SENSEY ARZU MİKAYILOV
Şidoin (Renşi)
5-ci Dan (Qodan)
www.founder.az

Baş təlimatçı

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin 1-ci sədr müavinidir. 16 avqust 1980-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.  1998-2001-ci illər Azərbaycan Aykido Federasiyasının üzvü olmuşdur. 2001-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində aykido üzrə təlimatçı fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2006-cı ildən Aykikay Aykido Klubları İctimai Birliyinin üzvü və təsisçisidir. 2006-cı ildə Birliyin nəzdində “Hombu Doco Azərbaycan” Aykikay Aykido Klubunun əsasını qoymuşdur. 2020-ci ilin yanvar ayından başlayaraq, Birliyə baş təlimatçı təyin olunmuşdur.

Dan dərəcə alma tarixi
1-ci Dan: Kenji Kumaqai Şixan, Azərbaycan, Bakı 2004
2-ci Dan: Kenji Kumaqai Şixan, Azərbaycan, Bakı 2006
3-cü Dan: Kenji Kumaqai Şixan, Azərbaycan, Bakı 2011
4-cü Dan: Hombu, Kagami Biraki, Yaponiya, Tokio 2021
5-ci Dan: Hombu, Kagami Biraki, Yaponiya, Tokio 2026

2006-2012-ci illər “Hombu Doco Azərbaycan” Aykikay Aykido Klubunun sədri.
2006-ci il “Aykikay Aykikay Klubları” İctimai Birliyinin 1-ci sədr müavini.
2006-ci il “Aykikay Aykido Klubları” İctimai Birliyinin imtahan komissiyasının üzvü.
2017-ci il “Hombu Doco Azərbaycan” Aykikay Aykido Klubunun sədri.
2017-2024-cü illər “Aykikay Aykido Klubları” İctimai Birliyi Qərargahının prezidenti.
2017-2024-ci illər “Aykikay Aykido Klubları” İctimai Birliyi Filialının rəhbəri.
2019-ci il Azərbaycan Aykikay Aykido Akademiyasının baş direktoru.

Kuribayaşi Takanori Şixan