Sakura Aykido Aykikay Klubu, Birliyin bərabər hüquqlu üzvlüyünə qəbul olundu
Sakura Aykido Aykikay Klubu, 1 iyun 2024-cü ildə Azərbaycan Aykikay Aykikay Klubları İctimai Birliyinə müstəqil klub olaraq qoşuldu və Aykikay Fondu ilə Beynəlxalq Aykido Federasiyasında üzvlüyü statusunu qazandı. Klub müstəqil olaraq Kyu və Dan dərəcələrini qəbul etmək və s. hüquqlar əldə etmiş oldu. Sakura Aykido Aykikay Klubunun sədri Sensey Tofiq Nəcəfovu və klubun üzvlərini təbrik edirik.
Qeyd edək ki, Azərbaycaan ərazisində Sakura Aykido Aykikay Klubu ikinci təşkilatdır ki, Azərbaycan Aykikay Aykikay Klubları İctimai Birliyinin çətir sisteminə qoşulur.
Beynəlxalq Aykido Federasiyası 14-cü Aykido Sammiti
2024-cü ilin 30 sentyabr tarixindən 6 oktyabr tarixinədək, Tokio şəhərində Beynəlxalq Aykido Federasiyası tərəfindən 14 – cü Aykido Sammiti kecirildi. 30 sentyabr və 1 oktyabr tarixlərində Ali məclisin toplantısı, 2 – 6 oktyabr tarixlərində isə aykido seminarı keçirildi. Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi komandasının 10 üzvü sammitdə iştirak etdi. Beynəlxalq Aykido Federasiyasına yeni idarə heyəti seçildi. Azərbaycan aykidoçusu Fəxri Qafarlı Beynəlxalq Aykido Federasiyasına Audit təyin edildi.
Aykikan Döyüş Növləri Klubu, Birliyin bərabər hüquqlu üzvlüyünə qəbul olundu
Aykikan Döyüş Növləri Klubu, 22 may 2024-cü ildə Azərbaycan Aykikay Aykikay Klubları İctimai Birliyinə müstəqil klub olaraq qoşuldu və Aykikay Fondu ilə Beynəlxalq Aykido Federasiyasında üzvlüyü statusunu qazandı. Klub müstəqil olaraq Kyu və Dan dərəcələrini qəbul etmək və s. hüquqlar əldə etmiş oldu. Aykikan Döyüş Növləri Klubunun sədri Sensey Sənan Həsənzadəni və klubun üzvlərini təbrik edirik.
Qeyd edək ki, Azərbaycaan ərazisində Aykikan Döyüş Növləri Klubu ilk təşkilatdır ki, Azərbaycan Aykikay Aykikay Klubları İctimai Birliyinin çətir sisteminə qoşulur.
Beynəlxalq Aykido Federasiyasının sədri Azərbaycanda
Seminar üzrə 10 və 11 may tarixlərində axşam və səhər Quba seminarı. 11 və 12 may tarixlərində isə axşam və səhər Bakı seminarının keçirildi. Azərbaycan.Səfər zaman Azərbaycan Dövlət İdman və Bədən Tərbiyyəsi Akademiyasının prorektoru olimpiya cempionu Fərid Mənsurov ilə rəsmi görüş keçirilib.

Turan İbrahimli
BEYNƏLXALQ AKIDO FEDERASİYASININ 1-Cİ GƏNCLƏR SEMİNARI
2023-cü ilin sentyabrında gənc aykidoçular üçün Beynəlxalq Aykido Federasiyasının 1-ci seminarı keçiriləcək və bu seminar Aykikay Hombu Dojo-nun rəhbəri Mitsuteru Ueşiba (və digər təlimatçılar) tərəfindən tədris olunacaq. Bu seminarda iştirak milli federasiyalar və ya iştirakçının özü tərəfindən dəstəklənəcək. Seminarda iştirak etmək üçün iştirakçıların iki şərti var: 18-25 yaş və 1-3 Dan. Bu seminar 18+ gənc aikidoçular üçün nəzərdə tutulub. Seminar Yaponiyanın Kioto şəhərində keçiriləcək. Bu seminarda ölkəmiz adından Azərbaycan “Katana Aikido İdman Klubu” İctimai Birliyinin üzvü Turan İbrahimli 1-ci Dan iştirak edəcək.
