Hüquq departamenti

Hüquq departamenti şöbələrinin əsas işi “Aykikay Aykido Klubları” İctimai Birliyində fəaliyyətin Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimlənməsini təmin etmək və birliyin üzvlərinin hüquqlarını qorumaqdan ibarətdir. Hüquq departamenti birliyin nəzdində olan təşkilatlara aid işlərin təşkili və həll üzrə aidiyyatı işləri icra edir. Aykikay Aykido Klubları İctimai Birliyinin nəzdində olan təşkilatlar Aykikay Fondu Azərbaycan Aykido Qərargahı, Azərbaycan Aykikay Aykido Fondu, Azərbaycan Aykikay Aykido Akademiyası, Azərbaycan Aykikay Aykido Jurnalı, Aykikay Azərbaycan Hombu Dojo, Aykikay Azərbaycan Filial Fondu (BAKU MAKS), Kendo və İaydo Yaponiya Mədəniyyəti Birliyi, Hombu Dojo Azərbaycan Aykikay Aykido Klubu, Aykikan Döyüş Növləri Klubu, Sərbəst Döyüş İdman Klubu İctimai Birliyi, Katana Aykido İdman Klubu İctimai Birliyi, İDDO Aykido Aykikay Klubu, Kinologiya İdman Klubu İctimai Birliyi Aykido Dojo, Sakura Aykido Aykikay Klubu və Şinjutsu Aykido İdman Klubu İctimai Birliyidir.

Hüquq departamentin yaradılma tarixi

Hüquq şöbəmiz Birliyin nəzdində 15 Aprel 2019 cu il tarixində idarə heyətinin qərarı ilə yaradılmışdır. Şöbəmiz peşəkar hüquqşünaslar tərəfindən təsis edilərək, Birliyimizin nəzdində olan idman klubları və üzvlərinə korporativ, fərdi və hüquqi konsaltinq xidmətləri göstərməklə məşğuldur. Şöbəmizin əsas məqsədi Birliyin hər bir üzvünün tələblərini fərdi şəkildə təhlil edərək, müxtəlif hallarda ən uyğun həll yollarının müəyyən olunması, mövcud olan mübahisə və məsələlərin kompleks şəkildə həlli, profesionallıq, etibarlılıq, vicdanlılıq və konfidensiallıq prinsiplərinə əsaslanaraq yüksək səviyyəli hüquq xidmətləri göstərməkdən, o cümlədən, hüquqi maarifləndirmə tədbirlərinin təşkilindən ibarətdir. Əsas fəaliyyət istiqamətlərimiz olan korporativ və fərdi hüquq xidmətlərinin göstərilməsi ilə yanaşı, şöbəmiz tam ödənişsiz hüquqi konsaltinq xidməti də göstərməkdədir ki, bu da öz növbəsində ən prioritet məsələlərdən olan hüquqi maarifləndirmə işinin təşkilinə xidmət göstərir. Şöbənin əməkdaşları müxtəlif sahələr üzrə yüksək ixtisaslı və təcrübəli hüquqşünaslardan ibarətdir. Bununla yanaşı, çoxsaylı yerli və xarici partnyorlarımızın vasitəsi ilə də öz xidmətlərimizi göstərməkdəyik.

Fərid Mikayılov
farid@aikikai.org.az
+994 55 670 05 25

www.facebook.com 
www.instagram.com

Kamran Kərimli
kamran@aikikai.org.az
+994 77 621 25 36
www.facebook.com 
www.instagram.com

Sarkhan

Sərxan Tarıverdiyev
sarkhan@aikikai.org.az
+994
www.facebook.com 
www.instagram.com

İdarə Heyəti

Departamentin direktoru: Fərid Mikayılov (Hüquqşünas)
Hüquq şöbəsinin rəhbəri: Kamran Kərimli (Hüquqşünas)
Ofisin (dəftərxananın) rəhbəri: Sərxan Tariverdiyev

Departamentin direktoru

Mikayılov Fərid 6 iyun 1982-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. 1999-2004-cü illərdə Moskva Dövlət Açıq Universitetinin Hüquq fakültəsini bitirib. Bir sıra beynəlxalq konfrans və təlimlərədə iştirak edib, təşkilat komitəsinin üzvü olub. 2003-cü ildə başlayaraq müxtəlif şirkətlərdə hüquqşünas vəzifəsində çalışıb. 2000-2015-ci illərdə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi üzvü olub. Mart-İyun 2013-cü il tarixində Azərbaycan Hüquqşünasları Konfederasiyası və Xəzər Universiteti Hüquq Tədris Mərkəzinin birgə təşkil etdiyi “Vəkilliyə Hazırlıq” kursları bitirib. 14.02.2014-24.02.2014-cü illərdə Azərbaycan Respubliksaı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası “Hüquqi Maarifləndirmə” kursunu bitirib 03.04.2014-05.04.2014-cü illərdə Azərbaycan Respubliksaı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası “Hüquqi yardım göstərilməsinin praktiki məsələləri”mövzusunda kursu bitirib. 19 iyun 2018-ci ildən Azərbaycanda Aikikai Aikido Klubları İctimai Birliyinin üzvlüyünə qəbul və hüquqşünas vəzifəsinə təyin olunub. 15 aprel 2019-cu ildən hüquq departamentinə rəhbərlik edir. 5 iyul 2021-ci ildən aykido ilə məşğul olmağa başlayıb.

