Seminar dərəcəsi
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin üzvlərinin aykido ənənəsinə uyğun olaraq öyrədilməsi, texniki, fiziki və mənəvi əsaslarla ustalığın artırılması üçün, Birlik müntəzəm olaraq seminarlar, təlim-məşq toplantısı və sertifikatlaşdırılma tədbirlərini keçirir. Seminar, təlim-məşq toplantısı keçirtmək və təlimatçılar üçün sertifikatlaşdırılma atesstasiyası aparmaq hüququ qazanmaq üçün, Birliyin texniki direktoru tərəfindən rəsmi sənədlə icazə alınmalıdır.

Sensey Faiq Nuriyev, Şidoin 3 Dan Aykido
Aykikay Azərbaycanın Baş Məşqçi Müəllimidir. Aykikay Azərbaycan üzvləri üçün seminar və təlim məşq toplantıları keçirməyə icazə verilmişdir. Sensey Faiq Nuriyev, Azərbaycan aykidosunun ilk nəsil aykidoçularının birincisidir. Aykidoya gəlişi 1 fevral 1992-ci ildə baş vermişdir. Azərbaycan üzrə əsas kadro aykidoçusu hesab edilməkdədir.
Sensey Emil Məmmədov, Şidoin 3-cü Dan Aykido
Aykikay Azərbaycanın Texniki Direktorun Müavinidir. Aykikay Azərbaycan üzvləri üçün seminar və təlim məşq toplantıları keçirməyə icazə verilmişdir. Sensey Faiq Nuriyev, Azərbaycan aykidosunun ilk nəsil aykidoçularındandır. Aykidoya gəlişi 12 aprel 1994-cü ildə baş vermişdir. Azərbaycan üzrə əsas kadro aykidoçusu hesab edilməkdədir.

Sensey Elnur Nematov, Şidoin 4-cü Dan Aykido
Aykikay Azərbaycanın Texniki Direktorudur. Aykikay Azərbaycan üzvləri üçün seminar və təlim məşq toplantıları keçirməyə icazə verilmişdir. Sensey Elnur Nemətov, Azərbaycan aykidosunun ilk nəsil aykidoçularındandır. Aykidoya gəlişi 1995-ci ildə baş vermişdir. Azərbaycan üzrə əsas kadro aykidoçusu hesab edilməkdədir.
Sensey Ruslan Məmmədov, Şidoin 4-cü Dan Aykido
Aykikay Azərbaycanın Texniki Məsləhətçisidir. Aykikay Azərbaycan üzvləri üçün seminar və təlim məşq toplantıları keçirməyə icazə verilmişdir. Sensey Faiq Nuriyev, Azərbaycan aykidosunun ilk nəsil aykidoçularındandır. Aykidoya gəlişi 1 mart 1998-ci ildə baş vermişdir. Azərbaycan üzrə əsas kadro aykidoçusu hesab edilməkdədir.
İCAZƏLƏRIN VERILMƏSI ÜZRƏ TƏLƏBLƏR
- Birliyin baş məşqçi müəllimi, texniki direktoru və ya müavini, texniki məsləhətçisi və ya baş təlimatçısı olmalıdır.
- Minimum 4-cü Dan dərəcəsi və daimi fəaliyyət apardığı qrupu olmalıdır. Bu qayda ilk nəsil aykidoçulara aid deyil.
- Minimum 25 il təlimatçılıq praktikası olmalıdır.
- Minimum bir neçə 1 və 2 Dan dərəcəli şagirdləri olmalıdır.
- Aykikay Fondu Dünya Aykido Qərargahı təlim tədris tələblərinə tabe olmalıdır.
Qeydlər
- Aykikay Azərbaycan üzrə tədris komitəsinə Kuribayaşi Takanori Şixan (Aykikay Fondu Dünya Aykido Qərargahı təlimatçısı) kuratorluq edir.
- Ümum heyətin texniki səviyyəsinə milli texniki direktor və baş məşqçi müəllim rəhbərlik edir.
- Tədris komitəsinin fəaliyyətinə, komitənin sədri və sədrin müavini olan baş təlimatçı rəhbərlik edir.
- Seminar, metodik dərslər və təlim məşq toplantılarını keçirmək üçün, birlik tərəfindən aidiyyati sertifikata sahib olmaq tələb olunur.

日本語
English
Русский






