Dai Ryu Aykido Klubu - Dubay Aykido Nümayəndəliyi
Dai Ryu Aykido Klubu, 21.08.2025-ci ildə fiziki şəxs Emil Məmmədov tərəfindən, “Aikikai Aikido Klubları” İctimai Birliyinin nəzdində təsis olunub. Kluba “Aykikay Aykido Klubları” İctimai Birliyinin Dubay Aykido Nümayəndəliyi statusu verilib. Nümayəndəlik fəaliyyətini Azərbaycan Respublikası qeyri-hökümət təşkilatları haqqında (ictimai birliklər və fondlar) qanunu ilə tənzimləyir.
İdarə Heyəti
Sədr: Emil Məmmədov
Sədr müavini: Faiq Nuriyev
Baş katib: Fəxri Qafarlı
Kurator: Elnur Nemətov
Texniki direktor: Faiq Nuriyev
Baş təlimatçı: Emil Məmmədov
Faiq Nuriyev Sensey
Faiq Nuriyev Sensey, 18 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Aykido ilə məşqlərə 1 fevral 1992-ci ildə başlayıb. Azərbaycanda ilk qara kəmər alan heyət üzvləri arasında Faiq Senseydə var və bu heyətdə o ikinci aykidoçu sayılır. Bu hadisə 20 avqust 1996-cı ildə baş vermişdir. Ümumən demək olar ki, Azərbaycanda 1994-2009 cu illər arasında aykido ilə məşğul olanların böyük çoxluğuna, Faiq Sensey dərs demişdir. Faiq Senseyin ilk uğurlu şagirdlərindən biri, Emil Məmmədov Senseydir.
Emil Məmmədov Sensey
Mənim aykidoyla ilk tanışlığım 1994-cü ilin aprelində başladı, cüdo zalı axtarırdım, amma DİN-nin «Dinamo» cəmiyyətində Fərhad Ələskərov Senseyin aikido qrupuna düşdüm. Zal dolu idi, məşqlərin tempi güləş və ya cüdo ilə fərqlənirdi və mən aykido ilə maraqlanmağa başladım.
İlk məşq zamanı mənə dərs vermək Faiq müəllimə tapşırıldı, o daha sonra mənim ikinci müəllimim, sempay, himayədarım və böyük qardaşım oldu. Əvvəlcə o, mənə əsas hərəkətləri izah etməyə həvəssiz idi, çünki özü məşq etmək istəyirdi və başqa bir tələbənin vaxtını boşa sərf edəcəyini düşünürdü. Amma məşqin ortalarına yaxın o, mənim dərhal öyrəndiyimi görüb heyrətlənmişdi və hətta soruşdu: «Sən əvvəllər aikido ilə məşğul olmususan?» O vaxtdan etibarən onun mənə öyrətməkdə marağı heç vaxt azalmadı və mənim üçün ən böyük şans oldu ki, mən texniki baxımdan ən bilikli və bacarıqlı müəllimlərdən birinin yanında təlim keçim.
Mən bir əyləncəli hadisəni də xatırlayıram: biz nümayişə gəldik, amma tatami əvəzinə köhnə, tozlu bir xalça gətirdilər və basketbol meydançasına sərdilər. Faiq müəllim ilə mən göz qırptıq, gülümsədik və tam ukemi ilə o zalda böyük səs-küy yaratdıq — tamaşaçılar bu şoudan şoka düşdü.
Birinci Dan beynəlxalq qara kəmər dərəcəsini alana qədər, Faiq müəllim məni məsləhətləri və məşqlərlə müşayiət edirdi və birlikdə nümayişlərdə iştirak etdik. Onun dəstəyi mənim üçün əvəzsiz idi.
Makoto İto Şixan - Dubay 2025
KLUBUN KYU VƏ DAN DƏRƏCƏ İMTAHAN QƏBULU
Aykikay Azərbaycan Dubay Nümayəndəliyi, 21.08.2025 – ci il tarixindən 6-cı Kyu dərəcəsindən 4-cü Dan dərəsinə qədər, müstəqil olaraq klub üzvləri üçün imtahan qəbuluna icazə verildi. 5-ci və 6-cı dan dərəcələrinə attestasiya hüquqları Aykikay Fondu – Kaqami Birakiyə məxsusdur. Bundan əlavə üzvlər, birliyin şixanı cənab Kuribayaşi Takanori Senseyin Dan dərəcə imtahanlarında iştirak hüququ var.
