İşçi Qrupu

Aykikay Aykido Klubları İctimai Birliyinin əsası 10 sentyabr 2001 ci il tarixində qoyulmuşdur. İctimai Birliyin əsas vəzifəsi Azərbaycan ərazisində aykidonun pozisiyası və ənənəsinə sadiq qalmaq və Aykikay yönümlü təşkilatları öz ətrafında birləşdirməkdən ibarətdir. Aykikay Aykido Klubları İctimai Birliyi ölkədə Aykikay Fondu Dünya Aykido Qərargahı və Beynəlxalq Aykido Federasiyasının üzvü və nümayəndəliyidir. 

İşçi Qrupuna daxil olan klublar

Aykidonun Azərbaycanda yüksək səviyyədə inkişafı üzrə fəaliyyətin beynəlxalq tələblərə uyğun təşkil edilməsi üçün, 7 noyabr 2024-cü il tarixli qərara əsasən Aykido İşçi Qrupu yaradıldı. İşçi Qrupuna “Aykikan” Döyüş Növləri Klubu, “Emin” Aikido Klubu, “Hombu Dojo Azərbaycan” Aykikay Aykido Klubu və “Sakura” Aykido Aykikay İdman Klubu daxil oldular.

İşçi Qrupunun göməli olduğu işlər

Ölkə ərazisində zalların çoxaldılması, üzvlərin sayının artırılması,  ölkə daxili və beynəlxalq seminarların təşkilinin sayının artırılması, nümunəvi çıxışların artırılması, Uşaq və xanım qruplarının çoxaldılması, sponsorların cəlb edilməsi.

Heyət

Aykikan Döyüş
Növləri Klubu

Sənan Həsənzadə
4-cü Dan Aykido

Emin Aikido
Klubu

Emin Həsənov
3-cü Dan Aykido

Hombu Dojo
Azərbaycan

Rövşən Nəzərov
4-cü Dan Aykido

Sakura Aykido
Aykikay Klubu

Tofiq Nəcəfov
4-cü Dan Aykido