Mahir Musayev

– – 

– – 

Administrasiya heyəti

Administrasiya rəhbəri: Mahir Musayev
Rəhbərin 1-ci köməkçisi: 
Rəhbərin 2-ci köməkçisi:

Qeyd: Administrasiya rəhbəri, birliyin idarə heyətinin üzvüdür və fəaliyyəti birliyin sədrinin qərarları üzrə icraatın tam təmin olunmasına nəzarət üçündür

Sədrin nizamnamə səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə, sədr administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir. Sədr administrasiyası ümum yığıncağa təqdim olunan qanun layihələrini, sədrin əmr, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır. Administrasiya qəbul olunmuş qanunların, sədrin əmr, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və idarə heyətinə müvafiq məruzələr təqdim edir. Administrasiya idarə heyətinin respublikadakı ictimai birlik və məhdud məsuliyyətli cəmiyyətlər ilə, habelə xarici ölkələrin aykido təşkilatları və vəzifəli şəxsləri, yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir. Administrasiya birliyin nəzdində və əməkdaşlıq edilən xarici təşkilatlarda baş verən tədris və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və üzvlərimizin müraciətləri, təklifləri təhlil olunur və idarə heyətinə müvafiq məruzələr hazırlayır. Administrasiyaya ümumi rəhbərliyi sədr həyata keçirir. Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Administrasiyada birliyin üzvlərinin müraciətləri ilə birliyə daxil olmuş bütün məktub və müraciətləri təhlil edərək birliyin müvafiq şöbələrinə və ya digər orqanlarına göndərir. Ən mühüm məlumatlar müxtəlif məruzə və hesabatlara daxil edilərək sədrin nəzərinə çatdırılır. Administrasiyası baş ofis Hombu Dojoda yerləşir.