Üzvlüyə Qəbul Komissiyası
İlham Quliyev
Fəxri Qafarlı
Arzu Mikayılov
Fərid Mikayılov
Üzvlüyə Qəbul Komissiyasının heyəti
Sədr: İlham Quliyev
Baş Katib: İlqar Maşayev
Baş Təlimatçı: Arzu Mikayılov
Hüquqşünas: Fərid Mikayılov
Klubların sədrləri
Biz O Senseyin Aykidosu ilə məşğul oluruq!
Üzvlüyə qəbul qaydaları 2 hissəlidir.
Fiziki şəxs – Hüquqi şəxs.
Fiziki şəxslər 2, Hüquqi şəxslər isə 4 hissəli qaydada fəaliyyətdən yararlana bilərlər.
Fiziki şəxs
Tam hüquqlu |
Hüquqi şəxs
Tam hüquqlu |
Üzvlük
Nümayəndəlik
Tam hüquqlu
Fiziki şəxs
Tam hüquqlu – birliyin üzvlüyünə qoşulur və bütün hüquqlqrdan tam istifadə edir.
İştirakçı – Yalnız yerli və beynəlxalq seminarlara qoşulur.
Hüquqi şəxs
Tam hüquqlu – birliyin üzvlüyünə hüquqi qoşulur və bütün hüquqlqrdan tam istifadə edir.
Çətir sistemi – birliyin üzvlüyünə hüquqi qoşulur, lakin ümum fəaliyyətdə iştirak etmir.
Əməkdaşlıq – birliyə qoşulmur, aykidonun inkişafında iştirakı ilə dəstək verir.
İştirakçı – Yalnız yerli və beynəlxalq seminarlara qoşulur.
Yolumuz O Senseyin Aykidosudur !
Fiziki şəxslər üzrə qaydalar
1-ci əlavə: Birliyin üzvlüyünə qoşularaq, birlikdə olan klubların hər hansı birində tam hüququ əldə edərək, fəaliyyətinə aid Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi, Aykikay Fondu və Beynəlxalq Aykido Federasiyasına aid bütün hüquqları qazanmış olur.
2-ci əlavə: Birliyə aid olmayan yerli və xarici təşkilatların üzü olaraq, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin yerli və beynəlxalq tədbirlərində iştirak etmək hüququ əldə edəcək.
Hüquqi şəxslər üzrə qaydalar
1-ci əlavə: Tam hüquqlu üzvlüyü əldə edən hüquqi şəxslər, Aykikay Fondu, Beynəlxalq Aykido Fondu və Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin bütün tədbirlərindən istifadə etmək hüququnu əldə edirlər.
2-ci əlavə: Hər hansı bir təşkilat çətir sisteminə hüquqi qaydada qoşularaq, Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin hüquqi üzvlüyünü alır və Beynəlxalq Aykido Federasiyasının tədbirlərində iştirak etmək hüququnu əldə edir. Lakin Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi adından, Aikikai Fonduna tərəfindən dərəcə almaq üçün imtahanda iştirak etmək hüququ əldə etmirlər. Çətirdə olan təşkilatlar müstəqil qaydada xarici ölkələrin Aikikai təşkilatları ilə fəaliyyət aparırlar.
3-cü əlavə: Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinə hüquqi şəxs qismində qoşulmadan, yalnız birliyin təşkil etdiyi yerli və beynəlxalq tədbirlərdə dostluq və əməkdaşlıq prinsipinə uyğun iştirak edirlər.
4-cü əlavə: Heç bir hüquqi təşkilatı təmsil etmədən, fiziki şəxs kimi yerli və beynəlxalq seminarlarda iştirak edirlər.
BİRLİYİN ÜZVLÜYÜNƏ QƏBUL QAYDALARI
– Azərbaycan Respublikasında yaşayan hər bir fiziki şəxs ictimai birliyin üzvü ola bilər.
– Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış hər bir AYKİKAY yönümlü idman klubu, birliyin nəzdində fəaliyyət göstərmək üçün qanunvericiliyə müvafiq qaydada üzvlüyə qəbul oluna bilər.
– Birliyin üzvlüyünə fiziki şəxs olaraq qəbul olunmaq üçün, birliyin nəzdindəki klubların hər hansı birinə təlimatçının iştirakı olmaqla ərizə ilə müraciət edilir.
– Klub rəhbəri üzvlüyə qəbul olunma ərizəsini, birliyin baş ofisinə təqdim edir.
– Ərizə verilərkən, birlik tərəfindən tələb olunan aidiyyati sənədlər təqdim olunmalıdır.
– Üzvlüyə qəbul olunmaq üçün ərizə.
– Başqa aykido klubu, federasiyası (və s.) üzvlüyündən çıxmaq haqda məktub və ya digər aidiyyati sənəd.
– Yaş kağızının surəti (həddi buluğa catmayanlar).
– Şəxsiyyət vəsiqəsinin surəti.
– Sağlamlıq haqda arayış.
– Şəkil 3×4 (2 və ya 4 ədəd).
– Ərizə təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində qəbul komissiyası tərəfindən müraciət edən şəxs, birliyin üzvlüyünə qəbul (edilə bilər) edilir.
Qəbul komissiyasının üzvləri birliyin sədri, baş katibi, baş təlimatçı, hüquqşünas və klubların sədrləri.
