Aykido Akademiyası - Tokio, Yaponiya

Tokio şəhər hakimiyyəti tərəfindən rəsmi olaraq tanınan yeganə Aykido məktəbi olan Aykido Akademiyası, Aykido Hombu Dojo-da adi və ibtidai siniflərdən ayrıca təklif olunan kursdur. Bu kurs, təxminən 5 ay ərzində hər dəfə 90 dəqiqə olmaqla həftədə iki dəfə görüşərək kiçik qrup sessiyası kimi tədris olunur. Bu, tam ştatlı kurs deyil və Aykido təlimindən başqa heç bir xüsusi dərs təklif etmir. Bu kurs xüsusi promosyonlar və ya mülahizələr üçün nəzərdə tutulmayıb. Təlimin üç səviyyəsi var: başlanğıc, orta və qabaqcıl. Hər biri əsaslarla başlayır və kurs boyu eyni təlimatçılar tərəfindən tədris olunur.

AYKİKAY HOMBU
Aykido Akademiysı

Azərbaycan Aykikay Aykido Akademiyası

Azərbaycan Aykikay Aykido Akademiyası fəaliyyətinə 18 aprel 2019-ci il tarixində başlamışdır. Akademiya, Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyinin nəzdində təlimatçıların ixtisas artırılması məqsədi ilə Birliyin sədri tərəfindən qurulmuş, idarə heyəti tərəfindən qəbul edilmiş və Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi tərəfindən təsis olunmuşdur. Akademiyanın başlıca rolu, Aykido üzrə tədrisin beynəlxalq aykido praktikası tələblərinə uyğun olaraq həyata keçirmək və aykidonun baza proqramı əsasında texniki, fiziki, fəlsəfi, psixoloji, nəzəri, tətbiqi biliklərinin öyrədilməsinə və  mənəvi inkişafına xidmət göstərməkdir. Akademiyada 4-cü Dan və yuxarı dərəcə sahibləri tədris heyətinə alına bilərlər. Heyət üzvləri ölkədə yaşamalıdırlar və birliyin tədris komitəsinin üzvü olmalıdırlar. İctimai Birlik faliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir. 

Tədris heyəti

İlham Quliyev
5-ci Dan Aykido

Sənan Həsənzadə
4-cü Dan Aykido

Elnur Nemətov
4-cü Dan Aykido

Ruslan Məmmədov
4-cü Dan Aykido

Arzu Mikayılov
4-cü Dan Aykido

Anar Gənciyev
4-cü Dan Aykido

İdarə Heyəti

Sədr: İlham Quliyev
Sədr müavini: Elnur Nemətov
Baş Direktor: Arzu Mikayılov
Baş Katib: Ruslan Məmmədov
İcraçı Direktor: Anar Gənciyev

Sertifikatlaşdırma Komissiyası

Tədris Komitəsinin Sədri: Sənan Həsənzadə
Texniki Direktor: Elnur Nemətov
Texniki Məsləhətçi: Ruslan Məmmədov
Baş Təlimatçı: Arzu Mikayılov
Baş Təlimatçı Köməkçisi: Anar Gənciyev

Tədris Heyəti

İlham Quliyev – 5 Dan Aykido
Sənan Həsənzadə – 4 Dan Aykido
Elnur Nemətov – 4 Dan Aykido
Arzu Mikayılov – 4 Dan Aykido
Anar Gənciyev – 4 Dan Aykido

Akademiyanın Sertifikatlaşdırma Komissiyası

Akademiyanın Sertifikatlaşdırılma Komissiyası, birliyin tədris komitəsi heyətinə şidoin, fukuşidoin və sempay dərəcələrini, Kyu və Dan imtahan komissiyası heyətinə imtahançı, imtahançı assistenti təyinatı, şidoin, fukuşidoin və sempay heyətinə dərs aparmaq üçün icazə verilməsi haqda qərarı qəbul edir. 

Qeyd: Ümum proseslərin qərarında birliyin imtahan komissiyası sədrinin tövsiyyəsi əsas götürülür. 

Akademiyanın məqsədi

Aykido üzrə tədrisin beynəlxalq aykido praktikası tələblərinə uyğun olaraq həyata keçirmək və aykidonun baza proqramı əsasında texniki, fiziki, fəlsəfi, psixoloji, nəzəri və tətbiqi biliklərinin bazasını yüksək dərəcəli müəllimlər, tədris ilə məşğul olan təlimatçılar, məşqçilər, təlimatçı köməkçiləri və baş şagirdlərə mükəmməl şəkildə öyrədilməsi və birliyin üzvlərinə (şagirdlər) aykido bazasının tədris metodikasının hansı formada keçirilməsi və daima yeni biliklərin əldə edilməsi üzrə mənəvi inkişafına xidmət göstərməkdir.

