İlham Quliyev
AAKİB-nin Sədri
Sensey
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin sədridir. 26 mart 1976-cı ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 18.06.1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido ilə məşğul olmağa başlamışdır. 14.12.1996-31.08.2001-ci illər Azərbaycan Aykido Federasiyasının üzvü olmuşdur. 10.09.2001-ci (2007-ci ilə kimi) il tarixində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido üzrə təlimatçı vəzifəsində fəaliyyətə başlamışdır. Eyni zamanda 2004-cü ilin oktyabr ayına kimi Azərbaycan Ciu Citsu Federasiyasının “Aykikan Döyüş Növləri Klubu Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət aparmışdır. 2006-cı ildə “Aykikay Aykido Klubları” İctimai Birliyini təsis etmişdir. 2006-cı ildən başlayaraq, 2017-ci ilin dekabr ayına kimi birliyin baş təlimatçısı işləmişdir. 2017-2024-ci illərdə birliyin texniki direktoru vəzifəsində olub.
Fəaliyyəti
“Aykikay Aykido Klubları” İctimai Birliyinin nəzdində “Hombu Dojo Azərbaycan” Aykikay Aykido Klubu, “Sərbəst Döyüş İdman Klubu” İctimai Birliyi, “Satori” Aykido Klubu, “Emin” Aykido Klubu, “Katana Aykido İdman Klubu” İctimai Birliyi, “Kinologiya İdman Klubu” İctimai Birliyi, “Sakura” Aykido Aykikay Klubu və Şinjutsu Aykido İdman Klubu” İctimai Birliyini təsis etmişdir. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı və Aykikay Fondu Azərbaycan Aykido Filialını qurmuşdur. Bununla yanaşı 2019-cü ildə “Azərbaycan Aykikay Aykido Fondu” və Azərbaycan Aykikay Aykido Akademiyasını təsis etmişdir. Həmçinin o üç dojo (İDDO, Aikido Bakı və Budokan) və Tacikistan ilə Dubayda nümayəndəliklər təsis edib. 2017-ci ildə “Aykikay Aykido Klubları” İctimai Birliyi, Aykikay Fondu Dünya Aykido Qərargahı tərəfindən üzvlüyə qəbul edilmişdir. 2021-ci ildə “Aikikai Aikido Klubları” İctimai Birliyi, Beynəlxalq Aykido Federasiyası tərəfindən üzvlüyə qəbul edilib və Azərbaycana nümayəndəlik verilib.
Yudanşa - Qara Kəmər Heyəti - Dan Dərəcə Məlumatları
İLHAM QULİYEV
6-cı Dan Aykido
AAIAF Üzvlük № AAA 001
AAIAF Qeyd tarixi: 01.10.2004
Doğum tarixi: 26.03.1976
Sensey: Kuribayaşi Takanori Şixan 7-ci Dan
Məşqə başlayıb: AJJF 18.06.1995
İkinci təşkilat: AAF 14.12.1996
Üçüncü təşkilat: MIASS 10.09.2001
Aykikay Fondu Qeydiyyat Nömrəsi: AF – 35918
Aykikay Fondu Qeyd Tarixi: 10.09.2000
Aykikay Fondu Üzvlük Nömrəsi: 151608
1-ci Dan Reqistrasiya № 82701, Tarix: 10.09.2000, Sankt Peterburq, Nabiyoşi Tamura Şixan
2-ci Dan Reqistrasiya № 41301, Tarix: 01.12.2004, Baku, Kenji Kumagai Şixan
3-cü Dan Reqistrasiya № 21908, Tarix: 20.01.2011, Baku, Kenji Kumagai Şixan
4-cü Dan Reqistrasiya № 12674, Tarix: 10.04.2014, Budapeşt, Kuribayaşi Takanori Şixan
5-ci Dan Reqistrasiya № 8843, Tarix: 12.01.2020, Tokio, Hombu, Kaqami Biraki 2020
6-cı Dan Reqistrasiya № xxxxx, Tarix: 11.01.2026, Tokio, Hombu, Kaqami Biraki 2026
Senseylər
FAİQ NURİYEV
7-ci Dan Aykido
Klubu: HOMBU DOJO
Başlayıb: 01.02.1992
Aykikay: 20.08.1996
IAF – N240: 128073
EMİL MƏMMƏDOV
7-ci Dan Aykido
Klubu: DAY RYU AYKİDO
Başlayıb: 12.04.1994
Aykikay: 15.07.1998
IAF – M1045 : 138393
ELNUR NEMƏTOV
5-ci Dan Aykido
Klubu: ŞİNJUTSU
Başlayıb: xx.xx.1995
Aykikay: 20.02.2000
AF – 33738 : 148089
Aykikay Azərbaycanın tərkibində dörd nəfərlik baş müəllim dərəcəli (1996-2000) aykidoçu heyəti fəaliyyət aparmaqdadır. Bu heyət Azərbaycan Aykidosunun ilk nəsil aykidoşularından (1992-1995) ibarət heyətdir. Heyətdə Sensey Faiq Nuriyev, Sensey Emil Məmmədov, Sensey Elnur Nemətov və Sensey İlham Quliyev yer almışlar. Heyət içərisində Azərbaycanda ilk aykidoçumuz Sensey Faiq Nuriyevdir. Qeyd: Azərbaycanda aykido dərsləri 1990-cı ilin əvvəllərində ilk dəfə Sensei Fərhad Ələsgərov tərəfindən keçilməyə başlanıb.

Turkish
日本語
English
Русский












































