Birliyin Məqsəd və Vəzifələri
1) Ənənəvi Aykidonun banisi Morihey Ueşibanın yoluna sadiq qalmaq.
2) “Aikikai Aikido Klubları” komandasına və idman klublarına mənəvi cəhətdən dayaq olmaq, dəstək vermək və köməklik göstərmək.
3) “Aikikai Aikido Klubları” komandası və idman klublarında Aikikai Aikido idman və döyüş növü ənənəsini möhkəmləndirmək.
4) “Aikikai Aikido Klubları” komandasının və idman klublarının tədbirlərinə məhşur idmançıları, məəşqçiləri, ictimai xadimləri cəlb etmək.
5) Sağlam həyat tərzini təbliğ etmək.
6) Xeyriyyə tədbirlərində iştirak etmək.
İdarə Heyəti
Prezident: Jalə Əhmədova
Vitse-prezident: Rövşən Nəzərov
Baş Katib: Fəxri Qafarlı
İcraçı Direktor: Atlant Məmmədli
Menecer: Afərim Quliyeva
Menecer: Fidan Qəmbərli

Jalə Əhmədova
1-ci Kyu Aykido

Rövşən Nəzərov
4-cü Dan Aykido

Fəxri Qafarlı
4-cü Dan Aykido

Atlant Məmmədli
1-ci Dan Ho Aykido

Afərim Quliyeva
1-ci Kyu Aykido

Fidan Qəmbərli
1-ci Kyu Aykido
Qərargahın əsas məqsədi
Aykikay Fondu Azərbaycan Aykido Qərargahı (Dövlət qeydiyyatına alınmış hüquqi adı – Aykikay Aykido Klubları İctimai Birliyi) ölkə ərazisində və birliyin nəzdində fəaliyyətdə olan Aykikay Aykido yönümlü klubların birgə əməkdaşlığının təşkili və idarə olunması ilə məşğul olur. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı, Azərbaycan ərazisində Aykikay Fondu Dünya Aykido Qərargahı təmsil edir. Qərargahın əsas fəaliyyət məqsədi, aykido yönümlü təşkilatlarla, dövlət (nazirliklər və s.) və qeyri dövlət təşkilatları (sponsorlar və s.) ilə əməkdaşlığın qurulması və daimi saxlanılması üçündür.
Qərargah, hüquqi üzvlüyə qoşulmaq istəyən klubların müraciətini öncə Üzvlüyə Qəbul Komissiyası ilə razılaşdırır. Proses bitdikdən sonra, Klubların Kollegiyasının iştirakı ilə yeni klubun birliyə üzv qəbul edilməsi işlərinə rəhbərlik edir.
