İlk Nəsil Aykidoçular

Azərbaycanda ilk nəsil aykidoçular 1990-2000 ci illərə təsadüf edir. Bu illər üzrə milli aykidoçularımızın 15 üzvü Aykikay Fondu Dünya Aykido Qərargahı – Aykido Hombu Dojo tərəfindən yudanşa (qara kəmər) dərəcəsinə layiq görülmüşlər. Bu heyətə daxil olan aykidoçularımız birinci heyət Fərhad Ələskərov, Faiq Nuriyev, Çingiz Əliyev, Qabil Allahverdiyev, Siyavuş Babayev və Bəxtiyar Zeynalov, 1996-cı ildə İstanbul şəhərində  Kenji Kumaqai Şixan tərəfindən atestasiya oldular. İkinci heyət Çingiz Əliyev, Emil Məmmədov, Emil Quliyev və İlqar Novruzov, 1998-ci ilin iyun ayında Sankt Peterburq şəhərində Nabuyoşi Tamura Şixan tərəfindən atestasiya oldular. Üçüncü heyət Fərid İslamov 1999-cu ilin iyun ayında Sankt Peterburq şəhərində Yoşimitsu Yamada Şixan tərəfindən atestasiya oldu. Dördüncü heyət Əziz Hacıyev, Elnur Nemətov və Sahib Zülfüqarov 1999-cu ilin dekabr ayında Bakı şəhərində Nəbi Vural Sensey tərəfindən Nabuyoşi Tamura Şixan adından atestasiya oldular. Beşinci heyət isə İlham Quliyevdir. Atestasiya 2000-ci ilin iyun ayında Sankt Peterburq şəhərində Seyçi Suqano Şixan tərəfindən Nabuyoşi Tamura Şixan adından keçirildi.

Fərhad Ələskərov Sensey 4-cü Dan Aykido

Fərhad Ələskərov aykidonun Azərbaycanda quruçusudur. 1990-cı ilin əvvəllərində Azərbaycan respublikasında ilk Aykido Dojo-nu Bakı şəhərində yaradıb və dərs keçməyə başlayıb. Ölkə aykidosunun lideri kimi (1-ci Dan almadan) bir başa 2-ci Dan təqdmatı edilib. O, 2011-ci ildə Aykikay Fondunun üzvlüyünü 4-cü Dan dərəcsində ikən tərk etdi. Hal-hazırda mill aykido sistemini qurub və fəaliyyət aparmaqdadır. Azərbaycan Aykido İctimai Birliyinin (keçmiş Aykido Federasiyasının) prezidenti və texniki direktorudur. Link

Faiq Nuriyev Sensey 7-ci Dan Aykido

Faiq Nuriyev Azərbaycanda 1-ci Dan sahibi olan 2-ci Aykido mütəxəssisidir. O, 1992-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1996-cı ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda təşkilatımızın qərargahının prezidenti, yüksək dan dərəcə imtahan komissiyasının sədri və baş məşqçi müəllim vəzifəsində fəaliyyət aparır. Link

Yudanşa Çingiz Əliyev 1-ci Dan Aykido

Çingiz Əliyev Azərbaycanda 1-ci Dan sahibi olan 3-cü Aykido mütəxəssisidir. O, 1992-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1996-cı ildə layiq görülüb. Əvvəllər Aikido Federasiyasının üzvü olub. Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır, aykido və ayki citsu ilə məşğul olur. Link

Qabil Allahverdiyev Sensey 4-cü Dan Aykido

Qabil Alahverdiyev Azərbaycanda 1-ci Dan sahibi olan 4-cü Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1996-cı ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Sakura Aykido Aykikay Klubunun üzvü idi. 2025-ci ilin sonunda vəfat edib.

