Klubların Kollegiyası
Klubların Kollegiyasının yaradılmasının əsas məqsədi, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin nəzdində fəaliyyətin əməkdaşlıq prinsipləri əsasında təşkili üzrə öz aralarında keçirdikləri tədbirlər, seminarlar və s. kollegial qərarla idarə etmək və klublar arasında yarana biləcək ümum məsələlərin həllinə diplomatik yanaşmaq üçün nəzərdə tutulmuşdur. Klubların kollegiyasının ümum heyəti, klubların rəhbərlərindən ibarət heyətdir. Klubların Kollegiyasının iclasına kollegiyanın sədri rəhbərlik edir. Sədr klubların rəhbərlərinin ümum qərarı ilə seçilir və hər iki ildən bir sədrlik başqa klubun rəhbərinə həvalə edilmək üzrə təyinatlandırılır. Bir şəxsin bir neçə dəfə seçilməsinə qadağa yoxdur.
Kollegiyanın 2024 - 2026 cı illər üzrə İdarə Heyəti
Aykikan Döyüş Növləri Klubu: Sənan Həsənzadə
“Emin” Aikido Klubu: Emin Həsənov
“Hombu Doco Azərbaycan” Aykikay Aykido Klubu: Arzu Mikayılov
“İddo” Aykido Aykikay İdman Klubu: Rövşən Nəzərov
“Katana Aykido İdman Klubu” İctimai Birliyi: Turan İbrahimli
“Kinologiya İdman Klubu” İctimai Birliyi: Aygün Mirzəli
Sakura Aykido Aykikay İdman Klubu: Tofiq Nəcəfov – Sədr
“Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyi: Ruslan Məmmədov
“Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyi: Elnur Nemətov
Tacikistan Aykido Klubu
Klubların Kollegiyasına Tacikistan Aykido Klubuda daxildir. Tacikistan Aykido Klubu 3 yanvar 2025-ci il tarixindən, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinə, Sakura Aykido Aykikay Klubunun beynəlxalq filialı statusu ilə üzvlüyə alınmışdır. Bu fəaliyyətdə məqsəd Tacikistanda aykidonun inkişafına dəstək olmaq və Tacikistanı, Aykikay Fondu ilə Beynəlxalq Aykido Federasiyasının üzvlüyünü qazanmasına kömək etməkdir.
Klubların Kollegiyasının fəaliyyət predmeti
Klubların Kollegiyası fəaliyyətini Qərargah ilə birgə razılaşdıraraq təşkil edir və Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinə qoşulmaq istəyən digər klubların hüquqi üzvlüyə qoşulması prosesində kollegial iştirak edir.