Beynəlxalq əlaqələr şöbəsi
Beynəlxalq Əlaqələr Şöbəsinin yaradılmasında məqsəd, “Aykikay Aykido Klubları” İctimai Birliyinin fəaliyyətinin məqsədə uyğun təşkil olunması və idarə edilməsinə peşəkar dəstəyin verilməsi üçündür. Şöbə birliyin baş direktorunun kurasiyasındadır. Şöbənin idarə heyəti 4 (dörd) nəfərdən ibarətdir. Şöbənin direktoru əmr və tapşırıqları yalnız Birliyin sədrindən alır. Beynəlxalq əlaqələr məsələsində isə Birliyin baş direktorunun məlumatı və xəbəri olmadan hərəkət edilməməsi gərəklidir. Departament heyəti 2 (iki) il müddətinə, Birliyin idarə heyəti tərəfindən təyin olunurlar. Beynəlxalq əlaqələr şöbəsinin direktoru, xarici ölkələrin Aykikay Aykido təşkilatları ilə əməkdaşlığa və s. aid işlərin təşkilinə rəhbərlik edir. Beynəlxalq Əlaqələr icra heyətinin işi, Aykikay Azərbaycan BAF komandasına aid olan ümum beynəlxalq aykido məsələlərində, görüləcək işlərə nəzarət etmək və şöbənin direktoru tərəfindən alınan tapşırıqların icrasını təşkil etməkdir.
vəzifə borcları
Şöbənin Direktoru: Beynəlxalq əlaqələr üzrə Aykikay Fondu, Beynəlxalq Aykido Federasiyası və beynəlxalq aykiodo təşkilatları ilə aidiyyati işlərin aparılmasında Qərargah və Nümayəndəlik heyətinin fəaliyyətinə dəstək verir, birliyi təmsil edir.
Baş Menecer: Şöbənin menecerlərinin işinə rəhbərlik edir, aidiyyat tapşırıqları təyinatı üzrə menecerlərə təqdim edir və işin təşkilinə dəstək verir.
Ölkə daxili əlaqələr meneceri: Ölkə ərazisində xarici təşkilatlar (səfirlik, xarici şirkətlər və xarici vətəndaşlar) ilə əlaqələrin təşkili və aidiyyati işlərin təşkilinə rəhbərlik edir.
Beynəlxalq əlaqələr meneceri: Xarici ölkələrin aykido təşkilatları (federasiyalar, klublar və fərdi aykidoçular) ilə əməkdaşlığın təşkili və aidiyyati işlərin təşkilinə rəhbərlik edir.
İdarə Heyəti
Kurator: Baş Direktor
Direktor: Turan İbrahimli
Baş Menecer: Aygün Mirzəli
Menecerlər
Ölkə daxili əlaqələr: Tutu Əskərova
Beynəlxalq əlaqələr: Zəhra Novruzova
Mobil: +99450 700 10 31
Email: aikikaiazerbaijaniaf@gmail.com

Turkish
日本語
English
Русский










