14.12.1883-26.04.1969

Morihey Ueşiba

1883 – 14 dekabr Yaponiyanın Vakayama prefekturasının Tanabe şəhərində anadan olmuşdur. 
1908 – Təsisçi Yaqyu ryu Ciu Citsu şəhadətnaməsini Cənab  Tşuboi Maşanoşyukadan alır.
1911 – Təsisçi Hokkaydoya pioner olmaq üçün hökumətdən dəvət istəyir.  Siratakiyə (indi Enqaru Co kimi tanınır) yerləşən pioner qrupuna rəhbərlik edir.
1912 – Təsisçi Enqaruda Hisada Riokan (mehmanxanasında) Dayto Ryu Ciu Citsu yaradıcısı C-b Sakaku Takeda ilə görüşür və ondan dərs almaq üçün müraciət edir və Dayto Ryu Ayki Citsunu öyrənməyə başlayır
1919 – Atasının vəziyyətinin kritik olduğu üçün evə qayıtdıqdan sonra, təsisçisi Kioto prefektinin Ayabe şəhərində Omoto Kyo dini təriqətinin lideri Onisaburo Dequti ilə tanış olur. Omote Kyo dini sektasında özünü günəşin mənəvi təliminə həsr edir.  Atası C-b Yoroku Ueşiba vəfat edir. Təsisçi  Ayabedə Honqu ətəyində Ueşib Dzyuku adlı məktəbini açır.
1922 – Təsisçi Döyüş növlərində ağlın və ruhun inkişafı üçün “Aiki” – yə müraciət edir.
1927 – ci ildə o ailəsi ilə Tokioya köçür və Siroqane Sarumaçi, Sibada Aykidonun tədrisinə başlayır. Onun əsas məqsədi Tokiyoya gəlmək idi.
1931 – Vakamatsu Co Şinjukuda Kobukan məktəbin qurur.
1940 – Kobukan Fondu onun ilk prezidenti İsamu Tekesito ilə rəsmi olaraq Səhiyyə və Rifah Nazirliyi tərəfindən tanınır.
1941 – İbaraki prefekturası İvamada xarici doco tikmək planı yaranır.
1955 – Təsisçi Aykidonu Yaponiya sərhədlərinin hüdudlarından kənarda inkişafına başlayır.
1960 – cı ildə Yaponiya hökuməti tərəfindən bənövşəyi lent ilə medal mükafat alır. 
1964 – Təsisçi Qızıl şüa rozeti ilə doğan günəş ordeni mükafatını alır.
1969 – cu il 26 aprel tarixində 86 yaşında vəfat edir. Ölümündən sonra  qızıl şüa lenti ilə Müqəddəs Xəzinə ordeni və Şo Qoy (imperator sarayında beşinci dərəcəli) dərəcəsi alır.