Azərbaycan Aykidoçuları arasında kitab yazan müəlliflər
Azərbaycan aykidoçular arasında ilk kitab müəllifi Sensey Fərhad Ələskərovdur. Fərhad müəllim Azərbaycan aykidosunun banisidir. İlk aykido kitabının adı Aykido Fəlsəfəsi oldu və 2002-ci ildə yekunlanıb çap edildi.
İkinci aykido kitabının müəllifi Sensey Emil Məmmədovdur. Emil müəllim Aykido – Daxili gücə gedən yol adlı kitabını 2025-ci ildə nəşr etdirdi. O, Azərbaycan aykidoçuları arasında ilk qara kəmər alan aykidoçularımzdan biridir.
Sensey Fərhad Ələskərov
Aykido Fəlsəfəsi
Fərhad Ələsgərov müəllifi olduğu «Aykido Fəlsəfəsi» kitabı 2002-ci ildə rus dilində nəşr olundu və ilk dəfə Sankt Peterburq şəhərində keçirilən ənənəvi «Bəyaz gecələr» festivalında təqdimatı keçirildi.
Sensey Emil Mammadov
Tatamidən kənarda Aykido
Bu kitab döyüş texnikası haqqında deyil. Aykido hamı üçün universal bir yoldur: uşaqlar və böyüklər, əlillər, fiziki və ya mənəvi güc axtarışında olanlar və hətta TSSB kimi həyatın çətinlikləri ilə üzləşənlər. Aykido prinsiplərini evdə, işdə və həyatın çətinliklərində tətbiq etməklə necə balanslı, diqqətli və uyğunlaşa biləcəyinizi kəşf edəcəksiniz. Müqavimət göstərməyin – yönləndirin. Bu prinsip sizə çətinliklərin öhdəsindən gəlməyə və istənilən şəraitdə harmoniya tapmağa kömək edəcək.