Kuribayaşi Takanori Şixan

Kuribayaşi Takanori Sensey, 4 sentyabr 1963-cü il Yaponiyanın Saitama prefekturasında anadan olub. Yerli universitetin “Yapon ədəbiyyatı” fakultəsini bitirdikdən sonra həmin yerdə İsiro Sibata Senseyin rəhbərliyi ilə aykido ilə məşğul olmağa başlayıb. Aykido Hombu Dojo – ya 1986 – cı ildə 2-ci Dan sahibi olaraq uçi deşi kimi qəbul olunub. Hal-hazırda Beynəlxalq Aykido Federasiyası, Aykido Hombu Dojo-nun təlimatçısıdır və eyni anda da yerli universitet klublarında dərs verir.  1 oktyabr 2011-ci ildən etibarən Azərbaycan Aykikay Aykido Klublar İctimai Birliyinin Texniki Direktorudur.