HAFİZ MUSTAFA
2-ci Dan Aykido

İctimaiyyətlə Əlaqələr Şöbəsi

İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaradılmasında məqsəd Aykikay Aykido Klubları İctimai Birliyinin fəaliyyətinin məqsədə uyğun təşkil olunması və idarə edilməsinə peşəkar dəstəyin verilməsinə dəstək üçündür. Şöbənin idarə heyəti 4 (dörd) nəfərdən ibarətdir. Şöbənin direktoru əmr və tapşırıqları yalnız Birliyin sədrindən alır. Şöbə birliyin icra komitəsinin bazasındadır. Şöbənin heyəti 2 (iki) il müddətinə Birliyin idarə heyəti tərəfindən təyin olunurlar. İctimaiyyətlə əlaqələr şöbəsinin direktoru, birliyin məqsədləri və fəaliyyəti haqda məllumat yayır, klublara mənəvi və maddi cəhətdən dayaq olmaq, dəstək vermək və köməklik göstərmək üçün dövlət və qeyri dövlət təşkilatları ilə əməkdaşlığına təşkilinə rəhbərlik edir. İctimaiyyətlə əlaqələr şöbəsinin icra heyətinin işi, Aykikay Azərbaycan BAF – a aid olan ümum respublika aykido məsələlərində görüləcək işlərə nəzarət etmək və şöbənin direktoru tərəfindən alınan tapşırıqların icrasını təşkil etməkdir.

vəzifə borcları

Şöbənin Direktoru: İctiçaiyyətlə əlaqələr şöbəsi ölkə ərazisində aykiodo təşkilatları və aykido sevərlər ilə aidiyyati işlərin aparılmasında  idra komitəsinə dəstək verir, birliyi təmsil edir.
Baş Menecer: Şöbənin menecerlərinin işinə rəhbərlik edir, aidiyyat tapşırıqları təyinatı üzrə menecerlərə təqdim edir və işin təşkilinə dəstək verir.
Hökumət təşkilatları üzrə menecer: Ölkə ərazisində yerli təşkilatlar ilə əlaqələrin təşkili və aidiyyati işlərin təşkilinə rəhbərlik edir.
Qeyri-hökumət təşkilatları üzrə menecer: Xarici ölkələrin aykido təşkilatları (federasiyalar, klublar və fərdi aykidoçular) ilə əməkdaşlığın təşkili və aidiyyati işlərin təşkilinə rəhbərlik edir.

NAZİM KƏRİMLİ
3-cü Dan Aykido

GÜNEL TAĞIZADƏ
1-ci Dan Ho Aykido

SƏMAYƏ ƏLİYEVA
1-ci Dan Ho Aykido

İdarə heyəti

Kurator: Baş Direktor
Direktor: Hafiz Mustafa
Baş menecer: Nazim Kərimli
Menecerlər
Hökumət təşkilatları: Günel Tağızadə
Qeyri-hökumət təşkilatları: Səmayə Əliyeva
Mobil: +99450 207 41 14
Email:  aikido@aikikai.org.az