Ənənəvi aykidonun banisi Morihey Ueşibanın məktəbinin Azərbaycandakı rəsmi nümayəndəliyi

Əziz dostlar, bizim veb səhifəmizə xoş gəlmişsiniz !                                                         

Sizləri Aykikay Aykido Klubları İctimai Birliyinin internet səhifəsində salamlamağa ürəkdən şadam. Aykidonu idman adlandırmaq olmaz, tam əksinə bu incəsənətdir. Yaponiyada yaranmış bütün döyüş növləri sanki din, fəlsəfə, onların mənşə anlayışı ilə başlayır. Yaponiya sivilizasiyasını və incəsənətini başa düşən bütün insanlar üçün hansı ki, Aykidonu və ya başqa döyüş növlərini öyrənmək istəyirlər və ya artıq məşğul olurlar yol cox uzun və çətin olacaqdır. Aykido bizi əhatə edən mühit və özümüz ilə harmoniyada yaşamağı öyrədir. Aykidonun mənası budur. Mən əminəm ki, bizim portal Aykido sevənləri bu gözəl sənəti öyrənmək və birləşdirmək üçün etibarlı rabitə kanalı olacaq. Azərbaycan Milli Olimpiya Komitəsi

Ən xoş arzularla və hörmətlə,
İlham Quliyev.

AYKİKAY Hombu Doco

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi, Azərbaycan ərazisində AYKİKAY tərəfindən tanınmış yeganə rəsmi təşkilatdır, hansı ki, müvafiq şəhadətnamə ilə təsdiqlənmişdir. Təşkilatımızın hüquqi əsaslar ilə tanınması, bizə AYKİKAY nizamnaməsinə əsasən, KYU və DAN dərəcələrinin verilməsi üçün imtahan qəbul etrmək və onları Aykikay Fondu Dünya Aykido Qərargahında qeydiyyatdan keçirmək hüququ verir. Bu hüquq həmçinin təlimatçılarımıza Fukuşidoin, Şidoin və Şixan titulları ilə lisenziyaların verilməsi üçün AYKİKAY-a müraciət etməmizə icazə verir. Bununla yanaşı Azərbaycan ərazisində ənənəvi aykidonun banisi Morihey Ueşibanın məktəbinin təmsilçisi hüququnu verir.

01 Dekabr 2017 ci il.
Beynəlxalq əlaqələr üzrə sədr müavini Elnur Nemətov. 

Beynəlxalq Aykido Federasiyası

Aykikay Aykido Klubları İctimai Birliyi, Azərbaycan ərazisində Beynəlxalq Aykido Federasiyası tərəfindən tanınmış yeganə rəsmi təşkilatdır. Beynəlxalq Aykido Federasiyası hər ölkənin yalnız bir təşkilatının üzvlüyə qəbul edirilməsinə imkan verir. Beynəlxalq Aykido Federasiyası Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinə, Azərbaycanı beynəlxalq aləmdə təmsil etmək üçün ölkə üzrə nümayəndəlik hüququnu verir.

13 Oktyabr  2021 ci il.
Təşkilati işlər üzrə sədr müavini Ruslan Musayev. 

Beynəlxalq Tədbirlər

Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə təşkil olunan təşkilatlar Sport Accord, Beynəlxalq Dünya Oyunları Assosiasiyası və Müstəqil Tanınmış İdman Üzvlərinin Alyansı tərəfindən keçirilən beynəlxalq təbirlərdə iştirak edirik.

Turan Aykido Federasiyası

Beynəlxalq Aykido Federasiyasının nəzdində təsis olunan Turan Aykido Federasiyası, türkdilli dövlətlərin aykido təşkilatlarının birliyidir. Türk dövlətləri aykido təşkilatlarının üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistandır. Turan Aykido Federasiyası, Aikikai Fondu Dünya Aykido Qərargahına məxsus bir təşkilatdır ! Turan Aykido Federasiyasının qərargahı Azərbaycanda yerləşir. www.turan-aikido-federation.org

Azərbaycan Professional Döyüş Növləri Assosiasiyası

Azərbaycan “Aykikay Aykido Klubları” İctimai Birliyi 21 mart 2006-cı il tarixində Azərbaycan Respublikası Professional Döyüş Növləri Assosiasiyasının bərabər hüquqlu üzvüdür. 19 aprel 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “ZIRVƏ” Peşəkar İdman Klubu İctimai Birliyi adı ilə dövlət qeydiyyatına alınmışdır. 29 avqust 2011-ci ildə birliyin adı dəyişdirilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində “Aykikay Aykido Klubları” İctimai Birliyi olaraq, növbəti dəfə dövlət qeydiyyatına alınmışdır. www.profisport.az

Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyi. Bütün Hüquqlar Qorunur 2023