İmtahan Qəbulu Qaydaları
İmtahana buraxılma şərtləri
“Aykikay Aykido Klubları” ictimai birliyində imtahan, yalnız birliyin üzvləri üçün aparılır.
İmtahana ərizə verilməzdən əvvəl, namizəd imtahana qəbul üçün tələblərə cavab verdiyinə əmin olmalıdır. Qəbul şərtləri minimum olaraq göstərilmişdir.
Ərizəçi imtahana iştirak üçün buraxıla bilər, əgər o:
- Təqvim ili üzrə müntəzəm olaraq həftədə ən azı 3 dəfə “Aykikay Aykido Klubları” ictimai birliyinin klublarının birində məşğul olur;
- Müraciət ərizəsi verildiyi zaman “Aykikay Aykido Klubları” ictimai birliyinin klublarında, nəzərdə tutulan dərəcə üzrə dərs təcrübəsi və illik üzvlük haqqının gecikdirilməsinin olmaması gərəkir;
- Məşğul olduğu qrupun təlimatçısı tərəfindən, imtahanda iştirak üçün ərizəsi olmalıdır.


Əlavələr
* İmtahan məşqlərdən kənar vaxtlarda keçirilməlidir. Buna imkan olmadıqda, imtahan hər ayın sonuncu günü məşğələ zamanı keçiriləcəkdir.
* İmtahanda iştirak edən şagirdlərin ərizələri, protokol və ödəniş cədvəli, ən geci imtahana 3 (üç) gün qalmış aidiyyati klubların ofis meneceri və maliyyə menecerinə təqdim olunmalıdır.
* Klubun baş təlimatçısı imtahan protokolunu təsdiqləyib, sənədi klubun rəhbərinə təqdim edir.
* Yeni dərəcə şagirdlərin budopassportlarında imtahan qəbul edən şəxsin (imtahançı) imzası ilə təsdiqlənir.
* Şodan sahibləri assistent ola bilməzlər.
* Birlikdə yetərincə sandan və yondan sahibləri varsa, nidan sahibləri assistent ola bilməzlər.
* İmtahanda iştirak üçün şagirdin dəvamiyyəti, davranışı, yaşı və mənəvi hazırlığı nəzərə alınmalıdır.
* İmtahan komissiyası və şagirdlər imtahan vaxtı zalı hər hansı səbəb üzündən tərk etməməlidir.
* İmtahan komissiyası bütün tələbləri, sualları aydın və ciddi formada soruşmalıdır.
* Şagirdə aid olan proqram tam yerinə yetirildikdən sonra, imtahançı tərəfindən assistentlərin fikrləri öyrənilir və ümumi rəy əsasında qərar qəbul edilir.
* İmtahan vaxtı şagirdə güzəşt edilməməlidir.
* Şagird çox zəif çıxış etdiyi halda belə, imtahan proqramı tam şəkildə soruşulmalıdır.
* İmtahan dərəcəsi artdıqca, tələblər artır və ciddiləşir.
* İmtahan vaxtı, şagirdi həddən artıq qəsdən yormaq olmaz.
* Şagirdə şəxsi qərəzli münasibət qadağandır.
* Aykikay Hombu Doco dərəcə proqramında olmayan texnikaları tələb etmək qadağandır.
* Şagirdin imtahandan aşağıdakı hallarda kəsilir:
Fəndlərin adların bimir və yalnız gördükdə yadına düşür.
Kihon naqe və osae vaza-ya daxil olan əsas texnikanı yerinə yetirə bilmədikdə.
Əvvəlki dərəcə üzrə olan proqramın tələblərini cox zəif işlədikdə.
Fəndləri həddən artıq kobud və güc tətbiq edərək işlədikdə.
*Şagird imtahana gecikdikdə, imtahana buraxılmır.


İmtahan üçün ərizənin verilmə qaydası
- İmtahana dair Dan dərəcəsi üçün ərizə klubun 1 aydan və Kyu dərəcəsi üçün 15 gündən gec olmuyaraq aidiyyatı klublar üzrə qrupların təlimatçılar tərəfindən klublar üzrə rəhbərə təqdim olunur.
- İmtahan öncəsi (imtahana 3 gün qalmış) təsdiq olunmuş siyahı, aidiyyati klubların rəhbərliyi tərəfindən İmtahan Komissiyasının katibliyinə verilir:
- İmtahan tariflərinə uyğun olaraq qeydiyyat haqqı;
- Budo-pasport (Yudanşa və kyu dərəcə kitabçası).
- İmtahanın sonunda Attestasiya nəticələrinə dair bir protokol tərtib edilir. Attestasiyanın nəticələri, yarım ildə bir dəfə Aykikay Aykido Klublarının rəsmi saytında dərc olunur.
- Namizəd imtahandan keçmədikdə, ona qeydiyyat haqqı 90% olaraq geri qaytarılır. Kyu üzrə növbəti attestasiya növbəti imtahan zamanı (2 və 1 kyu üçün 6 aydan), Dan üzrə isə 1 ildən tez olmayaraq mümkündür.
- Qaydaların 2-ci bəndi yerinə yetirilmədikdə, namizədə imtahan verməyə icazə verilmir. Növbəti Attestasiya “Azərbaycan Aykikay Aykido Klubları” təqviminə uyğun olaraq, təyin edilmiş imtahan qəbulunda mümkündür.