Beynəlxalq Aykido Federasiyasının sədri Azərbaycanda
Beynəlxalq Aykido Federasiyasının sədri Vilko Vriesman Şixan 16-17 may 2023-cü il tarixlərində Bakı şəhərində rəsmi səfərdə oldu. Səfər zamanı nəzərdə tutulan dövlət başçısı və idman rəhbərliyi ilə görüşlər baş tutmadı. Lakin ölkəmizdə olan aykido təşkilatları ilə görüşlər oldu və ümummilli liderimiz Heydər Əlievin 100 illiyinə həsr edilmiş aykido seminarı keçirildi. Tədbir zamanı mətbuat konfransı keçirildi və Beynəlxalq Aykido Federasiyası ilə Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi arasında memorandum imzalanması ilə yekunlaşdı.
Beynəlxalq Aikido Federasiyası məktub göndərdi
Beynəlxalq Aikido Federasiyasının idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Juniçi, Gənclər və İdman naziri cənab Fərid Qayıbova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər.
24 yanvar 2022. 1-ci sədr müavini Arzu Mikayılov.
Aykikay Fondu məktub göndərdi
Aykikay Fondunun idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Juniçi, Gənclər və İdman naziri cənab Fərid Qayıbova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər.
24 yanvar 2022. 1-ci sədr müavini Arzu Mikayılov.
Yaponiya Səfirliyi
Bakı şəhəri, 16:00-17:20. Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb.
10 dekabr 2021-ci il tarixində Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb. Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev görüşdə Aikido döyüş sənətinin mövcud vəziyyəti və onun Azərbaycan Respublikasında təbliği ilə bağlı müzakirələr aparılıb. Görüşdə Səfirliyin Konsulluq və Təhlükəsizlik şöbəsinin rəhbəri Hamade Masato, Aykikay Aikido Klubları İctimai Birliyinin fəxri sədiri Qabil Məmmədov, İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Çingiz Məmmədov da iştirak ediblər.
Sədr müavini: Ruslan Musayev
Beynəlxalq Aykido Federasiyasının tanıması
Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 13 Oktyabr 2021-ci il tarixində Beynəlxalq Aykido Federasiyası tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyi üzvlüyə qəbul edildi, ölkə ərazisində və beynəlxalq arenada nümayəndəlik hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir. İnanıram ki, bizim Birliyimiz aykido sevənləri bu gözəl sənəti öyrənmək və mehriban ailə olaraq birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq.
Ən xoş arzularla və hörmətlə,
Çingiz Əliyev.

Yaponiya Səfirliyi
1 iyul 2021 ci il. Bakı şəhəri, 15:00-16:00.
Beynəlxalq Aikido Federasiyası məktub göndərdi
Beynəlxalq Aikido Federasiyasının idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Juniçi, Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər.
25 may 2021. Sədr müavini Qabil Məmmədov.
Aykikay Fondu məktub göndərdi
Aykikay Fondunun idarə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Yaponiyanın Azərbaycandakı səfiri cənab Wada Junişi, Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılova Aykikay Aykido Klubları İctimai Birliyi ölkə üzrə nümayəndəliyi haqda məktub göndərmişlər.
25 may 2021. Sədr müavini Qabil Məmmədov.
Doşu Moriteru Ueşibanın COVID-19 ilə əlaqədar Aykido mesajı
Hombu Tanıması
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin heyəti adından sizləri bu xoş gündə salamlamağa ürəkdən şadam. Bu xoş gündə sizləri şad bir xəbərlədə sevindirmək istərdim. 1 Dekabr 2017-ci il tarixində Aykikay Fondu tərəfindən Aykikay Aykido Klubları İctimai Birliyi üzvlüyə qəbul edildi, ölkə ərazisində və beynəlxalq arenada Aikikai adına səlahiyyət hüququ verildi. Bu Azərbaycan üçün cox xoş bir hadisə kimi dəyəndirilir.
01.12.2017.
Fəxri sədr Çingiz Əliyev.