Azərbaycan Aykikay Aykido Fondu
Azərbaycan Aikikai Aykido Fondu 10 aprel 2019 cu il tarixində fiziki şəxslər İlham Quliyev və Arzu Mikayılov tərəfindən təsis edilib. xx.xx.2021 – ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İctimai Birlik faliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir.
Fondun fəaliyyətinin əsas məqsəd və vəzifələri
Fondun əsas məqsədi:
- Azərbaycanda Aykikay Aykido idman növünün inkişafına dəstək olmaq və bu idman növü üzrə cəmiyyətimizin düzgün maarifləndirilməsi.
Fond göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- Aykikay Aykido Milli komandasının maariflənməsi və inkişaf etməsi üçün qrantların qazanılması üzrə fəaliyyət göstərmək.
- yerli və beynəlxalq media qrumları ilə əlaqə qurmaq.
- Aykikay Aykido üzrə konfrans, forum, seminar və festivalları keçirmək.
- öz əmlakını idarə edir və ona dair sərəncam verir.
- fəaliyyəti ilə bağlı digər funksiyaları həyata keçirir.
Məqsəd və vəzifələrinə uyğun olan və qanunvericilikdə qadağan olunmayan başqa fəaliyyət növlərini həyata keçirmək.
dünya aykido qərargahı
Cəbrayıl Mikayılov
Ruslan Musayev
Qabil Məmmədov
Müşahidə Şurası
Sədr: Cəbrayıl Mikayılov
Sədr müavini: Ruslan Musayev
Sədr müavini: Qabil Məmmədov
Auditor: www.auditor.az
Himayəçilik Şurası:
Fondun nəzarət orqanı təsisçi (təsisçilər) tərəfindən təşkil olunan Himayəçilik Şurasıdır. Himayəçilik Şurasının üzvləri Fondun təsisçisi (təsisçiləri) tərəfindən 3 (üç) il müddətinə seçilir. Fondun Himayəçilik Şurasına yeni üzvlər yalnız şuranın bütün üzvlərinin razılığı ilə qəbul edilir. Fonda vəsaitlərin daxil olmasına nəzarət edir. Fondun vəsaitlərinin xərclənməsinə nəzarət edir. Fondun fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. Fondun proqramlarını təsdiq edir və onların həyata keçirilməsinə nəzarət edir. Fondun Prezidentini seçir və vəzifəsindən geri çağırır. Fondun Prezidentinin hesabatlarını qəbul edir. Fondun auditorunu müəyyən edir və onun hesabatlarını qəbul edir. Fondun idarə aparatının xərc smetasını təsdiq edir. Fondun əmlakından istifadə edilməsi barədə dərc edilməli olan illik hesabatları təsdiq edir. Fondun Baş mühasibinin təyin olunması və işdən çıxarılmasına razılıq verir. Fondun proqramlarının direktorlarının və əlaqələndiricilərinin təyin olunmasına razılıq verir. Fondun yanında məsləhətçi-ekspert şuralarının yaradılması və üzvlərinin təyin olunması barədə qərar verir. Fondun filiallarının və nümayəndəliklərinin açılması barədə qərar verir, onların əsasnamələrini təsdiq edir. Fondun təsərrüfat cəmiyyətlərinin təsis olunması və ya Fondun hər hansı təsərrüfat cəmiyyətində iştirakı barədə qərar verir. Fondun mənafeyi,onun nizamnamə məqsədləri tələb edən hallarda Nizamnaməyə dəyişiklik və əlavələr edir. Fondun yenidən təşkili və ləğvi barəsində barəsində qərar verir. Nizamnamənin 6.2.15 və 6.2.16-cı bəndlərində göstərilən məsələlər Fondun Himayəçilik Şurasının Üzvlərinin 3/4-dən çoxunun razılığı ilə qəbul edilir. Qalan məsələlər üzrə qərarlar Fondun Himayəçilik Şurasının üzvlərinin yarıdan çoxunun razılığı ilə qəbul edilir. Fondun Himayəçilik Şurasının işi Fondun Prezidenti tərəfindən təşkil olunur. Fondun Himayəçilik Şurasının qərarları onun bütün üzvlərinə elan edilməlidir. Qərarlar Fondun Himayəçilik Şurasının sədri tərəfindən imzalanır. Himayəçilik Şurasının iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Prezident Himayəçilik Şurası tərəfindən 3 (üç) il müddətinə vəzifəyə təyin olunur və vəzifədən azad olunur. Fondun Prezidenti təsisçi və ya digər üçüncü şəxs ola bilər. Prezident Himayəçilik Şurasının iclaslararası dövrdə, yaxud Şuranın müstəsna hallarda öz iclaslarını keçirməyə imkanları olmadıqda istənilən təcili tədbir görə bilər, lakin bu zaman Prezident Şuranın ilk iclasında bu barədə hesabat verməlidir.
