Tədris sənədlər
Şagirdlik (Kyu) və Yudanşa (Dan) Dərəcə Kitabçası
Dərəcə kitabçası nədir ?
Dərəcə kitabçası döyüş sənətini öyrənən şəxsin əsas sənədlərindən biridir. Dərəcə kitabçası insanın seçmiş olduğu döyüş növündəki bütün nailiyyətləri özündə saxlayır. Burada keçmiş imtahanlar haqqında məlumatları görə bilərsiniz. İmtahanların kimə, hansı dərəcəyə keçirilib və maddi dəstək haqda məlumatlar qeyd edilir. Burada təlim seminarlarında, hansı şəhərdə, kurslarda və tədbirlərdə iştirak etdiyiniz haqda qeydlər yazılacaq.
Şagirdlər üçün Milli Dərəcə Kitabçası
Aykido ilə məşğul olan hər bir şəxsə, ustalıq dərəcəsi olan qara kəmər almadan əvvəl, əsas sənəd olan şagirdlik kitabçası təqdim edilir. Kitabça 6-cı Kyu dərəcəsi alınan zaman veriləcək. Şagirdin müvəffəqiyyətlərinin ilk sertifikatlaşdırmadan 1-ci kyu-ya qədər imtahandan keçməsi, imtahanların kimlərə və hansı dərəcəyə verilməsi, seminarlarda iştiraka aid məlumatlar və maddi dəstək haqda kitabçaya qeydlər ediləcək. Kitabça ilə yanaşı Aykikay Aykido Klubları İctimai Birliyinin üzvü olduğunuz haqda milli üzvlük kartınıda alacaqsınız.
Beynəlxalq Ustalıq Dərəcə Kitabçası
Aykido ilə məşğul olan hər bir şəxs ustalıq dərəcəsi olan qara kəmər üçün imtahandan keçdikdən sonra, hər aykidoçu üçün 1-ci Dan verilməsi haqda beynəlxalq diplomu ilə yanaşı, Yaponiyadan göndərilən beynəlxalq dərəcə kitabçası təqdim edilir. Ustalıq dərəcələri təqdim edilməsi, həmçinin təlim seminarlarında iştirak etdiyiniz və maddi dəstək haqda qeydlərin hamısı burada tam yazılacaq. Kitabça ilə yanaşı Aykikay Fondunun üzvü olduğunuz haqda beynəlxalq üzvlük kartınıda alacaqsınız.
Şagird və ya tələbə dərəcəsinə malik olmaq və həmçinin imtahanda iştirak edə bilmək üçün, bütün məşğul olanlara Dərəcə Kitabçasının təqdim edilməsi üçün müraciət edilməlidir:
- 4 ədəd foto təqdim edilir (3 x 4 sm);
- Şəxsiyyətinizi təsdiq edən sənədiniz təqdim edin;
- Şəxsi işinizdə məlumatların yazılmasının düzgünlüyünü yoxlayın (Soyad, ad, doğum tarixi və qeyd tarixi), çünki bu məlumatlar Dərəcə Kitabçanıza yazılacaq;
- Dərəcə Kitabçanız (və diplomlar) üçün aidiyyatı ödənişləri edin.
Şagirdlik dərəcə sertifikatı və Qara kəmər diplomu
Kyu Sertifikatı
Aykido üzrə şagirdlik dərəcə “Kyu” sertifikatı.
Kyu dərəcələri serttifikatı aykido ilə məşğul olanların kəmər dərəcələrinin dəyişməsi və şagirdin şəxsi inkişafını təşviq etmək üçün, müxtəlif dərəcələrin qəbul olunmasını təsdiqləyən rəsmi aykido sertifikatının təqdim edilməsində istifadə olunur. Ənənəvi Aykido döyüş sənətində, belə bir təşviq nümunəsi sertifikat və ya diplomdur.
“Kyu” dərəcəsinin əldə olunduğunu təsdiqləyən aykido sertifikatı, Aykikay Aykido Klubları İctimai Birliyi tərəfindən təşkilatın mövcud möhürü və sədrinin imzası ilə təsdiqlənir.
Dan Diplomu
Aykido üzrə ustalıq dərəcə “Dan” diplomu.
Ustalıq dərcələri diplomu, ənənəvi aykido ilə məşğul olanların inkişafını təşviq etməyi və müxtəlif dərəcələrin qəbul olunmasını təsdiqləyən rəsmi sənədlərin təqdim edilməsində istifadə olunur. Ənənəvi aykido döyüş sənətində belə bir təşviq nümunəsi beynəlxalq diplomdur. Beynəlxalq Aykido diplomunu yalnız Aykido Doşu-nun imzası ilə almaq mümkündür. Diplomlar adətən ənənəvi yapon üslubunda (sağdan sola və yuxarıdan aşağıya) və iroqliflərlə yazılır. Bu bir daha ənənələrin əhəmiyyətini və məktəbin rifahına və hörmətinə sadiqliyini vurğulayır. “Dan” dərəcəsinin əldə olunduğunu təsdiqləyən Aykido diplomu, Aikikai Fondu tərəfindən, təşkilatın mövcud Doşu-su (Varisi) – Moruteru Ueşibanın şəxsi möhürü ilə xüsusi bir qalın kağız üzərində və görünməyən yazıyla (su nişanına malikdir) yazılır.
Diplomun mətni aşağıda verilmişdir (sağdan sola)*:
* Horizontaldakı tire səssizlər üzərində səsin uzadılması deməkdir.
翻訳
- [Koeki zandan hojin aikikai] – 合気会基金
- [Dai ichi ni san yon go roku gō] – 卒業証書のシリアル番号は123456です
- [Sho] – 卒業証書、証明書
- [Ichiro Suzuki] – 名前と姓
- [Migimono konpan aikido shodan wo inkasu] – 右側にリストされている人(これから)は、合気道の1ダンを授与されます
- [Heisei nijū nen shigatsu itsuka] – 20年4月5日平成時代(2008年)
- [Aikido] – 合気道「スタンプ付き合気会」
- [Doshu Ueshiba Moriteru] – 道州植芝 守央「道州個人用スタンプ付き 」
ユダンスディプロマによる説明文章
5-ci Dan dərəcəsindən başlayan Qara kəmər diplomu
5-ci Dan ustalıq dərəcəsindən başlayaraq, aykido diplomlarının forması dəyişir. Diplomlar 3 hissəyə bükülmüş formada 1, 2, 3 və 4-cü Dan dərəcə diplomlarından fərqli bir təqdimata malikdir.
Şixan titulu və sertifikatı
Şihan (師範) bir çox aykido döyüş sənətində ekspertlər və ya böyük təlimatçılar üçün fəxri ad kimi istifadə olunan Yapon terminidir. Bunu “usta təlimatçı” (müəllimlərin müəllimi) kimi tərcümə etmək olar. Fəxri ad, əsasən 6-cı Dan dərəcəsindən sonra verilir.