Ueşiba Ailəsi

Morihey Ueşiba

Kişşomaru Ueşiba

Moriteru Ueşiba

Misuteru Ueşiba

sa

Aykikay Hombu Doco

Aykido Yapon döyüş sənətidir. Bu döyüş sənəti 1920-ci illərdə klassik yapon döyüş sənət növləri üzrə ustadlıqda ən yüksək səviyyəyə nail olmuş bir döyüş mütəxəssisi Morihey Ueşiba (1883-1969) tərəfindən yaradılmışdır. Aykido hucumçunun həmləsinə birbaşa müqavimət göstərmək deyil, həmlənin geldiyi istiqamətə yönləndirilməsi yolu ilə həyata keçirilir. Aykidoda yarış yoxdur. Aykido təliminin əsas məqsədi hansısa bir addımın və ya bacarığın mükəmməlləşdirilməsi deyil, insanin xarakterinin təbiət qanunlarına uyğun şəkildə təkmilləşdirilməsidir. AY – harmoniya, Kİ – daxili enerji, DO – isə həyat yolu deməkdir. Texniki cəhətdən bu döyüş sənəti bədən və ruhun harmoniyası yolu ilə harmoniyaya istiqamətlənən əsas cərəyan kimi jiu-jitsu, kendo və fəlsəfədən əhəmiyyətli dərəcədə bəhrələnmişdir. 1931-ci ildə Aykido Hombu Doco yaradılmışdır. Doşu çərçivəsində böyük sayda Şixan və Şidoin Aykido praktikasını təkmilləşdirmək və inkişaf etdirmək üçün öz səylərini birləşdirmişdirlər. Aikido Mərkəzi 1940-cı ildə Yapon hökuməti tərəfindən rəsmi şəkildə tanınmışdır. Aykikay Fondu bütün dünyada Aykidonun tanınması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən törəmə təşkilatdır. Morihey Ueşiba 1969-cu ildə, 86 yaşında vəfat edənədək Aykido üzrə təlim vermişdir. Onun vəfatından sonra oğlu Kişşomaru Ueşiba (1921-1999) təşkilata rəhbərlik etmişdir. Aykikay Fondu dünyanın 130 ölkəsində Aykido mirasının dəstəklənməsi məqsədilə yaradılmış bir cəmiyyətdir. Artıq 60 ildir ki, Aykido dunyanın başqa olkələrində də tanınır. Bu müddət ərzində 130 ölkədə Aykido qəbul olunmuşdur. Aykido təlimində əsas məqsəd ruhu və bədəni təlim etməkdir və bu səbəbdən bu döyüş sənəti bütün dünyada kök sala bilmiş və onun dəyəri sərhədləri və irqləri aşmışdır. Beynəlxalq promosyon fəaliyyəti nəticəsində 1976-cı ildə Beynəlxalq Aykido Federasiyası (BAF) təsis edilmişdir. Federasiyanın ümumi assambleyasi hər dörd ildən bir keçirilir. 1984-cü ildə BAF Beynəlxalq İdman Federasiyalarının Ümumi Assosiasiyasının rəsmi üzvü olmuşdur. Bu sahədə beynəlxalq və milli səviyyələrdə Gənclər və könüllülər hərəkatı da movcuddur­­­­­. Artıq 21-ci əsrdə dünyada Aykidoya yeni bəşər mədəniyyəti kimi baxılır.

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi

hombu
iaf
aikiaf
AACPU

Aykikay Azərbaycan 29 avqust 2011-ci tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. 1 oktyabr 2011 ci ildən etibarən Aykikay Azərbaycan, Dünya Aykido Mərkəzi (AYKİKAY Hombu Dojo) ilə bir başa rəsmi fəaliyyətə başlamışdır. Aykikay Azərbaycanın yaranması tarixi, Kuribayaşi Takanori Şixanın Azərbaycana ilk gəlişi ilə başlamışdır. Aykikay Azərbaycan tam Aykido təşkilatıdır və Dünya Aykido Qərargahı qaydalarına və nizamnaməsinin təlimatına  uyğun olaraq, Aykido döyüş sənətinin təlimi üçün təsisçi ilham Quliyev tərəfindən yaradılmışdır. 1 Dekabr 2017 ci il tarixində Aykido Doşu Moriteru Ueşiba (AYKİKAY Hombu Doco) tərəfindən rəsmən Azərbaycan üzrə əsas aykido təşkilatı olaraq tanınmışdır. 13.10.2021 ci ildə Aykikay Azərbaycan,  Beynəlxalq Aykido Federasiyası tərəfindən tanınmışdır.

 
 İdarə Heyəti
 Sədr – İlham Quliyev
Sədr müavini – Arzu Mikayılov
 Baş katib – Fəxri Qafarlı
 Baş katibin asistenti – Anar Əsədov
 Baş mühasib – Rauf Rüstəmov
 Texniki direktor – İlham Quliyev
Baş təlimatçı – Arzu Mikayılov