Akademiya məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

  • Aykido tədris heyətinin inkişafı üçün mariflənməsinə dəstək verir;
  • Aykido üzrə ali tədris mərkəzi olaraq, ölkədə aykido təhsil mərkəzlərinin (klub, məktəb, qrup) tədris metodikası və fəaliyyətinə nəzarət və rəhbərlik edir;
  • Aykido fəlsəfəsi metodikası üzrə tədris komitəsinin ümum biliklərinin artırılması;
  • Aykido psixologiyası tədrisi üçün kursların təşkili;
  • Aykido mütəxəssislərini tədris kurslarına dəvət etmək;
  • Aykido üzrə kurs iştirakçılarına şəhadətnamə və diplom verilməsi.

Nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Akademiya:

  • Aykido (Yapon) mədəniyyətini, adət-ənənələrinin qorunmasını üçün AYKİKAY (Beynəlxalq Aykido Federasiyası və Hombu Aykido Akademiyası) tədris proqramlarından istifadə etmək.
  • Aykido Hombu Dojo üzrə tədris mütəxəssislərinin (şixan) kurslarını təşkil etmək.

Təlim Kursu

Akademik təhsil kimlər üçün nəzərdə tutulmuşdur. Akademiya  3-cü Kyu dərəcə sahiblərindən başlayaraq daha yuxarı kəmərlər üçün nəzərdə tutulub. Təhsilin məqsədi, aykidonun təməl baza texnikalarının düzgün və daha səlis icra etmək üçün qısa proqram əsasında təkmilləşməsinə xidmət edir. Kurs üzrə dərsləri yalnız, Akademiyanın tədris heyəti keçir. 

Xüsusi təlimlərin keçirilməsi

Akademiyanın nəzdində Azərbaycan Rspublikası Daxili İşlər Naziriyi, Müdafiə Nazirliyi və s. hüquq mühafizə orqanlarının əməkdaşlarına, özəl şirktlər və digər döyüş növləri üzrə məşğul olan idmançılar üçün (3 ay, 6 ay və 1 illik) kurslar təşkil olunmuşdur. Burada məqsəd aykido üzrə nəzərdə tutulmuş şagirdlik dərəcələrinin (minimum 3 illlik öyrədilməsinə aid imtahan proqramının) qısa kursla öyrədilməsi, vəzifə borcu üzrə özünü müdafiə və aqressoru tərkisilah etmək üçün qısa kursla nəticələri daha tez əldə etməkdir. Bununla yanaşı Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin üzvlərinin əlavə təhsil alb, daha ətraflı bilik alması üçün 3 aylıq xüsusi kurslan keçirilir. Kurslar ödənişlidir.

Hər bir kurs üçün məlumat

 Sinif  Müddət Gün / Vaxt Şagird sayı İxtisas Təlimatçı Təhsil Haqqı
Başlayanlar kursu Apreldən Sentyabra
Oktyabrdan Marta
Bazar ertəsi və Cərşənbə
18:30-20:00
10 şagird 18 yaşdan yuxarı Elnur Nemətov  100 AZN
Orta kurs Apreldən Sentyabra
Oktyabrdan Marta
Çərşənbə və Şənbə
18:30-20:00 (Çərşənbə)
17:30-19:00 (Şənbə)
10 şagird 18 yaşdan yuxarı 4/3/2 Kyu sahibləri Sənan Həsənzadə 100 AZN
Qabaqcıl kurs Apreldən Sentyabra
Oktyabrdan Marta
Çərşənbə axşamı və Cümə
18:30-20:00
10 şagird 18 yaşdan yuxarı 2-ci Kyu-dan yuxarı Ruslan Məmmədov 100 AZN

Qeydlər

  • Hər bir kurs üçün ərizə formasını doldurduqdan qısa müddət sonra ofisə təqdim edilməlidir.
  • Yerlərin sayı məhduddur, ona görə də mümkün qədər tez müraciət edin. Namizədlərə kursa qəbul olunmaları poçt vasitəsilə bildiriləcək. Əgər qəbul bildirişi almısınızsa, lütfən, təhsil haqqınızı göstərilən tarixə qədər ödəyin.
  • Hər kursun məzunlarına sertifikatlar veriləcək və sertifikat imtahanlarını müvəffəqiyyətlə bitirdikdən sonra Aykido Kyu və ya Dan dərəcəsi ilə mükafatlandırılacaq.

Aşağıdakı promosyonlar mümkündür:

  1. Başlanğıc kursu – 3-cü Kyu qədər;
  2. Orta kurs – 1-ci Kyu qədər;
  3. Qabaqcıl kurs – 1-ci Dana qədər.
  • Qiymətə vergilər və dərsliklər daxildir.
  • Dərslər bayram günlərində keçirilmir.
  • Dərslər Hombu Dojo Azərbaycan-da keçirilir.