Bəxtiyar Zeynalov Sensey 4-cü Dan Aykido

Bəxtiyar Zeynalov Azərbaycanda 1-ci Dan sahibi olan 5-ci Aykido mütəxəssisidir. O, 1995-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1996-cı ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda Mugenryu Kobudo İdman Klubu İctimai Birliyinin təsisçisi, sədri müavini və texniki direktorudur. Link

Siyavuş Babayev Sensey 3-cü Dan Aykido

Siyavuş Babayev Azərbaycanda 1-ci Dan sahibi olan 6-cı Aykido mütəxəssisidir. O, 1995-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aikikai Fondu tərəfindən Şodan dərəcəsinə 1996-cı ildə layiq görülüb. Sensey Siyavuş Babayev Aykikay Fondunun 3-cü Dan dərəcəsində ikən, 2015 – ci ilin sonlarında aykido praktikasına son vermişdir. Aykikan Döyüş Növləri Klubu MMC-nin direktoru və texniki direktoru idi. Link

Emil Məmmədov Sensey 7-ci Dan Aykido

Emil Məmmədov Azərbaycanda 1-ci Dan sahibi olan 7-ci Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1998-ci ildə layiq görülüb. Sensey Emil Məmmədov Aykikay Fondunun 3-cü Dan dərəcəsindədir. Bununla yanaşı ilk nəsil aykidoçumuz kimi  7-ci Dan Fəxri milli aykido dərəcəsindədir. Hal Hazırda təşkilatımızın sədr müavini və tədris komitəsinin sədridir. Link

Çingiz Əliyev Sensey 4-cü Dan Aykido

Çingiz Əliyev Azərbaycanda 1-ci Dan sahibi olan 8-ci Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1998-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. 2025 – ci ilin sonlarında yaşı və səhhəti ilə əlaqədar aykido praktikasına son vermişdir. Təşkilatımızın fəxri sədri vəzifəsində fəaliyyət aparıb.

Fukuşidoin Emil Quliyev 2-ci Dan Aykido

Emil Quliyev Azərbaycanda 1-ci Dan sahibi olan 9-cu Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1998-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. 2007-ci ilin sonlarında aykido praktikasına son vermişdir. Aykikan Döyüş Növləri Klubu MMC-nin direktoru mavini və baş təlimatçısı idi. Link

Yudanşa İlqar Novruzov 1-ci Dan Aykido

İlqar Novruzov Azərbaycanda 1-ci Dan sahibi olan 10-cu Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1998-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. 2011 – ci ilin sonlarında aykido praktikasına son vermişdir.

Yudanşa Fərid İslamov 1-ci Dan Aykido

Fərid İslamov Azərbaycanda 1-ci Dan sahibi olan 11-ci Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 1999-cu ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. 2001 – ci ilin sonlarında aykido praktikasına son vermişdir.

Əziz Hacıyev Sensey 3-cü Dan Aykido

Əziz Hacıyev Azərbaycanda 1-ci Dan sahibi olan 12-cü Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2000-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. 2013 – ci ilin sonlarında aykido praktikasına son vermişdir. “Katana Aykido İdman Klubu” İctimai Birliyinin təsis edilməsində dəstəyi olub.

Yudanşa Sahib Məmmədov 1-ci Dan Aykido

Sahib Məmmədov Azərbaycanda 1-ci Dan sahibi olan 13-cü Aykido mütəxəssisidir. O, 1994-cü ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2000-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. 2002 – ci ilin sonlarında aykido praktikasına son vermişdir. Hazırda ciu-citsu ilə məşğul olur. Link

Elnur Nemətov Sensey 5-ci Dan Aykido

Elnur Nemətov Azərbaycanda 1-ci Dan sahibi olan 14-cü Aykido mütəxəssisidir. O, 1995-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2000-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda təşkilatımızın sədr müavini və texniki direktorudur. Link

İlham Quliyev Sensey 6-cı Dan Aykido

İlham Quliyev Azərbaycanda 1-ci Dan sahibi olan 15-ci Aykido mütəxəssisidir. O, 1995-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2000-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda təşkilatımızın təsisçisi və sədridir. Link