Hüquq şöbəmiz öz üzvlərinə aşağıdakı sahələr üzrə fərdi hüquq xidmətlərini təklif edir

Hüquqi konsaltinq

Hüquq şöbəmiz müraciət edən istənilən şəxsə aşağıda göstərilən sahələr üzrə ödənişsiz hüquqi məsləhət xidmətlərini göstərməkdədir:

* İdman sahəsi üzrə hüquqi məslhətlər;
* İdman klubları, filialları (nümayəndəlikləri) dövlət qeydiyyatına alınması;

Məsləhət xidmətləri müraciət edənin seçiminə görə telefon, e-mail, şöbənin saytı üzərindən canlı yazışma (live chat) və ya fiziki olaraq şöbmizin fəaliyyət göstərdiyi ofisə müraciət etməklə göstərilir.

İdman klubları, filialları (nümayəndəlikləri) dövlət qeydiyyatına alınması üzrə razılaşma yolu ilə aidiyyati sənədlərin hazırlanması. 

Şöbəmiz bütün məlumatların konfidensiallığına təminat verir.

Hüseyn Nağıyev
huseyn@aikikai.org.az
+994 
www.facebook.com 
www.instagram.com

İcra Heyəti


Hüquqi işlər meneceri: Hüseyn Nağıyev
Ofis menecer: Fəxri Süleymanov

Kadrlar üzrə işlərin təşkili

Ofis Menecer

* Birliyin dəftərxanasının fəaliyyətini və daima əlavələr (yenilənmə) edilməsini təşkil edir.
* Birlik tərəfindən alınan və ya verilən sənədlərin qeydiyyatını ofis menecer yerinə yetirir.
* Birliyin kadro işləri üzrə protokol, sərəncam, əmr və s. aidiyyati işləri təşkil edir.
* Birliyə daxil olan ərizə, müraciət məktubları, rəy, təkliflər və s. ofis menecer qəbul edir.

Fəxrəddin Süleymanov
fakhri.s@aikikai.org.az 
+994
www.facebook.com 
www.instagram.com

Birliyin üzvlərinə verilən sənədlər

* Üzvlük vəsiqəsi:

· Üzvlük vəsiqəsi, yalnız 2 kyu və yuxarı dərəcə alan aykidoçulara təqdim oluna bilər.

· Üzvlük vəsiqəsinin müddəti verildiyi gündən etibarən 2 (iki) ildir.

* Üzvluk və dərərcə kitabçası:

· Üzvlük kitabçası azerbaycan və ingilis dillərində olmalıdır.

· Üzvlük kitabçasında yalnız kyu dərəcələri qeyd oluna bilər, dan dərəcə kitabcasını Aykikay Hombu təqdim edir. Birlik milli dan dərəcə və səndədi verə bilməz.

· Üzvlük kitabçası 5 kyu imtahanı zamanı təqdim edilməlidir.

· Kitabçada imtahançı və klub rəhbəri imza çəkə bilərlər.

· Kitabçada aidiyyatı qeydlər tam dəqiqliklə yazılmalıdır.

· Üzvlük kitabçasının müddəti Aykikay Hombu tərəfindən yudanşa kitabçası verildiyi gün bitir.

* İdarə və icra heyəti üçün vəsiqə:

· İctimai əsaslarla və ya əmək ştat cədvəli uzrə iş qəbul olunmuş heyəti üçün verilir.

· Vəsiqəsinin müddəti verildiyi gündən etibarən 2 (iki) ildir.

* Kyu dərəcə diplomu:

· Kyu dərəcə diplomu Aykikay Hombu tərəfindən qəbul edilmiş diplom olmalıdır.

· Kyu diplomu azərbaycan, ingilis və yapon dilində yazılmalıdır.

· Kyu diplomunda yalnız birliyin sədrinin adı, soyadı və imzası qeyd olunmalıdır.

* Şəhadətnamə:

· Şəhadətnamə imtahançı və təlimatçı heyətinə atestasiya edildikdən sonra verilir.

· Şəhadətnamənin müddəti verildiyi gündən etibarən 2 (iki) ildir.

* Arayış və xasiyyətnamə:

· Birliyin hər bir üzvünə, aidiyatı yerlərə təqdim olunmaq üçün arayış və xasiyyətnamə verilməlidir.

BİRLİYİN VERDİYİ SƏNƏDLƏR

* Birlik üzvlərinə hansı sənədləri təqdim edir:

üzvlük vəsiqəsi;
üzvlük və dərərcə kitabçası;
idarə və icra heyəti üçün vəsiqə;
kyu dərəcə diplomu;
şəhadətnamə;
lisenziya;
arayış və xasiyyətnamə.