Minnətdarıq
Azərbaycanda Aykikay Aykidonun inkişafında əməyi və dəstəyi olan dostlarımız. Uzun illərdir təşkilatımızın fəaliyyətinin daimi olmasında yetərincə xidmətləri vardır. Biz aykidoçular bu xeyirxah və fədakar insanlara daima minnətdarıq !
Rafiq Hacıyev
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin Sədri (1995-2007) vəzifəsində işləmişdir. Sərbəst güləş üzrə dünya kubokunun sahibi, və avropa çempionu olmuşdur. 2001-2007 ci ilə kimi Azərbaycan Aykikay Aykido Klubları ictimai birliyinə aykidonun inkişaf etməsi yolunda dəstəyi və köməyi olmuşdur.
Cəbrayıl Mikayılov
2006-cı ildən 2010-cu ilə qədər Aykikay Aykikdo Klubları İctimai Birliyinin prezidenti olmuş, və Aykikay Aykido Azərbaycanın inkişafına dəstək vermişdir.
Aleksandr Borisoviç Kaçan
Aleksandr Borisoviç Kaçan Sensey 6 Dan Aykikay Aykido (Şidoin). Regionlararası “Ooşinkan” Aykido Klubunun rəhbəri. Moskva Dövlət Universitetinin Aikido bölməsində baş təlimatçı. 2008 – ci il tarixində Azərbaycan Aykidoçularına vermiş olduğu dəstəyə görə Aleksandr Borisoviç Kaçan Senseyə minnətdarıq və təşəkkürümüzü bildiririk.