– Birliyin üzvləri bərabər hüquqa sahibdirlər.
BİRLİYİN ÜZVLÜYÜNƏ TAM QƏBUL QAYDALARI
– Birliyin üzvlüyünə qəbul olunan fiziki şəxslər, 6 kyu dərəcəsinə imtahandan uğurlu keçdikdən sonra birliyin rəsmi və ya daimi üzvü olaraq tam qeydiyyatdan keçirlər.
– Atesstasiya olunmayana qədər şagird birliyin tam hüquqlu üzvü hesab olunmur.
– Kyu və Dan dərəcələri artdıqdan sonra, şagirdə təşkilati işlərdə hər hansı bir məsul vəzifəyə təyinat gerçəkləşə bilər. Birliyin üzvü olmayan şəxs, vəzifəyə təyin oluna bilməz.
– Birliyə hüquqi şəxs olduğu halda qoşulanlar, müvafiq əməkdaşlıq müqaviləsi imzalamalı və ya birliyin nəzdində fəaliyyəti daimi təşkil etmək üçün birliyin iştirakı ilə təkrar dövlət qeydiyyatına alınmalıdır.
– Birliyə hüquqi şəxs kimi qəbul olunan təşkilatlar (klub, federasiya və s.) qəbul olunduğu andan birliyin əsasnaməsi, daxili nizamnaməsi və beynəlxalq qaydalalra uyğun olaraq fəaliyyət aparmalıdır.
Aykikay Aykido Klubları İctimai Birliyi, Aykikay Fondu və Beynəlxalq Aykido Federasiyasının Azərbaycanda Nümayəndəliyidir
Aykikay Aykido Klubları İctimai Birliyinin üzvləri
“Aykikay Aykido Klubları” ictimai birliyinin bölmələrində aikido öyrənmək üçün gələn hər kəs:
- yadda saxla, aykidonu adi aikido bölməsində deyil, Dünya Aikido Mərkəzinin Azərbaycan üzrə qərargahında öyrənirsən.
- Aykidonun banisinə, onun ardıcılları olan Hombu Doco müəllimləri və “Aykikai Aykido Klubları” ictimai birliyinin təlimatçıları tərəfindən verilən təlimlərə hörmətlə yanaşıılmalıdır.
“Aykikay Aykido Klubları” ictimai birliyinə üzv olmaq fərdi və könüllüdür.
“Aykikay Aykido Klubları” ictimai birliyinə regional mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs üzv ola bilər və “Aykikay Aykido Klubları” ictimai birliyinin hər hansı bir bölməsində aykido dərslərində iştirak edə bilər.
“Aykikai Aykido Klubları” ictimai birliyi üzvünün hüquq və vəzifələri:
“Aykikay Aykido Klubları” ictimai birliyinin üzvləri aşağıdakı hüquqlara malikdirlər:
- “Aykikay Aykido Klubları” ictimai birliyinin daxil olan bölmələrlə məşğul olurlar;
- “Aykikay Aykido Klubları” ictimai birliyinin bütün tədbirlərdə iştirak etməlidir;
- “Aykikay Aykido Klubları” ictimai birliyinin komandasının tərkibində xarici proqramlarda iştirak etmək;
- Azərbaycanda və xaric ölkələrdə “Aykikay Aykido Klubları” ictimai birliyinin verilmiş səlahiyyətlərə uyğun olaraq təmsil etmək;
- Kyu və Dan dərəcələri üzərinə imtahan vermək.
“Aykikay Aykido Klubları” ictimai birliyinin üzvlərindən tələb olunur:
- Müntəzəm olaraq “Aykikay Aykido Klubları” ictimai birliyinin bölmələrində təlim kurslarına qatılmaq,
- Texninanın özlüyündə əsas məqsəd olmadığını, yalnız şəxsi inkişaf və mənəvi yüksəliş üzrə ruh və bədəni təkmilləşdirmək üçün vasitəsi olduğunu xatırla;
- “Aikikai Aykido Klubları” ictimai birliyinin fəaliyyətində fəal iştirak etmək, onun möhkəmləndirilməsi və inkişafı, məktəbin ənənələrini dəstəkləmək;
- “Aykikai Aykido Klubları” ictimai birliyi klublarının təlimatçılarının təcrübəsinə və işinə hörmətlə yanaşmaq;
- Təlimdə davranış qaydalarına ciddi riayət etməli “Aykikay Aykido Klubları” ictimai birliyinin bölmələrində qarşılıqlı hörmət üçün əlverişli mühitə malik olmaq üçün davranmalıdır;
- “Aikikai Aykido Klubları” ictimai birliyi tərəfindən qəbul edilmiş qaydalara və müddəalara riayət etmək;
- Vaxtlı vaxtında üzvlük haqlarını ödəməlidir.
Döyüş sənətində qəbul edilən etik standartlara və Hombu Dojo beynəlxalq qaydaları uyğun olaraq, xarici aykido klublarının təlimində, həmçinin Aykikay təlimatçılarının seminarlarında (Hombu Dojo dərsləri daxil olmaqla), müstəqil iştirak etdiyiniz halda, bu barədə “Aykikay Aykido Klubları” ictimai birliyinin rəhbərliyinə məlumat vermək və tövsiyə (razılıq) məktubunu almaq məcburiyyətindəsiniz.