Sensey
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin sədridir. 26 mart 1976-cı ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 18.06.1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido ilə məşğul olmağa başlamışdır. 14.12.1996-31.08.2001-ci illər Azərbaycan Aykido Federasiyasının üzvü olmuşdur. 10.09.2001-ci (2007-ci ilə kimi) il tarixində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido üzrə təlimatçı vəzifəsində fəaliyyətə başlamışdır. Eyni zamanda 2004-cü ilin oktyabr ayına kimi Azərbaycan Ciu Citsu Federasiyasının “Aykikan Döyüş Növləri Klubu Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət aparmışdır. 2006-cı ildə “Aykikay Aykido Klubları” İctimai Birliyini təsis etmişdir. 2006-cı ildən başlayaraq, 2017-ci ilin dekabr ayına kimi birliyin baş təlimatçısı işləmişdir. 2017-2024-ci illərdə birliyin texniki direktoru vəzifəsində olub.
“Aykikay Aykido Klubları” İctimai Birliyinin nəzdində “Aykikan” Döyüş Növləri Klubu, “Hombu Dojo Azərbaycan” Aykikay Aykido Klubu, “Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyi, “Satori” Aykido Klubu, “Emin” Aykido Klubu, “Katana Aykido İdman Klubu” İctimai Birliyi, “Kinologiya İdman Klubu” İctimai Birliyi, “Sakura” Aykido Aykikay Klubu və Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyini təsis etmişdir. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı və Aykikay Fondu Azərbaycan Aykido Filialını qurmuşdur. Bununla yanaşı 2019-cü ildə “Azərbaycan Aykikay Aykido Fondu” və Azərbaycan Aykikay Aykido Akademiyasını təsis etmişdir. 2017-ci ildə “Aykikay Aykido Klubları” İctimai Birliyi, Aykikay Fondu Dünya Aykido Qərargahı tərəfindən üzvlüyə qəbul edilmişdir. 2021-ci ildə “Aikikai Aikido Klubları” İctimai Birliyi, Beynəlxalq Aykido Federasiyası tərəfindən üzvlüyə qəbul edilib və Azərbaycana nümayəndəlik verilib.
İLHAM QULİYEV
5-ci Dan Aykido
Üzvlük № AAA 001
Qeyd tarixi: 10.09.2001
Doğum tarixi: 26.03.1976
Sensey: Kuribayaşi Takanori
Məşqə başlayıb: 18.06.1995
Aykikay № AF – 35918
Qeyd tarixi: 10.09.2000
Üzvlük № 151608
Yudanşa - Qara Kəmər Heyəti - Dan Dərəcə Məlumatları
1-ci Dan Reqistrasiya № 82701, Tarix: 10.09.2000, Sankt Peterburq, Nabiyoşi Tamura Şixan
2-ci Dan Reqistrasiya № 41301, Tarix: 01.12.2004, Baku, Kenji Kumagai Şixan
3-cü Dan Reqistrasiya № 21908, Tarix: 20.01.2011, Baku, Kenji Kumagai Şixan
4-cü Dan Reqistrasiya № 12674, Tarix: 10.04.2014, Budapeşt, Kuribayaşi Takanori Şixan
5-ci Dan Reqistrasiya № 8843, Tarix: 12.01.2020, Tokio, Kaqami Biraki 2020
6-cı Dan Reqistrasiya № xxxxx, Tarix: xx.xx.xxxx, Tokio, Kaqami Biraki 2026
7-ci Dan Reqistrasiya № xxxxx, Tarix: xx.xx.xxxx,
8-ci Dan Reqistrasiya № xxxxx, Tarix: xx.xx.xxxx,
Qeyd: Azərbaycanda aykido dərsləri 1990-cı ilin əvvəllərində ilk dəfə Sensei Fərhad Ələsgərov tərəfindən keçilməyə başlanıb.