Yüksək Dərəcə Komissiyası
Yüksək Dərəcə Komissiyasının əsas işi ümum imtahanlara deyil, yalnız Kaqami Biraki tədbiri zamanı 5, 6, 7 və 8 ci Dan dərəcələrinin təqdimatı üçün veriləcək qərarların həlli ilə məşğul olmaqdır. Komissiya 4 nəfərdən ibarət heyətdir, Heyət bərabər hüquqa sahibdirlər və komissiya sədr və müavinlərdən ibarət deyil. Heyət dəyirmi masa arxasında kimlərə yüksək Dan dərəcəsinin verilməsinin qərarını verib Birliyin sədrinə təqdim edirlər. Yüksək Dan dərəcələrinin verilməsi haqda qərar komissiyanın hüqqudur. Komissiya üzvləri Şidoin Anar Gənciyev, Şidoin Rövşən Nəzərov, Şidoin Emil Qurbanov və Şidoin Ruslan Məmmədovdur.