Aykikay Fondu Dünya Aykido Qərargahı

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi heyəti olaraq, aykidonun banisi O Sensey Morihey Ueşibanın yolu üzrə aykido ilə fəaliyyət aparırıq və ənənəvi aykidoya (AYKİKAY FONDU) sadiqik. Biz Azərbaycanda Aykido Doşu cənab Moriteru Ueşiba Senseyi təmsil edirik. Bütün iştirakçılar HOMBU tərəfindən tanınmalıdır, buna görə də Beynəlxalq Aykido Federasiyası yalnız AYKİKAY məktəbini təmsil edir. Aykikay Fondunun Direktoru Dojo Cho Mitsuteru Ueşiba Senseydir.

Birliyin Məqsəd və Vəzifələri

1) Ənənəvi Aykidonun banisi Morihey Ueşibanın yoluna sadiq qalmaq.
2) “Aikikai Aikido Klubları” komandasına və idman klublarına mənəvi cəhətdən dayaq olmaq, dəstək vermək və köməklik göstərmək.
3) “Aikikai Aikido Klubları” komandası və idman klublarında Aikikai Aikido idman və döyüş növü ənənəsini möhkəmləndirmək.
4) “Aikikai Aikido Klubları” komandasının və idman klublarının tədbirlərinə məhşur idmançıları, məəşqçiləri, ictimai xadimləri cəlb etmək.
5) Sağlam həyat tərzini təbliğ etmək.
6) Xeyriyyə tədbirlərində iştirak etmək.

İdarə Heyəti

Prezident: Faiq Nuriyev
Baş katib: Fəxri Qafarlı
İcraçı direktor: Atlant Məmmədli
Qərargahın heyəti, birliyin idarə heyətinin üzvləridilər.
www.aacpu.board.of.directors

Qərargahın əsas məqsədi

Aykikay Fondu Azərbaycan Aykido Qərargahı (Dövlət qeydiyyatına alınmış hüquqi adı – Aykikay Aykido Klubları İctimai Birliyi) ölkə ərazisində və birliyin nəzdində fəaliyyətdə olan Aykikay Aykido yönümlü klubların birgə əməkdaşlığının təşkili və idarə olunması ilə məşğul olur. Aykikay Fondu Azərbaycan Aykido Qərargahı, Azərbaycan ərazisində Aykikay Fondu Dünya Aykido Qərargahı təmsil edir. Qərargahın əsas fəaliyyət məqsədi, aykido yönümlü təşkilatlarla, dövlət (nazirliklər və s.) və qeyri dövlət təşkilatları (sponsorlar və s.) ilə əməkdaşlığın qurulması və daimi saxlanılması üçündür.

Faiq Nuriyev
3-cü Dan Aykido

Fəxri Qafarlı
4-cü Dan Aykido

Atlant Məmmədli
1-ci Dan Ho Aykido

Qərargahın fəaliyyəti

Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi, 1 dekabr 2017-ci il tarixində Aykikay Fondu Dünya AykidoQərərgahının üzvlüyünə qəbul olunmuşdur. Bu tarixdən Azərbaycan üzrə tək üzv olan təşkilat statusunu qazanmışdır. Birlik, 3 yanvar 2017-ci il tarixli qərara əsasən, Aykikay Azərbaycan üzrə qərargahı yaratmışdır və aşağıdakı səlahiyyəti vermişdir.

  1. Aykikay Fondunun beynəlxalq (xarici ölkələrdə) seminarlarında iştirakı təşkil etmək;
  2. Aykikay Fondunun tədbirlərində iştirak edən heyətin tərkibinin təyinatı;
  3. Aykikay Fondunun Azərbaycandakı seminarını təşkil etmək;
  4. Aykikay Fondunun Kaqami Biraki tədbirinə Dan dərəcə təqdimatına heyətin seçilməsi.
  5. Aykikay Fondu üzrə festivalında iştirakçıların milli komnada heyətinə seçilməsi.
  6. Aykikay Fondunun Embukay tədbiri üzrə iştirakçılarının milli komnada heyəti üzrə seçilməsi.
  7. Tədbirlər üzrə aidiyyati təşkilati işlərə tam rəhbərlik.

Klubların birliyə alınma prosesi

Qərargah, hüquqi üzvlüyə qoşulmaq istəyən klubların müraciətini öncə Üzvlüyə Qəbul Komissiyası ilə razılaşdırır. Proses bitdikdən sonra, Klubların Kollegiyasının iştirakı ilə yeni klubun birliyə üzv qəbul edilməsi işlərinə rəhbərlik edir.

Kaqami Birakidə yüksək Dan dərəcələrin verilməsinə aid prosesə rəhbərlik

Qərargahın digər vəzifə hüququ, Yüksək Dərəcə Komissiyasına rəhbərliyi həyata keçirməkdir. Yüksək Dərəcə Komissiyasının əsas işi ümum imtahanlara deyil, yalnız Kaqami Biraki tədbiri zamanı 5, 6, 7 və 8 ci Dan dərəcələrinin təqdimatı üçün veriləcək qərarların həlli ilə məşğul olmaqdır. Yüksək Dərəcə Komissiyası