Aykikay Fondu Dünya Aykido Qərargahı - Azərbaycan təmsilçisi
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi heyəti olaraq, aykidonun banisi O Sensey Morihey Ueşibanın yolu üzrə aykido ilə fəaliyyət aparırıq və ənənəvi aykidoya (AYKİKAY FONDU) sadiqik. Bütün iştirakçılar HOMBU tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aykido Federasiyası yalnız AYKİKAY məktəbini təmsil edir. Müəllimimiz Kuribayaşi Takanori Şixandır.
Qeyd: Yüksək Dan dərəcələrinin təqdimatı, ilk əvvəl Kuribayaşi Takanori Şixan ilə məsləhətləşdikdən sonra Aykido Hombu Docoya göndəriləcək.
Komissiyanın əsas işi
Yüksək Dan Dərəcələri Komissiyasının əsas işi ümum imtahanlara deyil, yalnız Kaqami Biraki tədbiri zamanı 5-ci, 6-cı, 7-ci və 8 ci Dan dərəcələrinin təqdimatı üçün veriləcək qərarların həlli ilə məşğul olmaqdır. Komissiya 5 (beş) nəfərdən ibarət heyətdir. Heyət bərabər hüquqa sahibdirlər və komissiya sədr və müavinlərdən ibarətdir. Heyət dəyirmi masa arxasında kimlərə yüksək Dan dərəcəsinin verilməsinin qərarını verib Birliyin sədrinə təqdim edirlər.
Yüksək Dan dərəcələrinin verilməsi haqda qərar komissiyanın hüqqudur. Komissiya üzvləri Şidoin Faiq Nuriyev, Şidoin Emil Məmmədo, Şidoin Elnur Nemətov, Şidoin Vüqar Babayev və Şidoin Ruslan Məmmədovdur.

Turkish
日本語
English
Русский










