Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi

Aykikay Aykido Klubları İctimai Birliyinin əsası 10 sentyabr 2001-ci il tarixində qoyulmuşdur. İctimai Birliyin əsas vəzifəsi Azərbaycan ərazisində aykidonun pozisiyası və ənənəsinə sadiq qalmaq və Aykikay yönümlü təşkilatları öz ətrafında birləşdirməkdən ibarətdir. Aykikay Aykido Klubları İctimai Birliyi ölkədə Aykikay Fondu ilə Beynəlxalq Aykido Federasiyası üzvü və nümayəndəliyidir. Birliyimiz Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil olunan təşkilatlar Sport Accord, Beynəlxalq Dünya Oyunları Assosiasiyası və Müstəqil Tanınmış İdman Üzvlərinin Alyansı tərəfindən keçirilən beynəlxalq təbirlərdə iştirak edirik.

O Sensey

2-ci Doşu

3-cü Doşu

Dojo Cho

Aykikay Fondu Dünya Aykido Qərargahı

Aykikay Fondu İctimai Maraqlar Birliyinin əsasını O Sensey Morixey Ueşiba və 2-ci Doşu Kişşomaru Ueşiba qoyublar. Aykikay Fondunun tam olaraq Aykikay Fondu Dünya Aykido Qərargahı və ya çox yerdə Aykido Hombu Dojo olaraq adlandırılmaqdadır. Gercək və təmiz aykido Uesiba ailəsinə məxsusdur. Digər aykido adı ilə təbliğ olunan stillər aykido hesab edilmir. 

Beynəlxalq Aykido Federasiyası

Beynəlxalq Aykido Federasiyasının əsasını 1976-cı ildə 2-ci Doşu Kişşomaru Ueşiba qoymuşdur. Beynəlxalq Aykido Federasiyası dünyada yeganə əsas aykido təşkilatıdır. Dünya üzrə bütün beynəlxalq idman təşkilatları yalnız Beynəlxalq Aykido Federasiyasını tanıyır və əməkdaşlıq edirlər. Gercək və təmiz aykido Uesiba ailəsinə məxsusdur. Digər aykido adı ilə təbliğ olunan stillər Beynəlxalq Aykido Federasiyasının sıralarına alınmırlar.