İKİNCİ NƏSİL AYKİDOÇULAR

Azərbaycanda ikinci nəsil aykidoçular 2000-2010 cu illərə təsadüf edir. Heyət fəaliyyətinə 1997-ci ildən başlasalarda, ustalıq dərəcəsinə 2004-cü ildən sonra nal olmuşlar. Bu illər üzrə milli aykidoçularımızın — üzvü Aykikay Fondu Dünya Aykido Qərargahı – Aykido Hombu Dojo tərəfindən yudanşa (qara kəmər) dərəcəsinə layiq görülmüşlər. Heyət üzvləri aykido ilə məşğul olmağa 1997 – ci ildən başlayıblar. Bu heyətə daxil olan aykidoçularımız Arzu Mikayılov və Əmrah Abdullayev yuudanşalarını 2004-cü ildə Kenji Kumağai Şihan adından Bakı şəhərində Yusuf Akyurt Sensey tərəfindən, Ruslan Məmmədov Sankt Peterburq şəhərində Yoşimitsu Yamada tərəfindən, Ramin Yusifov, Elman İsrafilov, Rauf Talışinski və Namiq Böyükzadə yuudanşalarını Nabuyoşi Tamura Şihan adından Bakıda Nabi Vural Sensey tərəfindən atestasiya oldular. Emil Qurbanov isə Dan dərəcəsini üçüncü nəsil aykidoçularla birlikdə almağa nail oldu.

Ramin Yusufov Sensey 2-ci Dan Aykido

Ramin Yusifov Azərbaycanda 1-ci Dan sahibi olan 16-cı Aykido mütəxəssisidir. O, 1997-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2001-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda Avrasiya üslubunda aikido ilə məşğul olur. Link

Arzu Mikayılov Sensey 5-ci Dan Aykido

Arzu Mikayılov Azərbaycanda 1-ci Dan sahibi olan 17-ci Aykido mütəxəssisidir. O, 1997-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aikikai Fondu tərəfindən Şodan dərəcəsinə 2004-cü ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda təşkilatımızın təsisçisi və 1-ci sədr müavinidir. Link

Yudanşa Əmrah Abdullayev 1-ci Dan Aykido

Əmrah Abdullayev Azərbaycanda 1-ci Dan sahibi olan 18-ci Aykido mütəxəssisidir. O, 1997-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2004-cü ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub.2007-ci ildə aykido praktikasını dayandırdı. Link

Yudanşa Elman İsrafilov 2-ci Dan Aykido

Elman İsrafilov Azərbaycanda 1-ci Dan sahibi olan 19-ci Aykido mütəxəssisidir. O, 1997-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2004-cü ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda Avrasiya üslubunda aykido ilə məşğul olur. Link

Emil Qurbanov Sensey 4-cü Dan Aykido

Emil Qurbanov Azərbaycanda 1-ci Dan sahibi olan 20-ci Aykido mütəxəssisidir. O, 1997-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2013-cü ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda Sərbəst Döyüş İdman Klubu İctimai Birliyinin sədr müavini və baş təlimatçısıdır. Link

Ruslan Məmmədov Sensey 5-ci Dan Aykido

Ruslan Məmmədov Azərbaycanda 1-ci Dan sahibi olan 21-ci Aykido mütəxəssisidir. O, 1998-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2004-cü ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda təşkilatımızın nizam intizam komissiyasının sədridir. Link

Yudanşa Rauf Talışinski 1-ci Dan Aykido

Rauf Talışınski Azərbaycanda 1-ci Dan sahibi olan 22-ci Aykido mütəxəssisidir. O, 1998-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2005-ci ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Link

Yudanşa Namiq Böyükzadə 1-ci Dan Aykido

Namiq Böyükzadə Azərbaycanda 1-ci Dan  sahibi olan 23-ci Aykido mütəxəssisidir. O, 2005-ci ilin əvvəllərində aykido ilə məşğul olmağa başlamışdır. Aykikay Fondu tərəfindən Şodan dərəcəsinə 2010-cu ildə layiq görülüb. Əvvəllər Aykido Federasiyasının üzvü olub. Hazırda Avrasiya üslubunda aikido ilə məşğul olur.

Bu səhifədə adları qeydə alınmış Aykido mütəxəssislərinin əksəriyyəti (99%) 1990-1999-cu illər arasında təlimə başlayıb.