Sensey Ruslan Məmmədov
Sensey Ruslan Məmmədov, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin Nizam İntizam Komissiyasının sədridir. 21 avqust 1974-c4 ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1997-2004-cü illər Azərbaycan Aykido Federasiyasının üzvü olmuşdur. 2011-ci ildən Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin üzvüdür. 2012-cü ildə Birliyin nəzdində “Sərbəst Döyüş İdman Klubu” İctimai Biurliyinin təsis etmişdir. 2024-ci ilin dekabr ayından başlayaraq, Birliyə texniki məsləhətçisi təyin olunmuşdur.
Dan dərəcə alma tarixi
1-ci Dan: Yoşimitsu Yamada Şixan, Azərbaycan, Bakı 2004
2-ci Dan: Kenji Kumagai Şixan, Azərbaycan, Bakı 2011
3-cü Dan: İlham Quliyev Sensei, Azərbaycan, Bakı 2021
4-cü Dan: İlham Quliyev Sensei, Azərbaycan, Bakı 2024
Qeyd: 03.01.2026 tarixində milli ustalıq dərəcəsi üzrə 5-ci Dan
fəxri qara kəmər dərəcəsi və statusu verilib.
2012-ci il “Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyinin sədri.
2012-ci ildən “Aykikay Aykido Klubları” İctimai Birliyi klubları kollegiyasının üzvü.
2018-ci il “Aykikay Aykido Klubları” İctimai Birliyinin imtahan komissiyasının üzvü.
2024-cü illər “Aykikay Aykido Klubları” İctimai Birliyinin texniki məsləhətçisi.
23.10.2025-ci ildən “Aykikay Aykido Klubları” İctimai Birliyinin
Yüksək Dan Dərəcələri imtahan komissiyasının üzvüdür.

Turkish
日本語
English
Русский












