Birliyin Məqsəd və Vəzifələri
1) “Aikikai Aikido Klubları” komandasına və idman klublarına mənəvi cəhətdən dayaq olmaq, dəstək vermək və köməklik göstərmək.
2) “Aikikai Aikido Klubları” komandası və idman klublarında Aikikai Aikido idman və döyüş növü ənənəsini möhkəmləndirmək.
3) “Aikikai Aikido Klubları” komandasının və idman klublarının tədbirlərinə məhşur idmançıları, məəşqçiləri, ictimai xadimləri cəlb etmək.
4) Sağlam həyat tərzini təbliğ etmək.
5) Xeyriyyə tədbirlərində iştirak etmək.
Aykikay Fondu Azərbaycan Aykido Qərargahı
Qərargahın əsas məqsədi
Aykikay Fondu Azərbaycan Aykido Qərargahı (Dövlət qeydiyyatına alınmış hüquqi adı – Aykikay Aykido Klubları İctimai Birliyi) ölkə ərazisində və birliyin nəzdində fəaliyyətdə olan Aykikay Aykido yönümlü klubların birgə əməkdaşlığının təşkili və idarə olunması ilə məşğul olur. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı, Azərbaycan ərazisində Aykikay Fondu Dünya Aykido Qərargahı və Beynəlxalq Aykido Federasiyasını təmsil edir. Qərargahın əsas fəaliyyət məqsədi, aykido yönümlü təşkilatlarla, dövlət (nazirliklər və s.) və qeyri dövlət təşkilatları (sponsorlar və s.) ilə əməkdaşlığın qurulması və daimi saxlanılması üçündür.
Jalə Əhmədova
İdarə Heyəti
Prezident: Jalə Əhmədova
Vitse-prezident: Rövşən Nəzərov
İcraçı Direktor: Afərim Quliyeva
Baş Katib: Fidan Qəmbərli
Rövşən Nəzərov
Afərim Quliyeva
Fidan Qəmbərli
Qərargah, hüquqi üzvlüyə qoşulmaq istəyən klubların müraciətini öncə Üzvlüyə Qəbul Komissiyası ilə razılaşdırır. Proses bitdikdən sonra, Klubların Kollegiyasının iştirakı ilə yeni klubun birliyə üzv qəbul edilməsi işlərinə rəhbərlik edir.