Aykikay Fondu Dünya Aykido Qərargahı

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi heyəti olaraq, aykidonun banisi O Sensey Morihey Ueşibanın yolu üzrə aykido ilə fəaliyyət aparırıq və ənənəvi aykidoya (AYKİKAY FONDU) sadiqik. Bütün iştirakçılar HOMBU tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aykido Federasiyası yalnız AYKİKAY məktəbini təmsil edir. Müəllimimiz Kuribayaşi Takanori Şixandır.

Tədris heyətinin ümum üzvləri

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin tədris komitəsi, beynalxalq qaydalara uyğun tələblərə görə yaradılmışdır. Tədris komitəsində texniki direktor, texniki məsləhətçi, baş təlimatçı, təlimatçı və təlimatçı köməkçiləri yer almaqdadırlar. Baş şagirdlər tədris komitəsinin heyətinə alınmırlar. Baş şagirdlər 2-ci və 1-ci Kyu, həmçinin 1-ci Dan sahibləridirlər. 2-ci Dan və daha yuxarı dərəcə sahibi olub, lakin aykido qruplarında dərs verməyən heyət üzvləridə tədris komitəsinin heyətinə alınmırlar. Tədris Komitəsi iki hissəyə bölünür. Tədris Komitəsi əsas üzvləri və tədris komitəsinin ümum (digər) heyət üzvləri. Tədris Komitəsinin əsas heyətinin qərar vermə və yeni qanunların qəbul edilməsi ilə bağlı səlahiyyətləri var ikən, ümum heyət üzvlərinin vəzifə borclarına yalnız qəbul edilmiş qərarların icrasınıdan ibarətdir. 

Təlimatçıların ixtisas (titul) artımı

Beynəlxalq Qaydalar – Başlıq 4

Hombunun nümayəndəliyin almış aykido təşkilatının təlimatçılarının ixtisasının artırılmasına gəlincə, onlar növbəti qaydada olmalıdır: Təlimatçıların ixtisas artımı yapon dilində yazılır.

Şixan – Şidoin – Fukuşidoin

Şixan

Hombu araşdırır və 6-cı Dan və ya yuxarı dərəcələr arasında təcrübədə və təlimat işlərində bacarığı olan şəxsləri Şixan təyin edir. Təyin edilmiş şəxs üçün sənədi Hombu tərəfindən təltif olunur. Azərbaycanda ən yüksək dan dərəcə sahibi hal hazırda 5-ci Dan dərəcəsindədir.

Sixan (Yaponca 師範, usta) Yapon döyüş sənətlərində fəxri adıdır. Aykidoda “şixan” adı altıncı ilə yeddinci dan sahiblərinə verilir. Şixan dərəcəsindən əvvəl 4-cü və 5-ci Dan yüksək ustad olan Şiidoin dərəcəsi gəlir.  “Fukuşidoin”, “Şidoin” və “Şixan” “dosent” və “professor” elmi adlarına bənzər bir növ təlimatçı dərəcəsidir, “Dan” anlayışı isə elmi dərəcəyə daha yaxındır ( “magistr”, “namizəd”, “elmlər doktoru”). Təlimatçı dərəcəsi bir qayda olaraq kafedraya (bölmə) rəhbərinə ixtisaslarına uyğun olaraq verilir. Adi tələbələr, hətta 1-ci Dan olanlar belə dərəcələrə sahib deyillər.

Azərbaycan üzrə Şixan dərəcəsi almış aykidoçular

Hal hazırda Azərbaycan aykidosunda Şixan dərəcəsi alan aykidoçusu yoxdur. 

– –
Şixan – Sensey
6-cı Dan Aykido

Şidoin

Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Şidoin titulunun sistemi olmalıdır. Şidoin 4-cü Dan və yuxarı dərəcə sahibləridilər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Şidoin tituluna təyin etdikləri şəxslərə sertifikat verə bilərlər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Şidoin titulunu verdiyi şəxslər haqqında Hombuya məlumat verməlidir.

1-ci dərəcəli şidoinlər

FAİQ NURİYEV
Şidoin – Sensey
3-cü Dan Aykido

EMİL MƏMMƏDOV
Şidoin – Sensey
3-cü Dan Aykido

ELNUR NEMƏTOV
Şidoin – Sensey
4-cü Dan Aykido

İLHAM QULİYEV
Şidoin – Sensey
5-ci Dan Aykido

ARZU MİKAYILOV
Şidoin – Sensey
4-cü Dan Aykido

RUSLAN MƏMMƏDOV
Şidoin – Sensey
4-cü Dan Aykido

Şidoin dərəcəli heyətimiz

EMİL QURBANOV
Şidoin – Sensey
4-cü Dan Aykido

FƏXRİ QAFARLI
Şidoin – Sensey
4-cü Dan Aykido

RÖVŞƏN NƏZƏROV
Şidoin – Sensey
4-cü Dan Aykido

TOFİQ NƏCƏFOV
Şidoin – Sensey
4-cü Dan Aykido

Fukuşidoin

Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Fukişidoin titulunun sistemi olmalıdır. Fukuşidoin 2-ci Dan və ya 3-cü Dan dərəcə sahibləridilər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı Fukişidoin tituluna təyin etdikləri şəxslərə sertifikat verə bilərlər. Hombunun nümayəndəliyin almış aykido təşkilatı, Fukuşidoin titulunu verdiyi şəxslər haqqında Hombuya məlumat verməlidir.

EMİN HƏSƏNOV
Fukuşidoin
3-cü Dan Aykido

ARİZ GÜLMƏMMƏDOV
Fukuşidoin
3-cü Dan Aykido

TACƏDDİN ƏFƏNDİYEV
Fukuşidoin
3-cü Dan Aykido

RUSLAN MUSAYEV
Fukuşidoin
3-cü Dan Aykido

TEYMUR NƏCƏFOV
Fukuşidoin
3-cü Dan Aykido

RƏŞAD ƏLİBAXIŞOV
Fukuşidoin
2-ci Dan Aykido

HAFIZ MUSTAFA
Fukuşidoin
2-ci Dan Aykido

Sempay

Təlimatçı dərəcəsi bir qayda olaraq kafedraya (bölmə) rəhbərinə ixtisaslarına uyğun olaraq verilir. Adi tələbələr, hətta 1-ci Dan olanlar belə dərəcələrə sahib deyillər. 2-ci Kyu, 1-ci Kyu və 1-ci Kyu dərəcə sahibləri baş şagir kimi məşqçilik etmə hüququ qazanırlar. Bu prosesdə şagirdə Sempay adı ilə müraciət edilir.

ANAR XƏLİLOV
Sempay
1-ci Dan Aykido

CAVİD QURBANLI
Sempay
1-ci Dan Aykido

CAVİD MEHRƏLİYEV
Sempay
1-ci Dan Aykido