Aykikay Fondu Dünya Aykido Qərargahı
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi heyəti olaraq, aykidonun banisi O Sensey Morihey Ueşibanın yolu üzrə aykido ilə fəaliyyət aparırıq və ənənəvi aykidoya (AYKİKAY FONDU) sadiqik. Bütün iştirakçılar HOMBU tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aykido Federasiyası yalnız AYKİKAY məktəbini təmsil edir. Müəllimimiz Kuribayaşi Takanori Şixandır.
Tədris heyətinin ümum üzvləri
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin tədris komitəsi, beynalxalq qaydalara uyğun tələblərə görə yaradılmışdır. Tədris komitəsində texniki direktor, texniki məsləhətçi, baş təlimatçı, təlimatçı və təlimatçı köməkçiləri yer almaqdadırlar. Baş şagirdlər tədris komitəsinin heyətinə alınmırlar. Baş şagirdlər 2-ci və 1-ci Kyu, həmçinin 1-ci Dan sahibləridirlər. 2-ci Dan və daha yuxarı dərəcə sahibi olub, lakin aykido qruplarında dərs verməyən heyət üzvləridə tədris komitəsinin heyətinə alınmırlar. Tədris Komitəsi iki hissəyə bölünür. Tədris Komitəsi əsas üzvləri və tədris komitəsinin ümum (digər) heyət üzvləri. Tədris Komitəsinin əsas heyətinin qərar vermə və yeni qanunların qəbul edilməsi ilə bağlı səlahiyyətləri var ikən, ümum heyət üzvlərinin vəzifə borclarına yalnız qəbul edilmiş qərarların icrasınıdan ibarətdir.
Təlimatçıların ixtisas (titul) artımı
Beynəlxalq Qaydalar – Başlıq 4
Hombunun nümayəndəliyin almış aykido təşkilatının təlimatçılarının ixtisasının artırılmasına gəlincə, onlar növbəti qaydada olmalıdır: Təlimatçıların ixtisas artımı yapon dilində yazılır.
Şixan – Şidoin – Fukuşidoin
Şixan
Hombu araşdırır və 6-cı Dan və ya yuxarı dərəcələr arasında təcrübədə və təlimat işlərində bacarığı olan şəxsləri Şixan təyin edir. Təyin edilmiş şəxs üçün sənədi Hombu tərəfindən təltif olunur. Azərbaycanda ən yüksək dan dərəcə sahibi hal hazırda 5-ci Dan dərəcəsindədir.
Sixan (Yaponca 師範, usta) Yapon döyüş sənətlərində fəxri adıdır. Aykidoda “şixan” adı altıncı ilə yeddinci dan sahiblərinə verilir. Şixan dərəcəsindən əvvəl 4-cü və 5-ci Dan yüksək ustad olan Şiidoin dərəcəsi gəlir. “Fukuşidoin”, “Şidoin” və “Şixan” “dosent” və “professor” elmi adlarına bənzər bir növ təlimatçı dərəcəsidir, “Dan” anlayışı isə elmi dərəcəyə daha yaxındır ( “magistr”, “namizəd”, “elmlər doktoru”). Təlimatçı dərəcəsi bir qayda olaraq kafedraya (bölmə) rəhbərinə ixtisaslarına uyğun olaraq verilir. Adi tələbələr, hətta 1-ci Dan olanlar belə dərəcələrə sahib deyillər.
Azərbaycan üzrə Şixan dərəcəsi almış aykidoçular
Hal hazırda Azərbaycan aykidosunda Şixan dərəcəsi alan aykidoçusu yoxdur.
Renşi
Renşi (錬士, “təcrübəli usta”) ənənəvi Yapon döyüş sənətlərinə (budo) daha çox xas olan bir ustalıq tituludur və yüksək texniki və mənəvi ustalıq səviyyəsini göstərir. Renşi təlimatçının daxili ustalıq səviyyəsinin və şəxsi “təcrübəsinin” təyinidir. Renşi titulu Azərbaycanın ilk nəsil aykidoçularına təqdim edilir. Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyində Renşi titulu kimlərə verilir ?
| Faiq Nuriyev Sensey | Emil Məmmədov Sensey | Elnur Nemətov Sensey | Arzu Mikayılov Sensey | Ruslan Məmmədov Sensey |
Şidoin
Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Şidoin titulunun sistemi olmalıdır. Şidoin 4-cü Dan və yuxarı dərəcə sahibləridilər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Şidoin tituluna təyin etdikləri şəxslərə sertifikat verə bilərlər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Şidoin titulunu verdiyi şəxslər haqqında Hombuya məlumat verməlidir.
1-ci dərəcəli şidoinlər
FAİQ NURİYEV
Şidoin – Sensey
7-ci Dan Aykido
EMİL MƏMMƏDOV
Şidoin – Sensey
7-ci Dan Aykido
ELNUR NEMƏTOV
Şidoin – Sensey
5-ci Dan Aykido
İLHAM QULİYEV
Şidoin – Sensey
6-cı Dan Aykido
ARZU MİKAYILOV
Şidoin – Sensey
5-ci Dan Aykido
RUSLAN MƏMMƏDOV
Şidoin – Sensey
5-ci Dan Aykido
Şidoin dərəcəli heyətimiz
EMİL QURBANOV
Şidoin – Sensey
4-cü Dan Aykido
FƏXRİ QAFARLI
Şidoin – Sensey
4-cü Dan Aykido
RÖVŞƏN NƏZƏROV
Şidoin – Sensey
4-cü Dan Aykido
TOFİQ NƏCƏFOV
Şidoin – Sensey
4-cü Dan Aykido
Fukuşidoin
Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Fukişidoin titulunun sistemi olmalıdır. Fukuşidoin 2-ci Dan və ya 3-cü Dan dərəcə sahibləridilər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı Fukişidoin tituluna təyin etdikləri şəxslərə sertifikat verə bilərlər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Fukuşidoin titulunu verdiyi şəxslər haqqında Hombuya məlumat verməlidir.
EMİN HƏSƏNOV
Fukuşidoin
3-cü Dan Aykido
RUSLAN MUSAYEV
Fukuşidoin
3-cü Dan Aykido
TEYMUR NƏCƏFOV
Fukuşidoin
3-cü Dan Aykido
RƏŞAD ƏLİBAXIŞOV
Fukuşidoin
2-ci Dan Aykido
HAFIZ MUSTAFA
Fukuşidoin
2-ci Dan Aykido
FOTEK TABAROV
Fukuşidoin
2-ci Dan Aykido
CUMOXON ABDOLLOEV
Fukuşidoin
2-ci Dan Aykido

Turkish
日本語
English
Русский

