İlham Quliyev
Arzu Mikayılov
İlqar Maşayev
İdarə Heyəti
Prezident: İlham Quliyev
Vitse Prezident: Arzu Mikayılov
Vitse Prezident: İlqar Maşayev
Fondun Prezidenti aşağıdakı sələhiyyətləri həyata keçirir:
Fondun işlərinin idarə edilməsinə və Himayəçilik Şurasının qəbul etdiyi qərarların həyata keçirilməsinə ümumi rəhbərliyi təmin edir. Himayəçilik Şurasının iclaslarını çağırmaq. Fondun fəaliyyəti ilə bağlı Himayəçilik Şurasınıa hesabat vermək. Fondun orqanlarının işini əlaqələndirmək. Milli və beynəlxalq səviyyədə Fondu təmsil etmək. Himayəçilik Şurası tərəfindən həvalə olunmuş istənilən digər funksiyanı həyata keçirmək. Müntəzəm olaraq İcraçı direktorun hesabatını dinləmək və bu barədə qərar qəbul etmək. Himayəçilik Şurası ilə razılaşdırmaqla Fondun vəsaitləri üzərində sərəncam verir. Fondun idarə aparatının işçilərini işə qəbul qəbul edir və işdən azad edir. Fondun adından müqavilələr bağlayır. Təsdiq olunmuş layihələrin həyata keçirilməsini təşkil edir. Fondun vəsaitlərinin xərclər simetasını və xərclənməsi barədə hesabatlar hazırlayır və Fondun Himayəçi Şurasının təsdiqinə verir. Fondun büdcəsini və maliyyə hesabatlarını hazırlayır. Fondun İcraçı direktorunu təyin edir və azad edir. Prezident müvəqqəti olmadığı hallarda onu əvəz edən şəxs Himayəçilik Şurasının qərarı ilə təyin olunur. Fondun Prezidenti sənədlərin imzalanması ilə bağlı səlahiyyətlərini müvafiq əmr və etibarnamə əsasında İcraçı direktora həvalə edə bilər.
İcra Heyəti
İcraçı Direktor: Anar Gənciyev
Məsləhətçi ekspert:Rövşən Nəzərov
Bas mühasib: Rauf Rüstəmov
Hüquqşünas: www.legal.az
Anar Gənciyev
Rövşən Nəzərov
Rauf Rüstəmov
İcraçı direktor aşağıdakı funksiyaları həyata keçirir:
Himayəçi Şuranın və Fondun Prezidenti tərəfindən ona verilmiş tapşırıqları yerinə yetirir. Fondun aparatını idarə edir və aparata həvalə edilmiş işin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Fondun gördüyü işlər barəsində rüblük hesabatları Prezidentə təqdim edir. Nizamnamə çərçivəsində Prezident terefindən ona həvalə edilmiş istənilən digər funksiyaları həyata keçirir. İcraçı direktor öz işi ilə bağlı mütamadi olaraq Prezidenti dolğun məlumatlandırır.
Aykidonun inkişafına dəstək fondu
Hesabın adı | Azərbaycan Aykikay Aykido Fondu |
Hesabın № | Fondun www.aikikaiaikido.az saytına keçid |
Bankın adı | |
Swite Kodu |