Çingiz Əliyev

Fəxri sədr

Fəxri sədr birliyə rəhbərlik edən səlahiyyətlisi deyil, bəzi sədr funksiyalarını yerinə yetirən şəxsdir. Fəxri sədr ciddi hesabatlı və s. sənədlər təqdim edə bilməz (məsələn: maliyyə haqda, vəsiqə, arayış və s.), lakin birliyin idarə və icra heyətlərinə bəyanatla çıxış edə, tapşırıq verə bilər. Ümumi yığıncağın qərarına əsasən 2 (iki) il müddətinə təyin olunur.

İlham Quliyev

Sədr

Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir. Ümumi yığıncaığın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir; Ümumi yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir. Qərərgah Birliyin nəzdindəki klubların sədrləri, birliyin sədrinin müavinləri statusundadırlar.

İlqar Maşayev

İdarə Heyəti

Fəxri sədr: Çingiz Əliyev
Sədr: İlham Quliyev
Baş direktor: İlqar Maşayev
Baş katib: Fəxri Qafarlı
Baş katibin asistenti: Anar Əsədov

Administrasiya rəhbəri: Mahir Musayev

1 ci Sədr müavini: Arzu Mikayılov
Sədr müavini: Ruslan Musayev
Sədr müavini: Qabil Məmmədov
Sədr müavini: Ramazan Ağayev
Maliyyə direktoru: Rauf Rüstəmov
İcraçı direktor: Atlant Məmmədli

Fəxri Qafarlı

Anar Əsədov

Mahir Musayev

Arzu Mikayılov

Ruslan Musayev

Qabil Məmmədov

Ramazan Ağayev

Rauf Rustəmov

Atlant Məmmədli

İdarə heyətinin vəzifələri

Birliyin fəaliyyətinə carı rəhbərliyi İdarə Heyəti həyata keçirir. İcra orqanı Birliyin sədrindən, sədrin müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdır: Birliyin üzvliyinə qəbul edir və üzvlükdən azad edir; Təkliflər və layihələr irəli sürür; Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır; Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir. İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə iclasları səlahiyyətli sayılır və qərarları  sadə səs çoxluğu ilə qəbul edilir. İdarə Heyətinin sədri, sədrin müavinləri və digər üzvləri Birliyin Ümumi yığıncağı tərəfindən  2(iki) il müddətində seçilir. 

Baş direktor – Birliyin fəaliyyətinin qanunvericiliyə müvafiq qaydada yerinə yetirilməsi üçün, nəzarət təftiş komissiyasına rəhbərlik edir. Nəzarət Təftiş Komissiyası, birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin birliyin nizamnaməsinə, AYKİKAY və Beynəlxalq Aykido Federasiyasının beynəlxalq tələblərinə uyğun olması, habelə birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Birliyin xostinq, domen, email, veb saytının təşkilinə və arxivin mühafizəsinə rəhbərlik edir. Baş katib – Azərbaycan və xarici aykido təşkilatları ilə birliyin əməkdaşlıq etməsi, seminarların, ictimai və beynəlxalq əlaqələrin təşkil olunmasına rəhbərlik edir. Birliyin toplantısı, görüşləri və ümumi yığıncağının təşkilinə və idarə olunmasına rəhbərlik edir. Seminar və tədbirlərin illik təqvim planı üzrə qəbul edilməsi, elanı və təşkilnə rəhbərlik edir. Birliyin üzvlərinin radio və tv – də çıxışlarını və s. iştirakının təşkilinə rəhbərlik edir. İctimai Birliyin klublarına mənəvi cəhətdən dayaq olmaq, dəstək vermək və köməklik göstərmək üçün dövlət və qeyri dövlət təşkilatları və s. əməkdaşlıq edir. Baş katibin asistenti – Ümum işlərdə baş katibə kömək edir və ya onu əvəz edir. Administrasiya rəhbəri – Administrasiyanı sədr təşkil edir və onun rəhbərini təyin edir. Məqsəd nizamnamə tələblərinin səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir. Ümum yığıncağa təqdim olunan qanun layihələrini, sədrin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, sədrin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və idarə heyətinə müvafiq məruzələr təqdim edir. Administrasiya idarə heyətinin respublikadakı ictimai birlik və məhdud məsuliyyətli cəmiyyətlər ilə, habelə xarici ölkələrin aykido təşkilatları və vəzifəli şəxsləri, yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiya birliyin nəzdində və əməkdaşlıq edilən xarici təşkilatlarda baş verən tədris və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və üzvlərimizin müraciətləri, təklifləri təhlil olunur və idarə heyətinə müvafiq məruzələr hazırlanır. Sədr müvainləri – Birlyin sədrinin təqdimatı əsasında birliyi təmsil edir, Ümumi yığıncağın və İdarə Heyətinin qərarlarını icra edir. Ümumi yığıncağın və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyat keçirir. Maliyyə direktoru – Birliyin klubları, qrupları və filialları üzrə qanunvericiliyə uyğun mühasibatı təşkil edir. Birliyin maliyyə əməliyyatlarını, birliyin sədrinin əmr və ya tapşırığı ilə təşkil edir. Maliyyə işlərinin təşkili və icrası üzrə, baş mühasib, maliyyə menecerlərinin işlərinə rəhbərlik edir. İcraçı direktor – Birliyin təşkilati işləri ilə bağlı sədr tərəfindən həvalə olunmuş bütün məsələlər üzrə icra heyətinə rəhbərlik edir.