəcəsinə imtahandan uğurlu keçdikdən sonra birliyin rəsmi və ya daimi üzvü olaraq tam qeydiyyatdan keçirlər.

Atesstasiya olunmayana qədər şagird birliyin tam hüquqlu üzvü hesab olunmur.

Kyu və Dan dərəcələri artdıqdan sonra, şagirdə təşkilati işlərdə hər hansı bir məsul vəzifəyə təyinat gerçəkləşə bilər. Birliyin üzvü olmayan şəxs, vəzifəyə təyin oluna bilməz.

Birliyə hüquqi şəxs olduğu halda qoşulanlar, müvafiq əməkdaşlıq müqaviləsi imzalamalı və ya birliyin nəzdində fəaliyyəti daimi təşkil etmək üçün birliyin iştirakı ilə təkrar dövlət qeydiyyatına alınmalıdır.

Birliyə hüquqi şəxs kimi qəbul olunan təşkilatlar (klub, federasiya və s.) qəbul olunduğu andan birliyin əsasnaməsi, daxili nizamnaməsi və beynəlxalq qaydalalra uyğun olaraq fəaliyyət aparmalıdır.

Aykikay Aykido Klubları İctimai Birliyi Beynəlxalq Aykido Federasiyasının Azərbaycanda Nümayəndəliyidir

Aykikay Aykido Klubları İctimai Birliyinin üzvləri

“Aykikay Aykido Klubları” ictimai birliyinin bölmələrində aikido öyrənmək üçün gələn hər kəs:

  • yadda saxla, aykidonu adi aikido bölməsində deyil, Dünya Aikido Mərkəzinin filialında öyrənirsən.
  • Aykidonun banisinə, onun ardıcılları olan Hombu Doco müəllimləri və “Aykikai Aykido Klubları” ictimai birliyinin təlimatçıları tərəfindən verilən təlimlərə hörmətlə yanaşıılmalıdır.

“Aykikay Aykido Klubları” ictimai birliyinə üzv olmaq fərdi və könüllüdür. 
“Aykikay Aykido Klubları” ictimai birliyinə regional mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs üzv ola bilər və “Aykikay Aykido Klubları” ictimai birliyinin hər hansı bir bölməsində aykido dərslərində iştirak edə bilər.

“Aykikai Aykido Klubları” ictimai birliyi üzvünün hüquq və vəzifələri:

“Aykikay Aykido Klubları” ictimai birliyinin üzvləri aşağıdakı hüquqlara malikdirlər: 

  • “Aykikay Aykido Klubları” ictimai birliyinin daxil olan bölmələrlə məşğul olurlar;
  • “Aykikay Aykido Klubları” ictimai birliyinin bütün tədbirlərdə iştirak etməlidir;
  • “Aykikay Aykido Klubları” ictimai birliyinin komandasının tərkibində xarici proqramlarda iştirak etmək;
  • Azərbaycanda və xaric ölkələrdə  “Aykikay Aykido Klubları” ictimai birliyinin verilmiş səlahiyyətlərə uyğun olaraq təmsil etmək;
  • Kyu və Dan dərəcələri üzərinə imtahan vermək.

“Aykikay Aykido Klubları” ictimai birliyinin üzvlərindən tələb olunur: 

  • Müntəzəm olaraq “Aykikay Aykido Klubları” ictimai birliyinin bölmələrində təlim kurslarına qatılmaq, ruh və bədəni yaxşılaşdırarkən xatırlayın, texnika özü özlüyündə əsas məqsəd deyil, bu yalnız fərdi və mənəvi inkişafı öyrətmək üçün bir vasitədir;
  • “Aikikai Aykido Klubları” ictimai birliyinin fəaliyyətində fəal iştirak etmək, onun möhkəmləndirilməsi və inkişafı, məktəbin ənənələrini dəstəkləmək;
  • “Aykikai Aykido Klubları” ictimai birliyi klublarının təlimatçılarının təcrübəsinə və işinə hörmətlə yanaşmaq;
  • Təlimdə davranış qaydalarına ciddi riayət etməli “Aykikay Aykido Klubları” ictimai birliyinin bölmələrində qarşılıqlı hörmət üçün əlverişli mühitə malik olmaq üçün davranmalıdır;
  • “Aikikai Aykido Klubları” ictimai birliyi tərəfindən qəbul edilmiş qaydalara və müddəalara riayət etmək;
  • vaxtlı vaxtında üzvlük haqlarını ödəməlidir.

Döyüş sənətində qəbul edilən etik standartlara və Hombu Dojo beynəlxalq qaydaları uyğun olaraq,  xarici aykido klublarının təlimində, həmçinin Aykikay təlimatçılarının seminarlarında (Hombu Dojo dərsləri daxil olmaqla), müstəqil iştirak etdiyiniz halda, bu barədə “Aykikay Aykido Klubları” ictimai birliyinin rəhbərliyinə məlumat vermək və tövsiyə (razılıq) məktubunu almaq məcburiyyətindəsiniz.

idman zalı
PowerPoint Presentation
PowerPoint Presentation
11