Klubların Kollegiyası
Klubların Kollegiyasının yaradılmasının əsas məqsədi, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin nəzdində fəaliyyətin əməkdaşlıq prinsipləri əsasında təşkili üzrə öz aralarında keçirdikləri tədbirlər, seminarlar və s. kollegial qərarla idarə etmək və klublar arasında yarana biləcək ümum məsələlərin həllinə diplomatik yanaşmaq üçün nəzərdə tutulmuşdur. Klubların kollegiyasının ümum heyəti, klubların rəhbərlərindən ibarət heyətdir. Klubların Kollegiyasının iclasına kollegiyanın sədri rəhbərlik edir. Sədr klubların rəhbərlərinin ümum qərarı ilə seçilir və hər iki ildən bir sədrlik başqa klubun rəhbərinə həvalə edilmək üzrə təyinatlandırılır. Bir şəxsin bir neçə dəfə seçilməsinə qadağa yoxdur.
Kollegiyanın 2024 - 2026 cı illər üzrə İdarə Heyəti
“Emin” Aikido Klubu: Emin Həsənov
“Hombu Doco Azərbaycan” Aykikay Aykido Klubu: Arzu Mikayılov
“Katana Aykido İdman Klubu” İctimai Birliyi: Turan İbrahimli
“Satori Aykido Klubu: Anar Xəlilov
Sakura Aykido Aykikay İdman Klubu: Tofiq Nəcəfov – Sədr
“Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyi: Ruslan Məmmədov
“Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyi: Elnur Nemətov
Klubların Kollegiyasının fəaliyyət predmeti
Klubların Kollegiyası fəaliyyətini Qərargah ilə birgə razılaşdıraraq təşkil edir və Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinə qoşulmaq istəyən digər klubların hüquqi üzvlüyə qoşulması prosesində kollegial iştirak edir.
Klubların Kollegiyasına, birliyin üzvlüyündə olan və əməkdaşlıq əsasında qoşulan klublar tam hüquqlu və iştirakçı kimi alınırlar. İştirakçı kimi qoşulan klublar (və dojo-lar) kollegiyada yer almırlar və səs vermə hüquqları yoxdur.