Beynəlxalq Aykido Federasiyası Azərbaycan Nümayəndəliyi

Aykikay Aykido Klubları İctimai Birliyi, 19 aprel 2006-cı tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Aykikay Azərbaycan 1 oktyabr 2011-ci ildən etibarən, Aykikay Fondu Dünya Aykido Mərkəzi (AYKİKAY Hombu Dojo) ilə bir başa rəsmi fəaliyyətə başlamışdır. Aykikay Azərbaycanın yaranması tarixi, Kuribayaşi Takanori Şixanın Azərbaycana ilk gəlişi ilə başlamışdır. Aykikay Azərbaycan tam Aykido təşkilatıdır və Dünya Aykido Qərargahı qaydalarına və nizamnaməsinin təlimatına  uyğun olaraq, Aykido döyüş sənətinin təlimi üçün təsisçi ilham Quliyev tərəfindən yaradılmışdır. Aykikay Azərbaycan 1 dekabr 2017-ci il tarixində Aykido Doşu Moriteru Ueşiba (AYKİKAY Hombu Doco) tərəfindən rəsmən Azərbaycan üzrə əsas aykido təşkilatı olaraq tanınmışdır. Beynəlxalq Aykido Federasiyası tərəfindən tanınmaq üçün, Aykikay Fondu Dünya Aykido Mərkəzinin üzvü olmalıdır. 

Emin Həsənov
3-cü Dan Aykido

Fəxri Qafarlı
4-cü Dan Aykido

Atlant Məmmədli
1-ci Dan Ho Aykido

Nümayəndəliyin Ofisinin İdarə heyəti

Prezident: Emin Həsənov
Baş Katib: Fəxri Qafarlı
İcraçı Direktor: Atlant Məmmədli

Qərargah

14-cü Aykido Sammiti 2024

Nümayəndəliyin Fəaliyyəti

Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi, 13 noyabr 2021-ci il tarixində Beynəlxalq Aykido Federasiyasının üzvlüyünə qəbul olunmuşdur. Bu tarixdən Azərbaycan üzrə nümayəndəlik statusu qazanmışdır. Birlik, 28 yanvar 2025-ci il tarixli qərara əsasən nümayəndəliyin Azərbaycan üzrə ofisini yaratmışdır və aşağıdakı səlahiyyəti vermişdir.

  1. Beynəlxalq Aykido Federasiyasının illik üzvlük haqlarının yığılması;
  2. Beynəlxalq Aykido Sammitində iştirak heyətinin tərkibini təyinatı;
  3. Dünya Oyunları iştirakçılarının milli komnada heyəti üzrə seçilməsi;
  4. Dünya Döyüş Oyunları iştirakçılarının milli komnada heyəti üzrə seçilməsi.
  5. Beynəlxalq Aykido Federasiyasının Gənclər üzrə festivalında iştirakçılarının milli komnada heyəti üzrə seçilməsi.
  6. Beynəlxalq Aykido Federasiyasının Embukay tədbiri üzrə iştirakçılarının milli komnada heyəti üzrə seçilməsi.
  7. Tədbirlər üzrə aidiyyati təşkilati işlərə tam rəhbərlik.