Məktəbləri təmsil edən klubların hüquqları

Aykikay Aykido Klubları İctimai Birliyi, Azərbaycanda ənənəvi aykidonun baş təşkilatı olaraq, öz nəzdində Aykikay Fondu Dünya Aykido Qərargahının hüquqi və fiziki üzvlərinin birləşdirən baş (əsas) təşkilatdır. Birliyin əsas işi nəzdində olan məktəblərində Sensey statusu alan və bir neçə klubu özündə birləşdirən əsas klublara, yerli və beynəlxalq qaydaların əsasında müstəqil klublar statusunda fəaliyyərini təşkil etməkdir.

Keçid:Məktəblər

Məktəblər

Aykikay Aykido Klubları İctimai Birliyinin nəzdində 5 kluba məktəb statusu verilmişdir.

Birliyin nəzdindəki məktəblər

Hombu Dojo Azərbaycan Aykikay Aykido Klubu, Aykikan Döyüş Növləri Klubu, Sakura Aykido Aykikay Klubu, dubay Aykido Nümayəndəliyi və Şinjutsu Aykido İdman Klubu İctimai Birliyi.

Fəaliyyətin məqsədi

Baş klublara Azərbaycan üzrə öz məktəbi olan Sensey statuslu şidoinlər rəhbərlik edirlər. Klublar, Azərbaycanda və xarici ölkələrdə məktəbin filiallarını və ya nəzdində əsası qoyulan digər klubları təsis etmək hüququna sahibdirlər. Baş klublar öz məktəblərinin hüquqi, maliyyə və tədris işlərini, əməkdaşlıq  qaydaları əsasında təşkil edib, fəaliyyətləri üzrə qərarları müstəqil verirlər.