Yudanşa - Qara kəmər heyəti - Dan Dərəcə Məlumatları
EMİL MƏMMƏDOV
3-cü Dan Aykido
AAIAF Üzvlük № AAA
AAIAF Qeyd tarixi: 21.08.2012
Doğum tarixi: 17.05.1976
Sensey: Faiq Nuriyev 3-cü Dan
Məşqə başlayıb: 12.04.1994
Aykikay Fondu Qeydiyyat Nömrəsi: IAF- M1045
Aykikay Fondu Qeyd Tarixi: 15.07.1998
Aykikay Fondu Üzvlük Nömrəsi: 138393
1-ci Dan Reqistrasiya № 74873, Tarix: 15.07.1998, Sankt Peterburq, Nabiyoşi Tamura Şixan
2-ci Dan Reqistrasiya № 66393, Tarix: 20.01.2015, Dubay, Jun Yamada Şixan
3-cü Dan Reqistrasiya № xxxxxx, Tarix: xx.09.2025, Dubay, Elnur Nemətov Sensey
4-cü Dan Reqistrasiya № xxxxxx, Tarix: xx.xx.xxxx,
ELMAN İSRAFİLOV
2-ci Dan Aykido
AAIAF Üzvlük № AAA
AAIAF Qeyd tarixi: 07.10.2011
Doğum tarixi: 24.05.1977
Sensey: Emil Məmmədov 3-cü Dan
Məşqə başlayıb: 01.05.1997
Aykikay Fondu Qeydiyyat Nömrəsi: AF – 52335
Aykikay Fondu Qeyd Tarixi: 25.04.2004
Aykikay Fondu Üzvlük Nömrəsi: 177823
1-ci Dan Reqistrasiya № 98967, Tarix: 25.04.2004, Bakı, Nabiyoşi Tamura Şixan
2-ci Dan Reqistrasiya № № 57557, Tarix: 20.11.2011, Bakı, Kenji Kumagai Şixan
3-cü Dan Reqistrasiya № № xxxxx, Tarix: xx.xx.xxxx,
4-cü Dan Reqistrasiya № № xxxxx, Tarix: xx.xx.xxxx,
Dərs Cədvəli
| Təlimatçılar | ||
|
|
Emil Məmmədov Emil Məmmədov |
| Günlər – Qruplar | ||
|
|
1 – 3 – 5 / 19:00-20:30 2 – 4 – 6 / 19:00-20:30 |
| Yer | ||
|
|
Dubay şəhəri Dubay şəhəri |
| İdman Kompleksi | ||
|
|
– – – – |
Emil Məmmədov
BİOQRAFİK MƏLUMAT
Ad, Soyad: Emil Məmmədov
Təvəllüd: 17 may 1976
Doğum yeri: Bakı, Azərbaycan
Səviyyə: Aykido Təlimatçısı, 3-cü Dan, Aykikay
Əsas məlumatlar:
- 30 ildən artıq döyüş sənətləri üzrə təcrübə (yüngül güləş, Karate-do Shotokan, Aykido).
- 1994-cü ildən Aykido ilə məşğuldur.
- 1998-ci ildə 1-ci Dan səviyyəsi verilib, İmtahançı: Shihan Nabuëşi Tamura (8-ci Dan, Aikikai, Yaponiya).
- 2015-ci ildə 2-ci Dan səviyyəsi verilib, İmtahançı: Shihan Jun Yamada (8-ci Dan, Aikikai, Yaponiya).
- 2025-ci ildə 3-cü Dan səviyyəsi verilib, İmtahançı: Shihan ……………. (8-ci Dan, Aikikai, Yaponiya).
- Azərbaycan, Mərdəkan şəhərində ilk Aykido klubu yaradıb, çoxsaylı tələbələr hazırlayıb, onlar instruktora və qara kəmərə sahib olublar.
- Busin Dojo (Dubay, BƏƏ) klubunun təsisçisi və baş instruktoru (2006–2015).
- 2015-ci ildən etibarən Aykido Assosiasiyası BƏƏ-də instruktor.
- 2005-ci ildən Azərbaycan Aykikay Aykido-nun fəxri instruktoru.
- Bakı Polis Akademiyasının dəvət olunmuş instruktoru (2001–2002).
- PTSR keçmiş insanlarla iş üzrə «ABSI» metodikasının müəllifi.
- «Aykido: Daxili Gücə Yol» adlı kitabın müəllifi.
- Azərbaycan Aykikay tərəfindən Dubay nümayəndəsi.

Turkish
日本語
English
Русский



















