Tədris Komitəsi

Tədris komitəsində 4-cü Dan və daha yuxarı dərəcə sahibləri heyətə alına bilərlər. Heyət üzvləri ölkədə yaşamalıdırlar və birliyin klublarının yüksək Dan dərəcə sahibləri olmalıdırlar. Bununla yanaşı xarici ölkələrin filial rəhbərləridə komitə üzvlüyünə alınacaq. Tədris komitəsinin Aykikay Fondu Aykido Hombu Doşu tərəfindən təyin edilmiş kuratoru, Kuribayaşi Takanori Şixandır.

Tədris Komitəsi Heyətinə kimlər alına bilər

Tədris Komitəsinin üzvləri komitənin sədri, imtahan komissiyasının sədri, texniki direktor, texniki məsləhətçi, baş məşqçi müəllim, baş təlimatçı, baş təlimatçıının köməkçisi və birliyin xarici ölkələr üzrə filiallarının texniki direktorları alına bilər. Heyətin minimum 20 illik aykido təcrübəsi, 10 illik klub rəhbərliyi praktikası olmalıdır. Heyət üzvünün Dan dərəcəsi daha az olarsa, təyinat üzrə güzəşt yalnız ilk nəsildən olan aykidoçulara edilə bilər.

Kuribayaşi Takanori
7-ci Dan Şixan

Emil Məmmədov
3-cü Dan Şidoin

Tədris Komitəsi Heyəti

Sədr: Emil Məmmədov
İmtahan Komissiyasının Sədri: İlham Quliyev
Texniki Direktor: Elnur Nemətov
Texniki Məsləhətçi: Ruslan Məmmədov
Baş Məşqçi Müəllim: Faiq Nuriyev
Baş Təlimatçı: Arzu Mikayılov
Baş Təlimatçının Müavini: Anar Gənciyev
Tacikistan filialı üzrə Texniki Direktor: Tofiq Nəcəfov

İlham Quliyev
5-ci Dan Şidoin

Elnur Nemətov
4-cü Dan Şidoin

Ruslan Məmmədov
4-cü Dan Şidoin

Faiq Nuriyev
3-cü Dan Şidoin

Arzu Mikayılov
4-cü Dan Şidoin

Anar Gənciyev
4-cü Dan Şidoin

Tofiq Nəcəfov
4-cü Dan Şidoin

Tədris Komitəsinin Vəzifəsi

Respublikada klassik aykidonu inkişaf etdirmək və Aikikai Fonduna sadiq qalmaq. Təlimatçıların, məşqçilərin və tələbələrin hazırlığına və ustalıqlarının artırılmasına şərait yaratmaq. Təlimatçıların, məşqçilərin, tələbələrin və həvəskarların əxlaqi tərbiyələndirilməsi. Dərslərin, seminarların və imtahanların təşkili və təkmilləşdirilməsi. İdman və başqa tədris ocaqlarında dərslərin və kursların aparılmasının təşkili. Yerli və xarici təşkilatlarla əməkdaşlığın inkişafı. Xarici ölkələrin nümayəndələri ilə festivalların, beynəlxalq seminarların, sərgilərin və dostluq görüşlərinin keçirilməsi və təşkili. Tələbələrin, təlimatçıların, məşqçilərin, filialların, struktur bölmələrin mütəxəssislərinin hüquqlarının qorunması. O Senseyin metoduna uyğun olaraq əsas aikido texnikalarının düzgün həyata keçirilməsinə nəzarət edir. Respublikada keçirilən seminarların (respublika, regional, beynəlxalq, instruktor və s.) və attestasiyaların keçirilməsi ilə bağlı təqvim planının təsdiqi və həmin tədbirlərin təşkili.