- “Azərbaycan Aykikay Aykido Klubları” İmtahan Komissiyasının sədri (ictimai birliyin sədri), Dan dərəcələri üzrə namizədin imtahan qəbulunda iştirakını dayandırmaq hüququna malikdir. 1 Dan və 2 Dan dərəcəsi qəbul imtahanının dayandırılması barədə qərar, namizədə imtahan verildiyi gündən ən geci 5 təqvim günü əvvəl, 3 Dan və daha yüksək dərəcə üçün isə 10 gündən gec olmayaraq bildirilir.
İmtahan Qəbulu Qaydalarına Əlavələr
- 12.05.2022-ci il tarixindən başlayaraq birliyin nəzdində olan aidiyyatı klubların tərkibindəki aykido docolarının təlimatçılarına, öz şagirdlərinə 6-3 Kyu imtahan dərəcələri üçün imtahan qəbulu götürməyə icazə verildi. Lakin unutmamaq gərəkir ki, qruplar üzvü olduqları klubun imtahançısının razılığı ilə imtahan qəbulunu keçirə bilər.
- Beynəlxalq qaydalara görə, hər şagird öz məşğul olduğu docoda imtahan verməlidir.
- Klubların nəzdində olan qrupların birgə imtahan qəbuluna, yalnız qrupların birgə razılığı olduğu halda ümum imtahan qəbulu keçirilə bilər. Bununla yanaşı klubun imtahançısının qərarı üzrə imtahanlar bütün qruplara eyni gündə, eyni zalda qəbul edilə bilər.
- 2-1 Kyu dərəcələri üçün imtahan qəbuluna, klubun imtahan komissiyası tam şəkildə toplandıqda imtahanı qəbul etmə səlahiyəti verilmişdir.
- Birlyin nəzdindəki klublar tərəfindən 2-1 Kyu dərəcələrinə imtahan qəbulunun birgə keçirilməsinə icazə verilir. Bu hala klubların kollegiyasının birgə qərarı olduqda icazə verilir.
- 1, 2, 3 və 4 cü Dan dərəcələri üzrə imtahan qəbulunu klub özü qəbul edib Baş İmtahan Komissiyasına göndərir. Baş İmtahan Komissiyası aidiyyati dərəcələrin təsdiqlənməsi üçün siyahını və digər sənədləri AYKİKAY – a göndərir.
- 5, 6, 7 və 8- ci Dan dərəcələrinin verilməsi Kaqami Biraki tədbirindəə və ya Birliyin şixanı Kuribayaşi Takanori senseyə aiddir. 1, 2, 3 və 4 cü Dan dərəcələri üzrə imtahan qəbulu, Birliyin şixanı Kuribayaşi Takanori sensey tərəfindən qəbul edilə bilər. Bu hal heyətin xarici seminarlarda iştirakı zamanı və ya Birliyin şixanı Kuribayaşi Takanori senseyə Azərbaycan seminarında gerçəkləşir.
* 01.01.2023 cü ildən etibarən, 6-10 yaş arası heyət üçün 10-7 kyu dərəcələri imtahanı sistemi yaradılır.
* 10 yaşı tamam olmayan şagirdə, 5 kyu dərəcəsi vermək qadağandır.
* 6-13 yaş arasında olan heyətə, 2 kyu dərəcəsinə imtahan verilməsi qadağandır.
* 13 yaşı tamam olandan sonra, 2 kyu üçün imtahan verilə bilər.
* 14 yaşı tamam olandan sonra, 1 kyu üçün imtahan verilə bilər.
Tələb olunan qaydalar.
1) Şagirdin hansı tarixdən məşqə başlaması.2) Son dərəcə imtahanı hansı tarixdə keçirilib.3) Aidiyyati sənədləri ofisə təqdim edilibmi.4) Şagirdin yaşı ona imkan verirmi 3-1 kyu dərəcələrinə imtahan versin.5) İmtahan üçün nəzərdə tutulan ödənişi təqdim edibmi.6) Şagirdin fiziki hazırlığı normalara uyğundurmu.7) 2-1 Kyu və Dan dərəcələrinə layiq görülmək üçün mənəvi layiqdirmi.
İmtahan nəticəsinin təsdiqlənməsi qaydaları
- Kyu imtahan qəbulundan 3 gün keçdikdən sonra, imtahanın protokolu birliyin ofis menecerinə təqdim edilir. İmtahanın protokolu alındığı tarixdən etibarən 5 gün müddətində, İmtahan Komissiyası sədri nəticələri təsdiqləyir.
- İmtahanın nəticələrinə əsasən, imtahanı müvəffəqiyyətlə verən namizəd, müəyyən edilmiş nümunə üzrə sertifikat (və budo pasport) alır. 2-cü Kyu dərəcəsindən başlayaraq, qeydiyyatdan keçdikdən sonra şagird üzvlük kartı (vəsiqə) alır.
- İmtahanın nəticələrinə əsasən suallar yaranarsa, imtahan komissiyanın sədri imtahanı qəbul edən aidiyyatı klubların imtahan komissiya heyəti tərəfindən məsələnin aydınlaşdırılmasını tələb edir.
“Aykikay Aykido Klubları” İctimai Birliyinin illik üzvlük haqqını ödəməyən üzvlərinin imtahanda iştirak etməsinə icazə verilmir.