Aykikay Fondu Dünya Aykido Qərargahı

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi heyəti olaraq, aykidonun banisi O Sensey Morihey Ueşibanın yolu üzrə aykido ilə fəaliyyət aparırıq və ənənəvi aykidoya (AYKİKAY FONDU) sadiqik. Bütün iştirakçılar HOMBU tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aykido Federasiyası yalnız AYKİKAY məktəbini təmsil edir. Müəllimimiz Kuribayaşi Takanori Şixandır.

Aykikay Azərbaycan Məktəbləri

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi, Aykikay Fondunun üzvü olaraq Kuribayaşi Takanori Şixanın rəhbərliyi altında fəaliyyət aparır. Lakin buna baxmayaraq, digər şixanların məktəblərinində birlikdə fəaliyyət aparmasına qanunvericilik mane olmur. Bu baxımdan Azərbaycan Respublikasının ərazisində olan bütün Aykikay yönümlü təşkilatların hər biri üzvlüyə alınması mümkündür. Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin nəzdində beş məktəb yaradılıb. Doqquz klub, iki dojo və iki nümayəndəlikdən ibarət olan bu məktəblər bunlardır: Hatamoto Ryu, Dai Ryu, Elnur Ryu, Arzu Ryu və Tofiq Ryu.

KURİBAYAŞİ TAKANORİ
Aykido Hombu Dojo
7-ci Dan Aykido
Şixan – Sensey
www.aikikai.or.jp

www.shihan.az

FAİQ NURİYEV
Şidoin – Sensey
3-cü Dan Aykido
www.hombu.az

ELNUR NEMATOV
Şidoin – Sensey
5-ci Dan Aykido
www.shinjutsu.az

Hatamoto Ryu

Hatamoto Ryu yaranma tarixi 10 yanvar 2026- cı ildə qoyulub. Lakin məktəbin fəaliyyətinin əsası 1992-ci ildən etibaran başlayıb. Məktəbin lideri Sensey Faiq Nuriyevdir. Faiq Nuriyev Azərbaycan aykidosunun ilk nəsildə birinci aykidoçularından biridir.

Dai Ryu

Məktəbə daxil olan klublar

Dubayda Aikido Nümayəndəliyi, Sensey Emil Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir. Məktəbin Şixanı (texniki məsləhətçisi), Aykido Hombu Dojo-nun təlimatçısı Kuribayaşi Takanori Senseydir.

Elnur Ryu

Məktəbə daxil olan klublar

Şinjutsu Aykido İdman Klubu İctimai Birliyi, Emin Aykido Klubu və Budokan Döyüş Növləri Klubu, Sensey Elnur Nemətovun rəhbərliyi altında fəaliyyət aparır. Məktəbin Şixanı (texniki məsləhətçisi), Aykido Hombu Dojo-nun təlimatçısı Kuribayaşi Takanori Senseydir.

Arzu Ryu

Məktəbə daxil olan klublar

Hombu Dojo Azərbaycan Aykikay Aykido Klubu, Katana Aykido İdman Klubu İctimai Birliyi, Sərbəst Döyüş İdman Klubu İctimai Birliyi, Kinologiya İdman Klubu İctimai Birliyi və İDDO Aykido Aykikay İdman Klubu. Bu klublar Sensey Arzu Mikayılovun rəhbərliyi altında fəaliyyət aparırlar. Məktəbin Şixanı (texniki məsləhətçisi), Aykido Hombu Dojo-nun təlimatçısı Kuribayaşi Takanori Senseydir.

Tofiq Ryu

Məktəbə daxil olan klublar

Sakura Aykikay Aykido Klubu, Tacikistan Aykido Klubu və Sakura Aykido Məktəbi Sensey Tofiq Nəcəfovun rəhbərliyi altında fəaliyyət aparırlar. Məktəbin Şixanı (texniki məsləhətçisi) Aykido Hombu Dojo-nun təlimatçısı Kuribayaşi Takanori Senseydir.

EMİL MƏMMƏDOV
Şidoin – Sensey
3-cü Dan Aykido
www.dubai.az

ARZU MİKAYILOV
Şidoin – Sensey
5-ci Dan Aykido
www.hombu.az

TOFİQ NƏCƏFOV
Şidoin – Sensey
4-cü Dan Aykido
www.sakura.az