Səfir Cənab Katsuya Vatanabe
Tokio, Yaponiya 2024
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin 10 üzvünə, Beynəlxalq Aykido Federasiyasının 14-cü Aykido Sammiti 2024 iştirak üçün viza verildi. Milli komanda 30.09-06.10.2024 baş tutan Tokio şəhərindəki tədbirdə Azərbaycanı təmsil etdilər.
Səfir Cənab Vada Juniçi ilə rəsmi görüş
Bakı şəhəri, 15:00-16:00. Yaponiya səfiri Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri ilə görüşüb.
1 iyul 2021-ci il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Juniçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb.
Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev Beynəlxalq Aykido Federasiyasının səfirə rəsmi məktubunu təqdim edib. Məsələ ilə bağlı səfirə məlumat verilib. Görüşdə Aikido döyüş sənətinin mövcud vəziyyəti və onun Azərbaycan Respublikasında təbliği ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Səfirliyin Konsulluq və Təhlükəsizlik şöbəsinin rəhbəri Hamade Masato, Aykikay Aikido Klubları İctimai Birliyinin Hüquq şöbəsinin direktoru Fərid Mikayılov, İctimai və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Çingiz Məmmədov da iştirak ediblər.
Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi ilə rəsmi görüş
Bakı şəhəri, 16:00-17:20. Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri ilə görüşüb.
10 dekabr 2021-ci il tarixində Yaponiya Səfirliyinin Mədəniyyət və Məlumat şöbəsinin rəhbəri Ono Taiçi Azərbaycan Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev ilə görüşüb.
Aykikay Aikido Klubları İctimai Birliyinin sədri İlham Quliyev görüşdə Aikido döyüş sənətinin mövcud vəziyyəti və onun Azərbaycan Respublikasında təbliği ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Səfirliyin Konsulluq və Təhlükəsizlik şöbəsinin rəhbəri Hamade Masato, Aykikay Aikido Klubları İctimai Birliyinin fəxri sədiri Qabil Məmmədov, İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Çingiz Məmmədov da iştirak ediblər.
Yaponiya Mədəniyyəti Festivalı 2022
Yaponiya-30 il-Azərbaycan
Yaponiyanın Azərbaycandakı səfiri cənab Çuniçi Vada ilə İctimaiyyətlə və Beynəlxalq Əlaqələr Departamentinin direktoru cənab Çingiz Məmmədov və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri cənab Emil Qurbanovla xatirə şəkili.
Xanım Saki Uçidate ilə görşlər
Mədəniyyət və İctimai Əlaqələr üzrə Rəhbər